17.09.2019 16:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
DÇ-1966-da Cef Herstin qolunu hesaba almış hakim Bakıda ikonaya çevrilib - FOTO

 
 



THE SUN, Böyük Britaniya
29.05.2019


Müəllif: Rob Mol

Avropa Liqasının mayın 29-da keçiriləcək finalını izləmək üçün Bakıya yollanmış “Arsenal” və “Çelsi” fanatlarına bu şəhəri yaxşı-yaxşı gəzməyi məsləhət görürəm. Onlar Bakıda İngiltərənin futbol tarixinə düşmüş ən nüfuzlu şəxlərdən birinə ehtiramlarını da göstərə bilərlər...

“Uembli” stationunda futbol üzrə 1966-cı ildə keçirilmiş Dünya Çempionatında qalib gəlmiş İngiltərə yığmasının kapitanı Bobbi Murun heykəli var. “Old Traford”da isə “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqüssonun, Ser Met Basbinin, həmçinin Corc Best, Denis Lou və Bobbi Çarlton üçlüyünün heykəllərinı görə bilərsiniz.

Azərbaycanın paytaxtında isə keçmiş hakim Tofiq Bəhramovun xatirəsi bu cür əbədiləşdirib. O, ingilis tərəfdarların qəlbində xüsusi yerə malikdir. Məsələ ondadır ki, 1966-cı il Dünya Çempionatının “Uembli” stadionunda keçirilmiş İngiltərə-Qərbi Almaniya finalında yan xətt hakimlərindən biri məhz Bəhramov olub. Cef Herstin mübahisəli qolunu da məhz Tofiq Bəhramov hesaba alıb. Məlum olduğu kimi, həmin oyun İngiltərənin 4:2 hesablı qələbəsilə bitib.

Final qarşılaşmasının əsas vaxtı 2:2 hesabı ilə başa çatmışdı. Əlavə vaxtın 110-cu dəqiqəsində Alan Boll topu sağ cinahdan İngiltərənin “Vest Hemli” hücumçusuna, yəni Cef Herstə ötürür, o isə qapıya zərbə endirir. Top qapı dirəyinə dəyərək yerə düşür. O anda topun qapını keçib-keçmədiyi dəqiq bilinmir. Finalın isveçrəli baş hakim Qotfrid Dinst bunu dəqiqləşdirmək üçün Tofiq Bəhramovla məsləhətşir...

Həmin finaldan 50 il keçsə də, həmin zərbə zamanı topun qapıdan keçib-keçmədiyinə dair müzakirələr bu gün də davam edir. T.Bəhramov həmin vaxt özünə çox əmin idi. İsveçrəli hakimlə ünsiyyətdə dil problemi olan Bəhramov başını yelləməklə topun qapıdan keçdiyini bildirir.

T.Bəhramov memuarlarında yazıb ki, o, qolu qapı torunun tərpənişinə əsasən hesaba alıb.

Həmin dövrün qəzetlərində Tofiq Bəhramov “rus yan xətt hakimi” kimi göstərilib. Amma o, Bakıdan idi. O illərdə Sovet İttifaqının tərkibində olan Azərbaycan 1991-ci ildə müstəqillik qazanıb. Bu gün Bəhramov Bakıda ikonaya çevrilib.

Keçmiş futbolçu, məşqçi, hakim, eyni zamanda AFFA-nın baş katibi olmuş Tofiq Bəhramov həyatının böyük hissəsini futbola həsr edib. O, 1993-cü ildə 68 yaşında dünyasını dəyişib. İkinci Dünya müharibəsində iştirak etmiş Bəhramov ayağından ağır zədə aldığı 1950-ci illərədək “Spartak”,  “Dinamo” və “Neftçi” klublarında çıxış edib. Daha sonra 20 ildən çox hakimlik edib. Bəhramov 1966 və 1970-ci ildə keçirilmiş Dünya Çempionatında, Avropa çempionatlarında, həmçinin 1972-ci ildə keçirilmiş UEFA Kubokunun final qarşılaşmasının birinci oynunda hakim olub. Yeri gəlmişkən, həmin oyunda “Vulverhemton” ilə “Tottenham” qarşılaşmışdı.

T.Bəhramov hakimlik karyerasını bitirdikdən sonra AFFA-nın baş katibi vəzifəsində çalışıb. Bu gün o, adına stadion olan yeganə hakimdir. Bakının Tofiq Bəhramov adına stadionu 31 min 200 nəfərlikdir. Stadion əvvəllər İosif Stalinin, daha sonra Vladimir Leninin adını daşıyıb. 1993-cü ildən o, Tofiq Bəhramov adına stadiondur.

Tofiq Bəhramovun stadionun qarşısındakı heykəlinin açılışı 2004-cü ilin oktyabrında, Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və İngiltərə yığmaları arasında Bakıda keçiriləcək matç ərəfəsində olub. Mərasimdə Cef Herst, UEFA prezidenti Mişel Platini və FİFA prezidenti Sepp Blatter də iştirak edib. Bu, doğma vətənində Tofiq Bəhramova böyük hörmətin göstəricisidir. Əlbəttə ki, Böyük Britaniyada Devid Ellerayın, Mark Klattenburqun və ya Mayk Dinin şərəfinə heykəl ucaldılacağını gözləmirsiniz. Elə deyilmi?  
Onun oğlu Bəhram demişdi ki, “bu gün Azərbaycan müstəqil ölkədir. Odur ki, Tofiq Bəhramovun azərbaycanlı kimi təqdim olunması daha ədalətlidir. Onun kimi kimi insanlar 100 ildə bir dəfə doğulur”.
1966-cı ilə keçirilmiş Dünya Çempionatından sonra Böyük Britaniya kraliçası II Elizabet Bəhramova dünya kubokunun maketini təqdim etmişdi.

Bəhramın sözlərinə görə, atası “finalda doğru qərar verdiyini hər zaman təkrarlayırmış”. “Əlbəttə, həmin qol çox mübahisə yaratdı. Ancaq o, öz işini gördü, başını dik tutdu və qərarını elan etdi. Həmin vaxt onun qərarını dəyişməməsi insanda dərin iz buraxıb – qoldan sonra alman futboçular atamı dövrəyə almışdılar. Onlar Tofiq Bəhramova təzyiq göstərməyə çalışırdılar. Amma atam onlara qulaq asmayıb. Oyundan sonra isə topun qapı xəttini keçdiyini alman futbolçular da etiraf edib. Artıq alman futbolçular da Tofiq Bəhramovun doğru qərar verdiyini başa düşmüşdü. Onlar bunu atama da demişdilər. Demişdilər ki, “biz haqlı deyildik. Bu, təmiz qol idi və siz doğru qərar vermisiniz””.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE SUN


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az