17.09.2019 16:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Dualarla siyasət dünyanı birləşdirməyə kifayət deyil

 
 



JEWISH JOURNAL, ABŞ
27.06.2019


Müəllif: Ravin Ron Li-Paz

Səyahət zamanı möhtəşəm macəralar yaşamaq, yeni insanlarla tanış olmaq mümkündür. Son Roma səfərim də istisna deyildi. Üstəlik, Vatikanın Müqəddəs Pyotr meydanında Roma Papası Fransisklə söhbətləşmək, birgə dua etmək imkanı belə, əldə etmişdim. Bu həyəcanverici görüş məndə ümid yaradıb: bir-birimizi dinləməyin, birgə fəaliyyət göstərməyin yolunu tapa, həmçinin nifrətin, zorakılığın yayılması ilə nəticələnən ayrı-seçkiliyi, dini fanatizmi və ideoloji əngəlləri aradan qaldıra bilərik.

Səyahətə Azərbaycandan başlamışdım. ABŞ-dan olan kiçik nümayəndə heyətinin üzvü kimi, bu ölkədə siyasətçilərlə, həmçinin dini liderlərlə görüşdüm. Onlar ölkələrinin inteqrasiyasına töhfə verir, zorakı ekstremizmə qarşı mübarizə aparırlar. İlk öncə “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdim. Bu gün insanlığın bundan yaxşı hədəfi varmı?

Azərbaycan əhalisinin 96%-dən çoxu müsəlmandır. Bakıda yerləşən möhtəşəm Heydər Əliyev məscidində şiələrlə sünnilər birgə, çiyin-çiyinə dua edir. Ölkənin mədəni və siyasi sistemi dünyəvidir. Odur ki, Azərbaycanın bütün konfessiyaları və etnik qrupları səmimi olaraq birləşdirmək niyyəti cəmiyyətin bütün təbəqələrində hiss olunur. Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən Azərbaycan Türkiyə, Gürcüstan, İran və Rusiya ilə həmsərhəddir. O, sülh şəraitində birgəyaşayışı daha da inkişaf etdirmək niyyətindədir. Bu, Azərbaycan kimi kiçik ölkənin qeyri-sabit regionda sağ qala bilməsi üçün vacib amildir. Odur ki, Azərbaycan müxtəlif dinlər və mədəniyyətlər arasında konstruktiv dialoqun qurulmasına praktiki olaraq hazırdır. Azərbaycanın birləşdiricilik formulunun əsasında məhz bu dayanır.

Orada görüşdüyüm siyasi və dini liderlər, həmçinin ictimai xadimlər anlayır ki, ədalətli dialoqun aparılması münaqişələrin həllində sadəcə olaraq, formal addım deyil, həm də müasir dünyada ehtiyac duyulan yanaşmadır. Çünki bu gün başqa düşüncəyə malik şəxslər yad insanlar kimi göstərilir. Nəticədə onlara qarşı refleksiv olaraq, mənfi rəy formalaşır.

Daha sonra həmkarım, yepiskop Xuan Karlos Mendezlə bərabər Bakıdan Romaya yollandıq. Vatikanda görüşlər keçirmək və Roma Papasının rəsmi qəbuluna düşmək niyyətində idik. Yepiskop Mendezlə birlikdə minlərlə insanla birgə Roma Papasının çıxış etdiyi tribunaya yaxınlaşdıq. Papa insanlara müraciət edir, onlara xeyir-dua verirdi. Daha sonra yepiskop Mendezlə məni Roma Papası ilə görüşə dəvət etdilər. Bu, məni təəccübləndirdi.

Roma Papasının əlini sıxırdım. Onunla birliyə çox böyük ehtiyacı olan dünya haqda danışdıq. Papaya liderliyinə, həmrəylik mesajlarına, xüsusilə, artan antisemitizmlə mübarizəsinə görə təşəkkür etdim. Sonda soruşdum ki, sizə Tövratdan ivrit dilində xeyir-dua verə bilərmi? O, başını aşağı saldı və gözlərini yumdu. Mən də gözlərimi yumdum və min illər ərzində kilsələrdə, sinaqoqlarda səslənən duanı oxdum.

Həmin vaxt orada bir-birinin əlini tutan, başını aşağı salan, dualar edən, xeyir-dua verən iki dindar var idi. Biz – Roma Papası ilə mən bir insan idik.

Bu təcrübə məndə indiyədək olmadığı qədər böyük ümid yaratdı. Suallarımızın cavabı dualarda və ya siyasətçilərdə deyil. Roma Papası ilə mənim kimi, bir-birimizə əl uzatmalı, yaradılmış mənfi fikirlərə, düşüncələrə fikir vermədən qucaqlaşmalıyıq. Əlaqələrimizi yalnız bu zaman bərpa edə, hörmətə əsaslanan dünyanı yalnız bu halda qura bilərik. İndi olmasa, nə vaxt?

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az