19.10.2019 10:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
Qafqazda müharibə və tərəqqi

 
 



24 Horas, Meksika
24.05.2019


Müəllif: Eduardo del Rio

Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən Azərbaycan Avrasiyanın ciddi siyasi və iqtisadi proseslərin mərkəzində yer alan, müasirliklə ənənələrin vəhdət təşkil etdiyi ən cazibədar dövlətlərindən biridir. Belə bir şəraitdə onun əhvalını pozan yalnız qonşusu Ermənistanla yaşamaqda olduğu münaqişəyədir.

Azərbaycanın kiçik Dağlıq Qarabağ regionu 1980-ci illərin sonlarına doğru “müstəqilliyini” (dırnaq işarəsi bizə aiddir - WM) elan etsə də, onu heç bir dövlət tanımır. Amma Ermənistanla Azərbaycan arasında bu bölgə uğrunda baş vermis müharibə minlərlə insanın ölümünə, məcburi köçkünə çevrilməsinə səbəb olub.

1994-cü ildə imzalanmış atəşkəs razılaşması ilə dayandırılmış bu müharibədə güclü Rusiyanın qeyri-müəyyən rolunu da qeyd etmək lazımdır. Məsələ ondadır ki, Moskva bir tərəfdən, Azərbaycan və Ermənistan hökumətləri arasında dialoqu dəstəkləyir, digər yandan, hər iki tərədi “qüvvələr balansı” prinsipi ilə silahlandırır.

Bakı və Yerevan arasındakı danışıqlar bu gün də davam edir. O, 50-dən çox ölkəni özündə birləşdirən ATƏT-in ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupunun vasitəçiliyilə aparılır. Bu danışıqlar bölgədə sülh üçün müəyyən şərait yaradıb.

Münaqişənin davam etdiyi bir şəraitdə, Azərbaycanın qalan hissəsi, xüsusilə paytaxtı ciddi inkişaf mərhələsini yaşayır. İstər coğrafi, istərsə də mədəni baxımdan Avropa ilə Asiyanın qovuşduğu məkan olan Azərbaycanın inkişafı əsasən enerji sənayesilə bağlıdır. Bu gün karbohidrogen ehtiyatlarının nəql olunduğu 3 önəmli boru xətti məhz bu bölgədən keçir. Bunlardan biri Xəzər dənizindən Türkiyə və Gürcüstan ərazisindən keçməklə, Aralıq dənizinədək uzanır.

Ermənistanla münaqişəyə baxmayaraq, Azərbaycan ən görkəmli dövlət xadimi olan Heydər Əliyevin, ardından isə onun oğlu və davamçısı, prezident İlham Əliyevin rəhbərliyi altında sabitlik və tərəqqiyə nail olub, sözün əsl mənasında güclü dövlətə çevrilib. Bakı zaman-zaman Qərbin bəzi hüquq müdafiəsi təşkilatları tərəfindən təzyiqlərə məruz qalsa da, bütün diqqətini Ermənistanla münaqişənin yaratdığı problemlərə yönəldə, iqtisadi inkişafa nail ola bilib.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 24 Horas

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az