19.10.2019 10:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
FOTOREPORTAJ| Bakı finalı: Azərbaycan paytaxtı haqda bilmədiyiniz 5 fakt

 
 



Evening Standart, Böyük Britaniya
30.05.2019


Müəllif: Tom Herbert

Bu gün (dünən – WM) “Arsenal” ilə “Çelsi” Avropa Liqasının finalında Böyük Britaniyadan 2 min mildən də uzaqda yerləşən Azərbaycanın paytaxtı Bakıda qarşı-qarşıya gələcək. Başqa sözlə, onlar Avropa Liqasının kuboku uğrunda mübarizəni Avropanın ən şərqində yerləşən şəhərdə aparacaq.

Azərbaycanın paytaxtı Bakı Xəzər dənizinin sahilində yerləşir. “Küləklər şəhəri” kimi tanınan Bakı haqda bəlkə də bilmədiyiniz 5 maraqlı faktı nəzərinizə çatdırırıq.

“Küləklər şəhəri”

Bakının qeyri-rəsmi adı “küləklər şəhəri”dir. Çünki burada ilin bütün fəsillərində külək əsir: şimaldan xəzri, cənubdan gilavar. Şəhərin adı qədim fars dilində “Badi Kubə”dir. “Bad” – külək, “kubidan” isə vurmaq, zərbə yetirmək deməkdir.

Dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxt

Bakı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Beləliklə o, dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxtdır. Bakı bu mənada Amsterdamı belə, qabaqlayır. Hollandiyanın paytaxtı bu göstəriciyə görə, Bakıdan sonra ikinci yerdədir. Bakının iqlimi yayda quru, qışda isə soyuq və rütubətlidir.

Qafqaz regionu və Xəzər dənizi hövzəsinin ən böyük şəhəri

2 milyondan çox əhalisi olan Bakı kifayət qədər böyük şəhərdir. O, təkcə Qafqazda (bu regiona Gürcüstanla Ermənistan da daxildir) deyil, həm də Xəzər dənizi hövzəsində ən böyük şəhər sayılır. Bakının dəniz limanı isə Xəzər dənizindəki ən böyük limandır.

Bakı Fond Birjası da regionun ən böyük Fond birjasıdır. Həm quruda, həm də dənizdə böyük neft ehtiyatlarına sahib Bakı neft sənayesinin yarandığı məkanlardan hesab olunur.

Bakının “Kiçik Venesiya”sı

“Kiçik Venesiya” insan tərəfindən ərsəyə gətirilmiş süni su yoludur. O, Bakı bulvarında 1960-cı illərdə tikilib. Ora kiçik şəhərcik kimi dizayn edilib. Yaradılmış çoxsaylı süni adalarda mağazalar, restoranlar, əyləncə mərkəzləri yer alır. Onları su yolları və körpülər birləşdirir.

2012-ci ildə “Kiçik Venesiya”nın ərazisi 10 min kvadrat metrədək genişləndirilib. İtaliyada olduğu kimi, bu kiçik şəhərcikdəki su yollarını da keçməyin ən yaxşı vasitəsi qandolalardır.

Qeyri-adi memarlıq nümunələri və Xalça Muzeyi

Bakıda bir neçə müasir memarlıq nümunəsi var. Bu, şəhər əhalisinin qeyri-adi memarlıq nümunələrinə sevgisinin göstəricisidir. Məsələn, alov şəkildə dizayn edilmiş “Alov qüllələri”, “Azersu ofis qülləsi” və “ARDNF qülləsi”. Bununla yanaşı, Bakıda Zaha Hadidin dizayn etdiyi, iti küncü olmayan Heydər Əliyev Mərkəzi, bükülmüş xalça şəklində tikilmiş Azərbaycan Xalça Muzeyini də görə bilərsiniz.

Amma Bakının heç də bütün memarlıq nümunələri müasir dövrdə ərsəyə gətirilməyib. Məsələn, İçərişəhər Bakı tarixinin qəlbidir. Onun tarixi 12-ci əsrədək uzanır. Bəzi tarixçilər İçərişəhəri hətta 7-ci əsrə aid edir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Evening Standart

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az