01.06.2020 18:58
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhərlə tanışlıq
 
31.05.2020
JAHANNEWS, İran
 

  Azərbaycan müstəqilliyinin 102-ci ildönümünü qeyd edir
 
31.05.2020
Al-Bayan, BƏƏ
 

  Respublika Günü: Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü
 
31.05.2020
OSTA, Sloveniya
 

 
 
Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”

 
 



RTBF.be, Belçika
24.05.2019


Bu il UEFA Avropa Liqasının finalında London derbisi olacaq. Bir tərəfdə başda Eden Azar olmaqla, möhtəşəm mövsüm keçirən amansız “Göylər”, digər tərəfdə isə Obameyanq-Lakazet hücum tandeminin finala daşıdığı, 2006-cı ildən bəri avrokuboklarda zirvəyə yaxınlaşa bilməyən “Topçular”.

Eden Azarsız “Çelsi” və Mxitaryansız “Arsenal”?

Belçikalının transferi guman ki, Avropa Liqasının mayın 29-da keçiriləcək finalından sonra reallaşacaq. Eden Azar 6 il əvvəl bir dəfə final həyəcanı yaşasa da, londonluların “Benfika” üzərində qələbə qazandığı matçda iştirak etməyib. Əvəzində, bu il komandasının uğurlarında fəal iştirak edib və indi o, möhtəşəm mövsümü kubokla başa vura bilər.

“Arsenal”da Mxitaryan məsələsi problem yaradır…

““Arsenal”ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək finalında tam təhlükəsiz şəraitdə oynaya bilər”, - deyə Azərbaycan tərəfi əminliklə bildirib. Azərbaycan ingilis klubunu idmanla siyasəti qarışdırmamağa çağırıb.

Qeyd edək ki, Azərbaycanla Ermənistanın münasibətləri çox gərgindir. Odur ki, erməni əsilli futbolçunun təhlükəsizliyilə bağlı məsələnin gündəmə gəlməsi normaldır.

Bakı ilə Yerevan 30 ilə yaxındır ki, 1991-ci ildə Azərbaycandan ayrıldığını elan etmiş, əhalisinin əksəriyyəti erməni olan Dağlıq Qarabağ regionu uğrunda münaqişə vəziyyətindədir. Münaqişə 30 min insanın ölümünə, yüz minlərlə insanın qaçqına çevrilməsinə səbəb olub.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: RTBF.be

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az