23.08.2019 13:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
FOTOREPORTAJ| Bakı gecələri

 
 



DND, Pakistan
13.06.2019


Müəllif: Aqa İqrar Harun

Əgər Bakının gecə həyatını görmək üçün artıq Azərbaycandasınızsa, demək, bu məqalə sizin üçün deyil. Amma yenə də, Bakın möhtəşəm gecə gözəlliyini təqdim edirik. Odur ki, gülümsəyin...

Şəxsən mən Bakını gecə saatlarında müşahidə etməyi çox sevirəm. Səmada rəngarəng buludlar, şəhərdə sistemli şəkildə işıqlandırılan binalar. Üstəlik, şəhərdə romantik külək əsir...

Bakı şəhəri gecə həqiqətən çox gözəl işıqlandırılır. Buna görə şəhər rəhbərliyinə təşəkkür düşür. İnsanlar Bakını “küləklər şəhəri” adlandırır. Amma mənim üçün Bakı səmasında rəngarəng buludların olduğu şəhərdir. Buranı “bağlar şəhəri”, “işıqlar şəhəri” də adlandıra bilərəm.

Səfərimə Dağüstü parkı ziyarətlə başladım. Buradan Bakı buxtasına möhtəşəm mənzərə açılır. Dağüstü park şəhərin ən uca nöqtəsidir. Burada bir qədər qaldım və gecə küləyindən zövq aldım. O, ruhumu sakitləşdirir, mənə şəhərin gözəlliyini kəşf etməm üçün enerji verirdi. Daha sonra Dövlət Bayrağı Meydanına yollandım. Burada Azərbaycanın milli bayrağı dalğalanır...

“Alov qüllələri”ni, Hökumət evini, Heydər Əliyev Mərkəzini, Azərbaycan Dövlət Akademik Filarmoniyasını, Muğam Mərkəzini, Xalça Muzeyini ziyarət etdikdən sonra Nizami küçəsinə baş çəkməyi qərara aldım.

Yeri gəlmişkən, Nizami küçəsi Bakının əsas turistik istiqaməti sayıla bilər. 1864-1918-ci illərdə salınmış bu küçə şəhərin mərkəzi hissəsinin şərqindən başlayaraq qərbinə doğru uzanır. O, şəhərin dağlıq hissəsi olan Abdulla Şaiq küçəsindən başlayır və  Sabit Orucov küçəsində yerləşən Dəmir Yolu Vağzalının sonuna qədər, Şah İsmayıl Xətainin “Qara şəhər”də yerləşən heykəlinin yaxınlığına qədər davam edir. Nizami küçəsinin uzunluğu 3 kilometrdir. Onun ən məşhur və insanların daha çox ziyarət etdiyi hissəsi isə Fəvvarələr meydanıdır. Bu meydan Rəşid Behbudov küçəsinədək davam edir. Rusiyalı turistlər buranı “Tarqovı”adlandırır.

Amma Nizami küçəsindəki restoranlar çox bahadır. Bu üzdən, mən adətən, yaxınlıqda yerləşən 28 May küçəsindəki restoranlara gedirəm. Orada turistlər üçün daha ucuz restoranlar tapmaq mümkündür.

28 May küçəsi Bülbül prospektindən başlayır və Rixard Zorge küçəsinə qədər davam edir. Onun uzunluğu 1 kilometrdir. Bu küçə keçmişdə başqa cür adlandırılıb. Məsələn, “Telefonnaya” küçəsi.

Ümumiyyətlə, 28 May küçəsinin maraqlı tarixçəsi var. 1883-cü ildə Bakıda Dəmir Yolu Vağzalının tikintisi başa çatdıqdan sonra vağzalla şəhərin asfalt küçə ilə birləşdirilməsinə ehtiyac yaranmışdı. Həmin illərdə (1887) ilk telefon stansiyası da burada qurulmuşdu. Küçə bu səbəbdən “Telefonnaya” adlandırılmışdı.

Artıq 19-cu əsrlərin sonlarında bu küçədən faytonlar keçirdi. 1898-ci ildə isə burada Lüteran kilsəsi tikilib. Nəticədə küçə mühüm əhəmiyyət kəsb etməyə başlayıb. 1913-cü ildə ona “Romanovskiy prospekt” adı verilib. Həmin il Rusiya imperiyasında Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinin 300-cü ildönümü qeyd olunurdu. 1918-ci ildə isə o, Ser Uiliams Lindlinin şərəfinə “Lindli küçəsi” adlandırılıb. Qeyd edək ki, Ser Uiliams Lindli Çar Rusiyası dövründə Bakının infrastrukturunun inkişafına tövhə vermiş şəxsdir.

Küçənin adı sonradan daha 2 dəfə də dəyişdirilib. 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünün şərəfinə 1991-ci ildə ona 28 May adı verilib. Bu gün o, Bakının ən böyük küçələrindən biridir. Bülbül prospekti ilə Zorge küçəsi arasında nəqliyyatın hərəkəti şərqdən qərbə doğru, yəni 28 May küçəsi vasitəsilə təmin olunur.

Bakı bulvarı 28 May küçəsinin yaxınlığında yerləşir. Burada gecə gəzintisini adətən bulvardakı skamyalardan birində oturaraq başa vurmağı çox sevirəm. Bu dənizkənarı park Bakı bulvarı kimi də tanınır. Sahil xəttinə paralel yerləşən bu park piyada zolağından ibarətdir. Bakı bulvarı Xəzər dənizini seyr etmək üçün ən gözəl istiqamətdir. Səmaya baxın: Aman Allah, Xəzər dənizinin üzərindəki rəngarəng buludlar məndə möhtəşəm hislər yaradır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DND


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az