19.10.2019 10:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
UEFA matçlarının təşkili səviyyəsində Madrid Bakıya uduzdu

 
 



İnfo24, Rusiya
04.06.2019


Bir həftə ərzində UEFA-nın iki əsas matçı oynanıb mayın 29-da Bakıda Avropa Liqasının, iyunun 1- isə Madriddə Çempionlar Liqasının finalı. Hər iki final britaniya futboluna şahidlik edib birinci qarşılaşmada “Çelsi” “Arsenal”ı 4:1, ikinci oyunda isə “Liverpul” “Tottenhem”i 2:0 hesabı ilə üstələyib. Hər iki matç çox maraqlı keçib, futbolçular özlərini əla göstəriblər. Lakin iki finalın təşkilində böyük fərqlər görünüb.

Skeptiklər Avropa Liqasının finalı üçün Azərbaycanın seçilməsini pisləyirdi. “Liverpul”un baş məşqçisi Klopp belə, yetirmələrinin Bakıda oynamalı olmadığına rəğmən, Bakını tənqid edir, oraya gedib çıxmağın çətinliyindən gileylənirdi. Amma azarkeşlər Azərbaycan paytaxtına uçmaqda heç bir problemlə rastlaşmayıb. Bakıda hər hansı təşkilati problemlər də olmayıb – fanatlar fan-zonalara və stadiona rahatlıqla girib-çıxıb, oyundan da, stadiondan da, şəhərdəki əyləncələrdən də hər kəs razı qalıb.

Madridə gəlincə, “Liverpul” - “Totenhem” finalına gələnlər ciddi maneələrlə üzləşib. Onlar dəhşətli tıxaclarda 2-3 saat vaxt itirməli olub. Britaniyalı futbol eksperti Brayan Herli hətta Madriddə baş verənləri “cəhənnəm” adlandırıb. “Bu, Çempionlar Liqasının tarixində ən pis matç oldu”, - deyə o, qarşılaşmadan sonra bildirib.

Bakı isə əksinə, Herlinin heyrətinə səbəb olub və onun komplimentlərini qazanıb. “Bakının uzaqda yerləşməsinə baxmayaraq, matç çox gözəl alınıb. Şəhər təmiz və təhlükəsiz, stadion isə çox rahat idi. Mən və Bakıya gəlmiş on minlərlə azarkeş təşkilatçılıq səviyyəsinə, infrastruktur və təhlükəsizliyə heyran olmuşduq”, - deyə o, BBC-yə müsahibəsində bildirib.

Finala ev sahibliyi edən azərbaycanlıların qonaqpərvərliyi və mehribanlığını da çoxları qeyd edir. Bu, britaniyalıların da fikridir. «Meydança və bütövlükdə stadion dünya səviyyəsində idi”, - deyə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts qeyd edib.

“Arsenal” tərəfdarı Riçard Skeyls deyib: “Çox şən atmosfer var idi. Oyun, final və Bakı çox xoşumə gəldi. Çox gözəl şəhərdir. Burada hamı mehribandır. Bu, əla səfər idi”.

Təəssüf ki, Madrid haqda yaxşı heç nə demirlər. Burada ev sahibləri futbolsevərlərə bayram yaşada bilməyib.

(Rus dilindən tərcümə WorldMedia.Az)

Mənbə: İnfo24

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az