23.08.2019 13:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
Avropa Liqasının finalı: 10 milyon tüməndən ucuz!

 
 



ISNA, İran
16.05.2019


Avropanın iki böyük və maraqlı futbol yarışının yaxın günlərdə Bakıda, bir müddət sonra isə İstanbulda keçiriləcək olması çoxsaylı iranlı futbol azarkeşində bu qarşılaşmaları canlı izləmək arzusu yaradıb.

ISNA xəbər verir ki, futbol üzrə Avropa Liqasının “Çelsi” ilə “Arsenal” klubları arasında keçiriləcək final qarşılaşması mayın 29-da Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bir neçə ay sonra isə İstanbulda Avropa Super Kuboku uğrundan oyun baş tutacaq. Yəni Avropa Liqası və Çempionlar Liqasının qalibləri İstanbulda qarşılaşacaqlar. Maraqlıdır ki, 2020-ci ildə Çempionlar Liqasının finalı da İstanbulda olacaq.

Bəlkə də bir daha ələ düşməyəcək fürsət

İranla qonşu ölkələrin Avropanın ən nüfuzlu futbol turnirlərinin finalına ev sahibliyi etməsi iranlı futbol azarkeşləri üçün gözəl imkandır. Bu fürsət həqiqətən də, tezliklə bir də ələ düşməyə bilər. Şübhəsiz ki, bu il turnirlərin finalına yüksəlmiş “Arsenal”, “Çelsi”, “Liverpul” və “Tottenhem” kimi tanınmış klubların İranda da çoxsaylı azarkeşi var. Onlar sevimli klublarının oyununu canlı seyr etmək üçün böyük məbləğdə pul ödəməyə hazırdır. “Çelsi”ilə “Arsenal”ın Avropa Liqasının finalında Bakıda qarşılaşacaq olmaları bu iki London klubu tərəfdarlarının Bakının Olimpiya Stadionuna üz tutmasına, sevimli komandalarının mümkün çempionluğuna canlı şahidlik etməsinə imkan yaradır.

Avroliqanın qalibi ilə Çempionlar Liqasının qalibi arasında Super Kubok uğrunda qarşılaşma isə artıq qeyd etdiyimiz kimi, bu ilin avqustunda İranın daha bir qonşusu olan Türkiyənin İstanbul şəhərində keçiriləcək. Orada “Liverpul”-“Tottenhem” cütlüyünün qalibi “Çelsi”-“Arsenal” cütlüyündə zəfər qazanacaq komanda ilə qarşılaşacaq.

Statistikaya görə, İstanbulla Bakı iranlılar arasında ən populyar turizm istiqamətlərindəndir. Hər il minlərlə iranlı turist bu şəhərlərə üz tutur. Demək, Avropa futbolunu sevən bir çox iranlı builki səyahətlərini məhz həmin qarşılaşmaların oynanacağı dövrə salacaq. Onlar oyunlara bileti vaxtında əldə etməklə, böyük futbol qarşılaşmalarını canlı izləmək imkanı qazanacaqlar.

Arsenal”-“Çelsi” qarşılaşması 8 milyon tümənə

“Çelsi” ilə “Arsenal”ın Avropa Liqasının finalına vəsiqə qazandıqları andan, aviaşirkətlər bu böyük yarışın keçiriləcəyi Bakıya turların təşkilinə başlayıb. Hər bir tamaşaçı təyyarə bileti və Bakı səfərinə viza ala bilibsə, final biletini UEFA-nın saytından əldə etməklə, yarışı stadionda izləmək imkanı qazanıb. Avropa Liqasının final oyununa tamaşa etmək üçün dörd günlük Bakı turunun qiyməti 3 ulduzlu mehmanxana üçün 3 400 000 tüməndən başlayır. 5 ulduzlu mehmanxana üçün qiymət 4 800 000 tümənədək dəyişir. Buraya təxminən 400 min tümənə hava limanından alınacaq viza xərcini də əlavə edin.

Bakıya dörd günlük səyahət zamanı şəhərdə gəzinti və əyləncə xərcləri də nəzərə alınmalıdır. Bir sözlə, bir nəfər üçün minimal xərc 6 milyon tümən təşkil edir.

Bununla yanaşı, Avropa səviyyəli, belə əhəmiyyətli oyunlara bilet almaq o qədər də asan deyil. Məsələn, UEFA-nın rəsmi saytına müraciət etsəniz, artıq biletlərin tükəndiyini görəcəksiniz. “Arsenal” və “Çelsi” tərəfdarları üçün konkret kvota nəzərdə tutulub. Qalan biletlər böyük ehtimalla, “qara bazar”da satışa çıxarılır.

“Arsenal” klubundan verilən məlumata görə, qarşılaşmaya biletlərin qiyməti 121, 78, 43 və 26 funt sterlinq arasında dəyişir. Halbuki, UEFA-nın saytı VIP paketlərin qiymətini 690-890 avro arasında müəyyənləşdirib.

Müxtəlif mənbələr bildirir ki, “Çelsi”-“Arsenal” oyununu izləmək üçün tərəfdar ən azı 100 avro ödəməlidir. Demək, bir iranlı üçün Bakıya səfər və Avroliqanın final oyununu izləmək təxminən 8 milyon tümənə başa gələcək.

İstanbulda keçiriləcək Super Kubok və bənzər xərclər

Avropa Super Kuboku uğrunda yarış isə çox sayda iranlı futbol azarkeşini İstanbula cəlb edəcək. İstanbulun “Beşiktaş” klubunun stadionunda oynanacaq matç tərəfdarlar üçün olduqca maraqlı keçəcək. İstanbula səfər xərclərini də Bakıya səfər xərclərinə yaxın hesab etmək olar. Amma İstanbul üçün təyyarə bileti və mehmanxana qiymətləri bir qədər artıqdır. Qarşılaşmaya bilet isə vaxtında əldə edildiyi təqdirdə, çox baha olmayacaq: maksimum 250 avro. Hər halda, iranlılar eyni yarışı Avropanın hər hansı başqa hissəsində izləməli olarlarsa, bundan dəfələrlə artıq xərc çəkməli olacaqlar. Beləliklə, İstanbula bir həftəlik səyahət, üstəlik Avropa Super Kuboku uğrunda yarışı izləmək 10 milyon tümənə başa gələcək. Bu, həqiqətən də “qızıl imkan”dır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az