18.07.2019 17:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Avropa Liqasının finalı: AFFA-dan Yurgen Kloppa cavab

 
 



Mirror, Böyük Britaniya
15.05.2019


Müəllif: Liam Prendervil

Yurgen Klopp UEFA-nın Avropa Liqası finalının Bakıda keçirilməsi qərarını tənqid edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Kloppun tənqidlərinə cavabı özünü çox gözlətməyib.

Bu ayın sonunda “Arsenal” ilə “Çelsi” klubları Avropa Liqasının finalında qarşılaşacaqlar. Final mərhələsinin keçiriləcəyi stadion təxminən 70 min nəfərlik olsa da, bu iki klubunun tərəfdarlarına 6 min bilet ayrılıb. UEFA “Arsenal” və “Çelsi”yə biletin bu qədər az ayrılması qərarını belə izah edib: “Ev sahibi Bakı şəhəri 15 mindən çox azarkeş axınının öhdəsindən gələ bilməyəcək”.

“Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp isə final mərhələsinin keçiriləcəyi şəhərlə bağlı qərar verən UEFA rəsmilərini tənqid edib: “Onların səhər nə yediklərini anlamıram”.

Yurgen Kloppun şərhinə AFFA-nın baş katibi Elxan Məmmədov cavab verib: “Yurgen Kloppun sözləri məni mənfi mənada təəccübləndirdi. O, hər zaman çox pozitiv insan təəssüratı bağışlayıb. Üstəlik, hamımız bilirik ki, o, futbolda həqiqətən də uğurlu nəticələr əldə edən böyük mütəxəssisdir. “Amma bütün bunlarla yanaşı, onun futbolun coğrafiyasını məhdudlaşdırmaq cəhdilə razı deyiləm”.

E.Məmmədov deyib ki, “biz futbolun dəyərlərinə hörmət etməli və onu inkişaf etdirməliyik. Əsas dəyərlərimizdən biri də futbolun sərhədlərinin genişlənməsi, onun qloballaşmasıdır”.

AFFA-nın baş katibi bildirib ki, Avropa qitənin qərb hissəsinin sərhədlərini çoxdan aşıb: “Əminəm ki, Avropa Çempionatı oyunlarının və Avropa Kuboku finalının Şərqi Avropa ölkələrində keçirilməsi bu ölkələrdə futbolun inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, gənc nəsil arasında onun daha da populyarlaşmasına, gənclərin futbola cəlb olunmasına xidmət edir”.

“Eyni sözləri Çempionlar Liqası finalının Kiyevdə və ya 10 il əvvəl İstanbulda təşkili barədə də deyə bilərik. Bəli, ola bilsin bu il Madriddə qiymətlər Çempionlar Liqasının finalına görə yüksəlib. Ancaq bu bazar iqtisadiyyatının yan təsiridir və ona böyük idman tədbirləri ərəfəsində hər yerdə rast gəlinir”, - deyə E.Məmmədov qeyd edib: “Razıyam ki, Londondan Bakıya avtobusla gəlmək çox çətin olacaq. Lakin əsl tərəfdar üçün məsafə nə vaxtdan maneə olub? Xatırlatmaq istəyirəm ki, final oyununun təşkili ilə bağlı keçirilmiş tenderdə 3 şəhər iştirak edib – Sevilya, İstanbul və Bakı. Heç kəs digər ölkələrin yarışda iştirakını məhdudlaşdırmamışdı. Əminəm ki, Bakıda əsl futbol bayramı olacaq. Eyni zamanda əminəm ki, Madriddə də buna şahid olacağıq”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Mirror


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az