18.07.2019 17:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
“Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı

 
 



DHA, Türkiyə
19.06.2019


Almaniyanın EWE şirkətinin Türkiyədəki payının SOCAR-a satışı ilə bağlı sənədlərin imzalanması mərasimi keçirilib.

“SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri Vaqif Əliyev ”Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətlərinin bundan sonra fəaliyyətini “SOCAR Türkiyə”nin rəhbərliyi altında davam etdirəcəyini bildirib. O, bunun həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatına fayda verəcəyini söyləyib.

Beləliklə, “EWE Turkey Holding”ə məxsus “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Türkiyə”yə satışı prosesi yekunlaşıb. Bununla bağı düzənlənmiş imzalanma mərasimində “SOCAR Türkiyə” İdarə Heyətinin sədri Vaqif Əliyev, şirkətin icraçı direktoru Zaur Qəhrəmanov, “EWE AG”nin icraçı direktoru Stefan Dohler, baş maliyyə inzibatçısı Volfqan Müher və s. rəhbər şəxsləri iştirak edilblər.

Bununla da satınalma sənədləri 2019-cu ilin yanvarında imzalanmış proseslə bağlı bütün məqamlar sona çatıb. Bundan sonra bu 5 şirkət də STAR neft emalı zavodu, TANAP, “Petkim”, “SOCAR Terminal” və “Petkim Külək Enerjisi Stansiyası”nın (KES) daxil olduğu “SOCAR Türkiyə”nin nəzdində fəaliyyət göstərəcək.

Vaqif Əliyev bildirib ki, “Bursagaz” və “Kayserigaz”ın qrupa daxil olması ilə Türkiyədə təbii qaz sahəsində fəaliyyət zənciri tamamlanıb. “Türkiyə bazarına daxil olduğumuz gündən fəaliyyət göstərdiyimiz sektorun dinamikasını və məhsuldarlığını nəzərə almışıq, bütün fəaliyyətimiz boyu inteqrasiyaya önəm vermişik”, - deyə o, qeyd edib: “12 ildir Türkiyəyə təbii qaz nəql edirik. 2013-cü ildən təbii qazın topdan satışını həyata keçiririk. Bildiyiniz kimi, SOCAR, Türkiyə və Azərbaycan dövlətlərinin ən mühüm layihəsi olan, təbii qaz nəqlini təmin edən TANAP-ın ən böyük tərəfdaşıdır. İndi, “Bursagaz”la “Kayserigaz”ı da “SOCAR Türkiyə”yə daxil etməklə, qaz paylanması sahəsində də fəaliyyətə başlayırıq. Bu böyük inteqrasiyadan meydana gələcək sinerjinin həm şirkətimiz, həm də iki qardaş ölkə iqtisadiyyatı üçün çox mühüm əhəmiyyət kəsb etdiyinə inanıram. Bu münasibətlə bizə yeni qoşulan əməkdaşlarımıza “SOCAR ailəsinə xoş gəldiniz” demək istəyirəm”.

“Bursagaz” və “Kayserigaz”la birlikdə, satın alınan bütün şirkətlərin “SOCAR Türkiyə”nin enerji sektorundakı gücünü artıracağını vurğulayan Vaqif Əliyev deyib: “Uzun illərdir Azərbaycanda, həmçinin Tbilisi istisna olmaqla, bütün Gürcüstan ərazisində qazpaylama ilə məşğuluq. Fəaliyyətimizdə müştəri məmnuniyyəti ön plandadır. İndi, bu sahədəki təcrübəmizi Bursa və Kayseriyə gətiririk. Əməliyyat istiqamətlərimiz arasında təbii qaz xüsusi yer tutur. Bu istiqamətdə fəaliyyərimizi genişləndirməyi düşünürük. Odur ki, imkanları bundan sonra da dəyərləndirəcəyik”.

Satın alınmış şirkətlər arasında telekomunikasiya sahəsində yer alan “Millenicom”un da olduğunu xatırladan Əliyev bildirib ki, bu qurum TANAP xətti üzərində yaradılmaqda olan 1850 kilometrlik “SOCAR Fiber” layihəsilə önəmli sinerji yaradacaq.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DHA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az