17.09.2019 16:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
TANAP Avropaya qaz nəqlinə hazırdır

 
 



Anadolu Ajansı, Türkiyə
02.07.2019


Müəllif: Nuran Erkul Kaya

TANAP boru kəməri iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib.

“Cənub Qaz Dəhlizi”nin əsas seqmenti olan TANAP boru kəməri iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-dan verilən məlumata görə, Ardahanın Posof qəsəbəsindən başlayaraq, Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən, Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xəttinin inşası yekunlaşıb. Beləliklə, o, iyulun 1-dən Azərbaycan qazının Türkiyə-Yunanıstan sərhədində TAP-a çatdırılması, bununla da Avropaya nəql olunması üçün hazır vəziyyətə gətirilib.

İndi, TAP boru kəmərində aparılan işlərin tamamlanması qalır. Bununla da Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq. Başqa sözlə, Türkiyə-Yunanıstan sərhəddində TAP ilə birləşəcək TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi tarixə düşəcək.

Açıqlamada fikirlərinə yer verilmiş SOCAR prezidenti Rövnəq Abdullayev TANAP vasitəsilə Türkiyəyə ilk qazın nəqlinə ötən il başlandığını xatırladıb. “Artıq TANAP Avropaya da təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir. İndi, biz TAP boru kəmərində aparılan işlərin sona çatmasını gözləyirik”, - deyə o, bildirib: “Azərbaycan nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında, yüksək səviyyədə həyata keçirməyə qadir olduğunu bütün dünyaya bir daha göstərdi”.

Təxminən 7 milyard dollarlıq investisiya hesabına başa gələn TANAP vasitəsilə Türkiyəyə kommersiya məqsədli qaz nəqlinə 2018-ci il iyunun 30-da başlanıb. TANAP boru kəmərinin səhmdarları SOCAR ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), “Botaş” (30%), BP (12%) və “SOCAR Turkey Enerji A.Ş” (7%) şirkətləridir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az