26.06.2019 10:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Dünyanın ən uzun bulvarı Azərbaycandadır

 
 



Əl-Yaum əs-Sabi, Misir
11.06.2019


Müəllif: Səmir Həsəni

Səyahət həvəskarısansa, gəzmək üçün məşhur, gözəl yerlər axtarırsansa, üstəlik orada vaxtını ailənlə, dostlarınla keçirmək arzusundasansa, “əl-Yaum əs-Sabi”nin ən məşhur və ən gözəl yerlər haqda təqdim etdiyi məlumatlardan yararlana bilərsən. Bizi izləməklə, axtarışa, araşdırmaya vaxt sərf etmədən, tətilini keçirmək üçün ən münasib yerləri seçə biləcəksən.

Bu dəfə səfərimiz Avropa ilə Asiyanın kəsişməsində, Xəzər dənizinin sahilində, Rusiya ilə Ermənistanın arasında yerləşən Azərbaycanadır. Azərbaycan qonaqlarını çoxsaylı sürprizlərlə qarşılayır. Yanardağ, müalicəvi mineral su hamamları, dünyada ən uzun bulvar Azərbaycan paytaxtının qonaqlarını gözləyir. Bura tarixi məscidləri, vulkanları, ənənəvi sadə həyat keçirən insanları ilə də tanınır.

Bakının İçərişəhər adlanan ərazisi Azərbaycan paytaxtının ən qədim hissəsidir. O, qala divarları ilə əhatələnib. Ümumi uzunluğu 221 metr olan divarlar vaxtilə düşmənlərdən qorunmaq üçün tikilibmiş. Onun böyük hissəsi hələ də qalır.

İçərişəhərdəki tarixi hamamlar da istirahət üçün sakit, ideal məkandır.

Tarixi məlumat

İçərişəhərin tarixi çox qədim zamanlara gedib çıxır. Qaya üzərindəki oymaların yaşı bürünc dövrünə qədər uzanır. Ümumiyyətlə, Bakı Xəzər dənizi sahilindəki strateji mövqeyi üzündən bir çox mədəniyyətin şahidi olub. O, hələ qədimdə iqtisadi paytaxt rolunu belə, oynayıb.

Azərbaycanda turist bələdçisi olan Kərim “əl-Arabiyyə”yə müsahibəsində deyib ki, Bakı sözünün mənası “od ilahəsi”dir. Azərbaycan “odlar yurdu” mənasını verir. Burada torpaq neft və qazla zəngindir.

Bu kiçik şəhər tarix boyu müxtəlif mədəniyyətlərin, o cümlədən fars, yunan, islam mədəniyyətlərinin, eləcə də rus işğalının şahidi olsa da, 16-cı əsrdə inşa edildiyi dövrdən bəri öz unikallığını, qədimliyini də qoruyub saxlayır.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Yaum əs-Sabi


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az