18.07.2019 17:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Azərbaycanda hakimiyyət də, müxalifət də müharibəyə hazırlaşır

 
 



168hours, Ermənistan
17.06.2019


Müəllif: Zvart Xaçaturyan

Hərbi ekspert, “Güclü erməni ordusu” ictimai birliyinin təsisçisı və rəhbəri Karen Hovanisyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində maraqlı şəkil paylaşıb. Şəkildə Azərbaycanın Sərhəd Qoşunlarının zabitləri və əsgərləri çiyinləri üzərində uzunluğu 5100 metr olan dövlət bayrağını daşıyır...

“Bayrağı çiynində 5000 nəfərlik heyət aparır. Onları isə hərbi texnika və helikopterlər müşayiət edir. Aksiya “Vətənə xidmət andımız, amalımızdır!” şüarı altında həyata keçirilib. O, hərbi-vətənpərvərlik mövzusunda müxtəlif tədbirlərlə də müşayiət olunub. Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev isə bəyan edib ki, “bu bayraq tezliklə düşmən tərəfindən işğal olunmuş və tərəfimizdən azad ediləcək torpaqlardan keçəcək”, - deyə hərbi ekspert qeyd edib.

Karen Hovanisyan “168hours”a açıqlamasında bildirib ki, azərbaycanlıların keçirdiyi bu aksiya daha çox ölkə ictimaiyyəti üçün nəzərdə tutulub: “Bu, Azərbaycan ictimaiyyətinə yönəlmiş mesaj idi. Əminliklə söyləyə bilərəm ki, onlar ictimaiyyəti müharibəyə hazırlayır. Buna sübut kimi, qeyd edilən aksiya ilə yanaşı, Naxçıvanda təşkil olunmuş birgə hərbi təlimdə iştirak etmiş türk hərbçilərinin vida mərasimini də qeyd etmək olar. Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev isə Azərbaycanın dövlət bayrağınının işğal altında olan ərazilərdən keçəcəyini deyir. Bütün bunların kökündə Azərbaycan ictimaiyyətini psixoloji cəhətdən müharibəyə hazırlamaq məqsədi dayanır”.

“Sosial şəbəkələrdə bununla bağlı yazılan şərhləri təhlil etdikdə aydın olur ki, Azərbaycan əhalisinin əksəriyyəti müharibə tərəfdarıdır. Müharibəni xaricdə yaşayan azərbaycanlılar istəmir”, - deyə ekspert bildirib: “Görünən odur ki, Azərbaycanda hakimiyyət də, müxalifət də müharibəyə hazırlaşır. Onlar işğal altındakı ərazilərin mütləq azad edilməli olduğunu bir ağızdan bəyan edirlər”.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 168hours


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az