19.10.2019 10:47
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
“Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj

 
 



SABQ, Səudiyyə Ərəbistanı
25.06.2019


Müəllif: Suveyd əl-Harisi

Turizmlə maraqlananlar son zamanlar tez-tez Azərbaycandan danışır. Onlar Qafqazın əsrarəngiz təbiətə, tarixi abidələrə malik bu incisinə səfər etməyi üstün tuturlar.

Azərbaycan Respublikası Qafqaz regionunda, Avrasiyada, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şərqdən Xəzər dənizi, şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənubdan isə İranla həmsərhəddir. Milli valyutası manat 2 Səudiyyə riyalına bərabərdir.

Azərbaycanda 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolu, otellər, əsrarəngiz təbiət, yay-qış kurortları, eləcə də müalicə turizmi imkanları və çoxlu tarixi abidələr var. O, müxtəlif turizm bölgələri, xüsusilə Quba, Qəbələ və Şəki kimi əsrarəngiz təbiətə malik rayonları ilə tanınır.

Azərbaycan Səudiyyə Ərəbistanından çox da uzaq deyil. İki ölkə arasında birbaşa uçuşlar var. Yüksək səviyyəli otellərlə zəngin Azərbaycanın bütün şəhərlərində sakitlik, əmin-amanlıq hökm sürür. Azərbaycan xalqı da çox mehriban xalqdır.

Azərbaycana Körfəzin ərəb ölkələrindən, bu il isə xüsusilə Səudiyyə Ərəbistanından turist axınında ciddi artım var. “Sabq”ın kamerası bu ölkənin turizm məkanlarında çəkiliş aparan zaman da çox sayda səudiyyəli ailəyə rast gəlib.

Azərbaycana səfər Bakı Beynəlxalq Aeroportuna “ASAN Viza” özünəxidmət terminallarından cəmi 2 dəqiqə ərzində viza almaqla başlayır. Vizanın qiyməti bir nəfər üçün 26 dollardır. Hər terminalın yanında dayanmış əməkdaş viza almaq istəyənlərə kömək edir.

“Sabq” olaraq, səudiyyəli turistlərə bəzi tövsiyələr vermək istərdik. Məsələn, paytaxt Bakı daxilində hərəkəti asanlaşdıran “Bolt” proqramından istifadə edin. Onu “ASAN Viza” terminalından müəyyən məbləğ ödəməklə yükləyə bilərsiniz. Bu proqram vasitəsilə restoranlardan yemək belə, sifariş vermək olur.

Hazırda Azərbaycanda hava bir qədər istidir. Bakıdasınızsa, Qədim şəhəri (İçərişəhər), həmçinin paytaxtın kafe və restoranlarının, brend malların satıldığı dükanların sıra ilə düzüldüyü Nizami küçəsini gəzməniz yaxşı olar. Eyni zamanda, Bakı bulvarındakı “Venesiya” şəhərciyinə gedin, gözəl havada piyada gəzişin.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: SABQ

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az