19.10.2019 10:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
Azərbaycanda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib

 
 



Eurasia Review, ABŞ
11.06.2019


Müəllif: Piter Teys

Pakistanlı jurnalist Malik Əyyub Sumbal Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında dərin təəssürat bağışlayan rolu, həmçinin dini ayrı-seçkilik və etnik zorakılıqla mübarizədəki liderliyi haqda məqalə yazıb.

Məqalədə deyilir ki, “bu il mayın ilk həftəsində Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumda 100 ölkəni təmsil edən 500 xarici nümayəndə iştirak edib. Onlar “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusunda fikir və ideyalarını bölüşüblər. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə qlobal platformaya çevrilib. Bu qlobal platformada dünyanın üzləşdiyi ən vacib problemlərin dialoq və müzakirə yolu ilə həlli axtarılır. Azərbaycan belə forumları münaqişə bölgələrində sülh və harmoniyanın yaradılmasına töhfə vermək məqsədilə təşkil edir. Bakının bu səyləri yüksək qiymətləndirilir. Ölkə rəhbərliyi dünyada artan münaqişələrdən narahatdır. Çünki Azərbaycan da dəhşətli müharibə ilə üzləşmiş ölkədir. Bu müharibə nəticəsində 1 milyondan çox azərbaycanlı Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik 7 rayonu tərk etmək məcburiyyətində qalıb. Ermənistanın bu işğalı BMT qətnamələrininin kobud şəkildə pozulmasıdır”.

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev dünyanı insanlar üçün ən təhlükəsiz məkana çevirmək məqsədilə, ölkələri sülhü, dinlərarası harmoniyanı, mədəni dialoqu gücləndirmək işində birliyə çağırıb. “Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən olan Qafqaz Albaniyasına məxsus kilsə isə bizim qədim Şəki şəhərindədir”, - deyə o, qeyd edib: “Xatirimdədir, 8 il əvvəl ilk forum təşkil ediləndə biz onun bu qədər geniş beynəlxalq dəstək qazanacağını təsəvvür edə bilməzdik. 2011-ci ildə bizim mədəniyyətlərarası dialoqa həsr edilmiş dünya forumunun təşkil edilməsi təşəbbüsümüz tariximiz, coğrafiyamız və düşüncəmizdən qaynaqlanırdı ki, dünyanı təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqi sahəsində çox fəal olmalıyıq”.

Malik Əyyub Sumbal məqaləsində vurğulayır ki, Azərbaycan rəhbərliyi mədəniyyətlərarası dialoqa çox inanır: “Prezident İlham Əliyevin vizyonu sayəsində Azərbaycan dinlərarası harmoniyanı və bütün dinlərə sevgini nümayiş etdirən nümunəvi ölkəyə çevrilib. Azərbaycanda bütün dini icmaların hüquqları bərabər şəkildə təmin olunur. Burada insaların dini azadlıqları tam təmin edilib. Azərbaycan vətəndaşlarının ənənələrində və ailə dəyərlərində tolerantlıq dərin kök salıb. Azərbaycanlılar başqa dinə inanan insanları qəbul edir. Ümumiyyətlə, bu ölkədə regionda sülhün möhkəmləndirilməsi yollarının müzakirə olunduğu onlarla forum və tədbir keçirilib. Məsələn, “Bakı prosesi” Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən ən yaxşı nümunələrdən biridir”.

Yeri gəlmişkən, paraqvaylı deputat, Milli Konqresin İmmiqrasiya işləri və inkişaf komissiyasının sədri Esmerita Sançes de Da Silva çıxışında Azərbaycanla Paraqvay arasındakı diplomatik dialoqdan danışıb: “Azərbaycan prezidenti İlham Əliyevin dəstəklədiyi və genişləndirdiyi Azərbaycanın mədəni diplomatiyası, mədəniyyətlərarası dialoqu strateji əhəmiyyətə malik kommunikasiya vasitəsidir. Bu, Asunsyonla Bakı arasında ikitərəfli əməkdaşlığın daha da güclənməsinə, həmçinin insan haqlarının, dini tolerantlığın və Transatlantik iqtisadi əməkdaşlığın qlobal əsaslarının inkişafına, təkmilləşdirilməsinə töhfə verəcək”.

Azərbaycanın geosiyasi əhəmiyyətindən, mədəniyyətlərarası körpü yaratmaq rolundan bəhs edən Malik Əyyub Sumbal yazır: “Azərbaycan Qərblə Şərqi sürətlə birləşdirən ölkədir. O, coğraji mövqeyinə görə, Qərblə Şərq arasındakı məftunedici körpüyə çevrilib. Cənubi Qafqaz regionunda güclü mövqeyə malik Azərbaycanın müxtəlif münaqişələrin, mübahisələrin həlli baxımından Şərqlə Qərb arasında konstruktiv dialoqa töhfə imkanları var. Azərbaycan özündə insanlığa və inama əsaslanan güclü mədəni və ənənəvi dəyərləri birləşdirir. Ölkə rəhbərliyi və xalqı bütün dünya xalqlarının Azərbaycana gəlməsini, “Odlar yurdu”ndakı sevgi, bağlılıq, tolerantlıq nümunəsini görməsini səbirsizliklə gözləyir”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eurasia Review

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az