26.06.2019 10:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Mxitaryan Azərbaycanda niyə oynamayacaq?

 
 



BESOCCER, İspaniya
23.05.2019


Müəllif: Xuan Ribon

Londonun “Arsenal” klubu bu mövsüm Azərbaycanda ikinci dəfə meydana çıxacaq. Komandanın üzvlərindən olan Henrix Mxitaryan ilk dəfə olduğu kimi, bu dəfə də klubla birlikdə Bakıya uçmamaq, Londonda qalmaq qərarına gəlib. Səbəb Ermənistanla Azərbaycan arasında düz 30 dildir davam edən münaqişədir.

Beləliklə, Henrix Mxitaryan Azərbaycana yollanmaqdan növbəti dəfə imtina edib. Halbuki, Xəzərin sahilində yerləşən bu ölkənin rəsmi qurumları erməni futbolçunun ölkəyə gəlişinə heç bir problemin olmadığını deyir. Mxitaryan buna rəğmən, evdə qalmağa üstünlük verib. Onun qərarı Azərbaycan mətbuatı tərəfindən sərt tənqidlə qarşılanıb. Azərbaycan KİV-i yazır ki, Mxitaryanın Bakıda hər hansı problemlə üzləşmə ehtimalı yoxdur.

Belə olan təqdirdə “Arsenal”ın futbolçusu Azərbaycanda oynamaqdan niyə imtina edir? Səbəb Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi uğrunda baş vermiş silahlı münaqişənin yarasının hələ də sağalmamasıdır.

Gürcüstan, Ermənistan və Azərbaycan Rusiya inqilabından sonra müstəqillik qazansalar da, Sovet İttifaqının qurulması ilə yeni imperiyanın tərkibinə daxil edilmişdilər. Onların arasında hələ o vaxtdan müəyyən sərhəd problemləri olsa da, nəticə etibarı ilə Sovet İttifaqı kimi böyük bir dövlətin tərkibində yer almaları bu problemin qabarmasına imkan vermirdi. Onların özləri də ittifaqın daxilində olan zaman torpaq uğrunda bir-birinə təzyiq etməyi lazımsız sayırdı. Lakin keçmiş Sovet İttifaqının son illərində regionda tədricən gərginlik baş qaldırmağa başlamışdı. SSRİ-nin süqutu ilə bu gərginliklər davamlı münaqişələrə çevrildi.

Məsələ ondadır ki, Qafqaz hələ ittifaq illərində ruslar tərəfindən vəziyyəti daha da mürəkkəbləşdirməkdən başqa heç bir işə yaramayan, suni şəkildə yaradılmış etnik və dini problemlərlə dolu anklavlardan ibarət olub. Şimaldan Ermənistan, cənubdan İran (kiçik hissəsi Türkiyə) ilə əhatələnmiş Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ da belə bölgələrdən olub və onlar hələ o illərdən Azərbaycana aid sayılıb.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1991-1994-cü illərdə o, Ermənistanla Azərbaycan arasında silahlı müharibəyə çevrilib. Qarabağda yaşayan ermənilərin keçirdiyi “müstəqillik referendumu” (dırnaq işarəsi bizə aiddir - WM) Bakı tərəfindən tanınmasa da, Ermənistan “müstəqillik hərəkatı”na dəstək verib. Beləliklə, iki ölkə arasında miqyaslı müharibə başlayıb.

1994-cü ildə tərəflər atəşkəs razılaşması imzalasa da, atəşkəsin pozulması hallarına bu gün də rast gəlinir.

Qarabağ müharibəsi nəticəsində iki tərəfdən 30 minədək insan həyatını itirib. Özünü “müstəqil” elan etmiş Qarabağ isə bu günədək BMT-də daxil olmaqla, heç bir beynəlxalq qurum və dövlət tərədindən (tanınmamış Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgə istisna olmaqla) tanınmayıb.

Beləliklə, yaşanan münaqişə tərəflərdə dərin yaralar açıb. Bu, özünü futbolda belə, göstərməkdədir. Yeri gəlmişkən, Mxitaryanın ötən ilin oktyabrında qarşılaşmaqdan imtina etdiyi klub “Qarabağ” olub. Qarabağ Ağdam şəhərinin, yəni məhz Dağlıq Qarabağın komandasıdır. 1951-ci ildə qurulmuş bu komanda 2009-cu ilədək ev oyunlarını Ağdamın 30 kilometrliyində yerləşən Quzanlıda keçirib. Sonradan bölgədəki qeyri-sabitlik komandanı Bakıya köçməyə məcbur edib.

Bu gün Ağdam bir xarabalığı xatırladır. Bölgəni məhv etmiş müharibənin xarabalıqları hələ qalmaqdadır. Müharibə vaxtı Ermənistan ordusu oranı da işğal edib. Amma Ağdamda hər hansı məskunlaşma olmayıb.

Doğrudur, bu gün Ermənistan vətəndaşlarının Azərbaycana gəlişi qadağandır. Lakin Bakı Mxtiryanın ölkəyə gəlişinə əngəlin olmadığını bəyan edib. Başqa sözlə, bundan erməni futbolçunun özü imtina edib. O, hələ 2015-ci ildə “Dortmund”da çıxış edəmn zaman Azərbaycanın “Qəbələ” klubu ilə qarşılaşmadan da imtina etmişdi.

“Arsenal” klubunun baş məşqçisi Emeri bunun futbolçunun qərarı olduğunu deyib və qərara hörmətlə yanaşdıqlarını söyləyib. Halbuki, bu qərar dolayısı ilə millətçilik əlamətidir. Azərbaycan bu idmançının ölkəyə gəlişini istəsə də, Mxitaryan bunu qiymətləndirməyib. Halbuki, “Arsenal”ın futbolşusu Qarabağın müstəqilliyinin alovlu müdafiəçilərinəndir. O, bu “müstəqilliy”i dəstəkləyən təşkilatlarla dəfələrlə əməkdaşlıq edib. Bundan başqa, Mxitaryan Bakının iradəsinin əksinə olaraq, Dağlıq Qarabağa səfər belə, edib. Halbuki, Dağlıq Qarabağ ermənilərin nəzarətində olsa da, “de-yure” Azərbaycanın tərkib hissəsidir.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: BESOCCER


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az