26.06.2019 10:06
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
“Bu gün Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə davamlı inkişafını görürük”

 
 



ISNA, İran
13.06.2019


Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov ölkəsinin bütün qonşuları ilə dostluq, əməkdaşlıq münasibətlərinin olduğunu deyir: “Bu gün Azərbaycanla İran arasında da ikitərəfli münasibətlərin davamlı inkişafının şahidi oluruq”.

ISNA xəbər verir ki, səfir bunu ölkəsinin dövlət müstəqilliyinin ildönümü münasibətilə təşkil olunmuş tədbirdəki çıxışında deyib: “Mən və ailəm İranda qaldığımız müddətdə dördüncü ildir ki, burada Azərbaycanın dövlət müstəqilliyi gününü qeyd edirik. Əslində, bu tədbir Azərbaycanın dövlət müstəqilliyi günü, eləcə də Azərbaycanın diplomatik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə keçirilir”.

Azərbaycanda dövlət müstəqilliyi gününün hər il 28 may tarixində qeyd olunduğunu vurğulayan səfir deyib: “Bu il Ramazan ayı ilə əlaqədar, oruc tutanlara hörmət əlaməti olaraq, tədbirimiz bir az gec təşkil olundu”.

“28 may 1918-ci ildə Cənubi Qafqazda Azərbaycan Xalq Cümhuriyyəti elan olunub. O, Şərqdə irqindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün soydaşlarımızın azadlıq və hüquqlarını, həmçinin qadınların səsvermə hüququnu təmin etmiş ilk demokratik respublika olub”, - deyə diplomat bildirib: “Azərbaycan dilinin rəsmi dövlət dili olaraq qəbul edilməsi, ay-ulduzlu, üç rəngli bayrağın dövlət bayrağı kimi təsdiqlənməsi, Silahlı qüvvələrin və dövlət qurumlarının yaradılması Azərbaycan Xalqı Cumhuriyyəti dövründə həyata keçirilmiş işlərdir. Odur ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hər il mayın 28-ni bayram kimi qeyd edir”.

Hüseynov Azərbaycan prezidenti İlham Əliyevin ölkənin dövlət rəmzlərinə xüsusi diqqət yetirdiyini vurğulayıb: “Hər il 28 may günü ölkə prezidenti dövlət və hökumət rəsmilərilə, vətəndaşlarla birgə Azərbaycan Xalq Cumhuriyyətinin şərəfinə Bakının mərkəzində ucaldılmış xatirə kompleksini ziyarət edir”.

Səfir çıxışını belə davam etdirib: “9 iyun 1919-cu ildə Xarici İşlər Nazirliyi Katibliyinin nizamnaməsi qəbul olunub. Məhz bu tarixi hadisə ilə əlaqədar, prezidentin 24 avqust 2007-ci ildə imzaladığı fərmana əsasən, diplomatik orqan əməkdaşlarının peşə bayramı günü də təsis olunub”.

Səfir Azərbaycanın dünyanın əksər ölkələrilə uğurlu əməkdaşlıq etdiyini bildirib. “Bildiyiniz kimi, Azərbaycan ərazisinin 20%-i Ermənistan tərəfindən işğal olunub. Bu üzdən Bakı Ermənistan istisna olmaqla, bütün qonşuları ilə dostluq şəraitində yaşayır, onlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinə malikdir. Bu gün Azərbaycanla İran arasında da ikitərəfli münasibətlərin bütün sahələrdə davamlı inkişafının şahidiyik. Azərbaycan-İran əlaqələrini birgə tarix və mədəniyyət birləşdirir, bu əlaqələr qədim qohumluq və dostluq münasibətlərinə əsaslanır. Azərbaycan dövlət müstəqilliyinin ilk illərindən İran İslam Respublikasını dəstəyini hiss edib. Bakı da öz növbəsində, öz dostluğunu və yaxşı qonşu olduğunu hər zaman sübut edib. Azərbaycan hər zaman İranın xalqının və dövlətinin yanındadır”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az