18.07.2019 17:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Azərbaycan futbola hazırlaşır

 
 



MARCA, İspaniya
27.05.2019


Müəllif: Viktor Romero

Bu günlərdə hər kəsin diqqəti Bakıda yönəlib. Futbol üzrə Avropa Liqasının “Arsenal”la “Çelsi” arasında baş tutacaq finalı mayın 29-da məhz Azərbaycan paytaxtında keçiriləcək.

Təyyarədən Bakının hava limanına enər-enməz, insanı “Baku Final 2019” adlı, parolsuz Wi-Fi salamlayır. Bu, sadəcə başlanğıcdır. Burada final həyəcanı hər tərəfdə hiss olunur: müxtəlif böyük loqolar, üzərində Aubameyanq və Hazard kimi ulduz futbolçuların şəklinin həkk olunduğu böyük lövhələr və s.

Ölkənin xəbər saytlarından olan “oxu.az” saytının baş redaktoru Elvin Şirinov deyir: “Futbol bizim ölkədə əsas idman növüdür. O, bizə şahmat, yaxud döyüş növləri qədər qələbə sevinci bəxş etməsə də, insanlar bu idman növünə böyük sevgi ilə yanaşır”.

Bu uzaq Avrasiya ölkəsinə futbol həyəcanı “Qarabağ” və “Qəbələ” kimi futbol klublarının Çempionlar Liqası və Avropa Liqasında iştirakı sayəsində gəlib çatıb.

Beləliklə, UEFA Avropa Liqasının finalında üz-üzə gələcək iki London klubu kuboku qazanmaq uğrunda doğma şəhərlərindən 4000 kilometr uzaqda yerləşən Bakıda yarışacaq. Bu, təxminən Madridlə İraq paytaxtı Bağdad arasındakı məsafə deməkdir.

“Qərbi Avropa ilə aramızdakı coğrafi məsafəyə baxmayaraq, biz Avropa İttifaqına daha yaxınıq, nəinki Rusiyaya. Bu final bizim üçün ölkəmizi xaricə göstərmək baxımından mükəmməl fürsətdir”, - deyə Səbuhi adlı jurnalist qeyd edir.

Finalın keçiriləcəyi bu şəhər haqda kifayət qədər məlumatımız yoxdur. Lakin Bakı Olimpiya Stadionunda keçiriləcək finalın təşkilatçılarından olan Cavid Məmmədli şəhərin buna tam hazır olduğunu deyir: “Son illərdə biz “Eurovison” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, 17 yaşadək qızlar arasında futbol üzrə Dünya Çempionatı və Formula 1 kimi böyük yarışlara ev sahibliyi etmişik. Gələn il isə futbol üzrə Avropa Çempionatının (EURO 2020) 1/8 final oyunları da daxil olmaqla, 4 qarşılaşması burada olacaq. Biz bütün bunlara tam hazırıq”.

Lakin futbol çoşğusu mübahisəsiz də ötüşməyib. Başlanğıcda finalda qarşılaşacaq komandaların onların hərəsinə ayrılmış 6 min biletin az olduğunu deməsi, daha sonra isə Mxitaryanın Ermənistanla Azərbaycan arasındakı münaqişə üzündən Bakıya gəlməkdən imtinası finalla bağlı müəyyən şübhələrə yol açmışdı. Lakin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi biletlərin idarə edilməsi məsuliyyətinin UEFA-ya aid olduğunu bildirib: “Buna görə UEFA məsuliyyət daşıyır. Mxitaryanın məsələsinə gəlincə, biz onun təhlükəsizliyilə bağlı UEFA-ya belə, zəmanət vermişik. Futbolçu buna rəğmən, Bakıya gəlməkdən imtina edib. Mən onun Bakıya gəlməsini istərdim. Bu, futbolçunun öz qərarıdır”.

Beləliklə, Azərbaycanda yeni futbol üfüqü açılır. Bakı bununçün qollarını açıb. Futbol “Odlar yurdu”na gedir…

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: MARCA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az