26.06.2019 10:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Müdafiə naziri Akar: “Türkiyə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək”

 
 



Anadolu Ajansı, Türkiyə
12.06.2019


Müəllif: Sarp Özer

Türkiyənin müdafiə naziri Akar deyib ki, “Türkiyə dünən olduğu kimi, bu gün də azərbaycanlı qardaşlarımızın yanındadır və daim yanında olacaq”.

Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə və Azərbaycanlı Silahlı qüvvələrinin birgə təşkil etdiyi “Sarsılmaz qardaşlıq-2019” təlimlərini izləmək üçün Azərbaycana aid Naxçıvana Muxtar Respublikasına səfər edib. Onu Naxçıvan Muxtar Respublikasının baş naziri Əlövsət Baxşıyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu komandanı Kərəm Mustafayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyan nazir Akar daha sonra Heydər Əliyev Muzeyini ziyarət edib. Ona muzey haqda məlumat verilib. Nazir muzeyin xatirə kitabına ürək sözlərini yazıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 20-ci əsrdə türk və dünya siyasi tarixinə imzasını atmış əhəmiyyətli bir lider, dövlət adamıdır. Bu torpaqların yetişdirdiyi böyük lider Heydər Əliyev həyatı boyunca cəsarət, qətiyyət və tükənməz enerji ilə Azərbaycan xalqının iqtisadi, siyasi, sosial və mədəni həyatında vacib dəyişikliklər edib, dərin izlər buraxıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına ən böyük mirası öz ayaqları üzərində dayana bilən, müstəqil və azad Azərbaycan dövləti, eyni zamanda, “bir millət, iki dövlət” şüarı ilə möhkəm təməllər üzərində inşa etdiyi Azərbaycan-Türkiyə əlaqələridir. Onun mirasına sahib çıxmaq, qardaşlıq əlaqələrimizi daha da gücləndirərək gələcək nəsillərə ötürmək əsas vəzifəmizdir. Nəcib türk millətinin hörmət və məhəbbətini qazanmış ulu öndər Heydər Əliyevi bu duyğu və düşüncələrlə, rəhmətlə yad edirəm. Ruhu şad olsun”.

Şəhidlər Xiyabanı, Türk şəhidləri abidəsi

Böyük öndər Mustafa Kamal Atatürkün abidəsi önünə də çələng qoyan Akar daha sonra Şəhidlər Xiyabanını və Türk şəhidləri abidəsini ziyarət edib. Buradakı məzarların üzərinə çiçək düzən nazir Türk şəhidliyi abidəsinin xüsusi dəftərinə bunları yazıb: “Nəcib Türk millətinin qəhrəman övladları, əziz şəhidlərimiz; siz bu torpaqlarda yaşamaq üçün mübarizə aparan azərbaycanlı qardaşlarımız üçün ən qiymətli varlığınız olan həyatlarınızı bir an düşünmədən, sevə-sevə fəda edərək, ən uca mərtəbəyə çatdınız, bununla da Azərbaycan xalqı ilə qardaşlıq əlaqələrimizin ölümsüz abidəsinə çevrildiniz. Azərbaycanın müstəqilliyi naminə qardaşlarımızla çiyin-çiyinə apardığınız böyük mübarizə bu nəcib xalqın qardaşlığının, kədərdə və qürurda bir və birlikdə olmanın ən gözəl nümunəsi kimi, şanlı tariximizə qızıl hərflərlə yazıldı. Cəsarətiniz, qəhrəmanlığınız və fədakarlıqlarınız heç vaxt unudulmayacaq, həmişə minnətdarlıq və təşəkkürlə yad ediləcək. Sizdən aldığımız əmanətə sahib çıxmaq, qardaşlıq bağlarımızı daha da gücləndirərək, gələcək nəsillərə ötürmək əsas vəzifəmizdir. Türkiyə dünən olduğu kimi, bu gün də azərbaycanlı qardaşlarımızın yanındadır və daim yanında olacaq. Sizi – əziz şəhidlərimizi rəhmətlə, təşəkkürlə yad edir, hüzurunuzda hörmətlə baş əyirəm. Ruhunuz şad olsun!”.

Talibovla görüş

Nazir Akar Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzi ilə Heydər Əliyev adına Hərbi Liseyi ziyarət etdikdən sonra Dövlət igamətgahına yollanıb. Burada o, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.

Görüşdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov da iştirak edib.

“Nail olunmuş səviyyə hamımız üçün qürur mənbəyidir”

Səfər çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun komandağına gedən nazir Akar burada azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov tərəfindən hərbi mərasimlə qarşılanıb. İki ölkə himnlərinin səsləndirilməsilə başlayan mərasim Akarın fəxri qarovul dəstəsini salamlaması ilə sona çatıb. Qərargahda komandanlığın xüsusi kitabını imzalayan nazir Akar kitaba bunları yazıb: ““Sarsılmaz Qardaşlıq-2019” təlimləri münasibətilə Naxçıvana səfərim zamanı Azərbaycan Silahlı Qüvvələrinin ən təchizatlı birliklərindən Əlahiddə Ümumqoşun Ordusunun komandağında olmaqdan, burada xidmət edən azərbaycanlı qardaşlarımızla, silahdaşlarımızla görüşməkdən çox məmnunam. Vətən torpaqlarını fədakarlıq və qəhrəmanlıqla qoruyan Əlahiddə Ümumqoşun Ordusu komandağının çatdığı səviyyə hamımız üçün qürur mənbəyidir. Ortaq mədəniyyətə və dərin tarixi bağlara sahib iki qardaş ölkə Silahlı qüvvələrinin bu günədək olduğu kimi, bundan sonra da millətimizin dinclik və rəfahına qarşı yönəlmiş hər cür təhdid və təhlükələrə qarşı çiyin-çiyinə mübarizə aparacağına, öz vəzifələrini uğurla yerinə yetirəcəyinə inanıram”.

Heydər Əliyev adına Hərbi Liseyi ziyarət

Nazir daha sonra Azərbaycanın müdafiə naziri Həsənovla geniş tərkibdə görüş keçirib. Görüşdən sonra komandanlıqdakı təlim mərkəzinə baş çəkən Akar burada dərs alan əsgərlərlə söhbətləşib. Təlim mərkəzindəki əsgələri salamlayan Akarın sonrakı dayanacağı Heydər Əliyev adına Hərbi Lisey olub. O, burada sinifləri gəzib, lisey rəhbərliyindən buradakı tədris haqda məlumat alıb.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az