18.07.2019 17:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Azərbaycana gətiriləcək ilk Avropa bizonları fransız mənşəli olacaq

 
 



Actu.fr, Fransa
17.05.2019


Tezliklə Azərbaycana 7 Avropa bizonu gətiriləcək və onlar... fransız mənşəlidir. Bu bizonlar Peşere (Sartr), Tuari (İvelin) və Sent-Krua (Lotarengiya) heyvanat parklarından gətiriləcək.

Bununla əlaqədar, Sartrda yerləşən Peşere zooparkında tədbir də keçirilib. Tədbirin ardından 2015 və 2017-ci illərdə doğulmuş “Karpat” və “Liniva” adlı iki Avropa bizonu “azadlığa yola salınıb”. Onlar heyvanların təbii mühitdə reintroduksiyası proqramı çərçivəsində əvvəlcə yük maşını ilə Almaniyanın Frankfurt şəhərinə, oradan isə təyyarə ilə Azərbaycana aparılacaq. Azərbaycanda bizonlar ərazisi 40 min hektar olan təbiət parkına buraxılacaq.

“Bu, proqramının icrasında nəticə qazanılması baxımından tarixi hadisədir. Çünki bu, bizim missiyalarımızdan biridir”, - deyə heyvanat parkının məsul nümayəndəsi Antoni Sirefis bildirib.

Qeyd olunan proqramın icrasına 2014-cü ildə başlanılıb. O, 2024-cü ilədək davam etdiriləcək. Avropa bizonlarının nəsli kəsilmək üzrədir. Xoşbəxtlikdən, heyvanat parlkarında 50-dək belə bizon qalmaqdadır. Bu heyvanlar onların reproduksiyası proqramı çərçivəsində müxtəlif ölkələrə göndərilir. Onların bir neçəsi Azərbaycandan əvvəl Rumıniya və Polşaya da göndərilib.

Azərbaycana uzun səyahət

Parkdakı ağaclarının təravətinə baxmayaraq, Antoni Sirefis pencəyini çıxarır. Ona istidir. Qoşqu yaxınlaşır əlbəttə ki, 2 bizonla birgə. İndi, onların daşınmaları üçün nəzərdə tutulmuş qəfəsə salmaq qalır. Bundan sonra uzun səyahət başlayacaq…

Bu 2 bizondan sonra daşıyıcı daha 3 belə heyvanı götürmək üçün İvelindəki Tuori safari parkına, oradan isə daha 2-nin ardınca Lotarengiyadakı Sent-Krua heyvanat parkına yollanacaq. Sonuncu bizon Belçikadan götürüləcək.

Bu, adi səyahətdən üç dəfə çox vaxt alacaq. Çünki ciddi qaydalara riayət olunmalıdır. Bu, bizonlar üçün kifayət qədər uzun zamandır. Onların bəzilərini daşıma qəfəsinə mindirmək üçün bəzən 3 saatadək vaxt lazım gəlir. Amma Sartrda belə olmayacaq. “Karpat”ın qəfəsə salınması 30 dəqiqəyədək vaxt ala bilər. Onun balaca bacısını qəfəsə salmaq üçün isə cəmi bir neçə dəqiqə kifayətdir.

Perşerenin sahibi üçün 6 min avro

Qəfəsin qoyulduğu qoşqunun üzəri Frankfurt aeroportunadək bağlı olacaq. Onlar üçün 6 min avro ödənəcək.

Təyyarədə bizonların daşınmasına görə məsuliyyət maliyyə tərəfdaşlarının üzərinə düşür. Layihəni icra edən assosiasiyanın əlaqələndiricisi Joep Vandevlasakker deyir: “Belə hallarda heyvanlar çox əsəbi olur. Onlar burada doğulsalar da, vəhşi heyvan olaraq qalırlar. Odur ki, bizonlar Azərbaycanda əvvəlcə çəpərlənmiş ərazidə, sonra bir qədər böyük yerdə, daha sonra isə 280 hektarlıq ərazidə saxlanacaq. Bir neçə həftə sonra onlar, nəhayət, tam azadlığa buraxılacaq. Bununla yanaşı, elmi monitorinqlərin aparılması məqsədilə bizonlaraa GPS-lə təchiz olunmuş boyunbağı taxılacaq”.

Genetik izləmə

Bizonların yeni təbii qrupunun formalaşması üçün bir müddət əvvəl də seçim və genetik izləmə aparılıb. Əsas məqsəd bu növün mövcudluğunu qorumaqdır. Bu hədəfə bir neçə ilə nail olunmalıdır. Avropa bizonlarının sayı yenidən 500-ə çatdıqda, məsələ həllini tapmış sayılacaq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Actu.fr


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az