17.09.2019 16:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
FOTO| “Odlar yurdu”

 
 



INDIA TODAY, Hindistan
02.07.2019


Müəllif: Nita Lal

“Odlar yurdu” dedikdə ilk öncə ağla ölüm, dağıntı gələ bilər. Lakin söhbət Asiya ilə Avropanın kəsişməsində yerləşən, İran, Rusiya və Ermənistanla həmsərhəd olan möhtəşəm bir ölkədən gedir.

Söhbətin hansı ölkədən getdiyini deyə bilərsiniz? Bura Azərbaycandır! 10 milyonluq əhalisi olan bu Cənubi Qafqaz ölkəsində möhtəşəm mənzərələrə malik heyranedici bölgələr də var, qarlı dağlar da, palçıq vulkanlarının sıraya düzüldüyü qeyri-adi səhralar da. Bir sözlə, xarici qonaqlar Azərbaycanın görməli yerlərinə, təbiətinə həqiqətən heyran qalır.

Azərbaycanın “Odlar yurdu” adı ilə tanınması orada havanın, hətta suyun belə, alovlanması ilə bağlıdır. “Azərbaycanda təkcə dağlarda deyil, həm də dənizdə alov görə bilərsiniz”, - deyə yerli bələdçi bildirir. Onun sözlərinə görə, Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malikdir: “Nə qədər ki, ölkənin qaz ehtiyatı var, bu alovlar sönməyəcək”.

Amma Azərbaycan qonaqları başqa xüsusiyyətlərilə də məftun edir. Məsələn, gözəl meqapolis olan paytaxt Bakıda müasir, dəbdəbəli otellərə, möhtəşəm yeməklərin təklif olunduğu restoranlara, yaşıllıqlarla zəngin bulvara, butiklərə, muzeylərə, Xəzər dənizinin sahilində isə Sidney Opera Teatrını xatırladan teatr mərkəzinə rast gələcəksiniz. Son dövrlərdə isə Bakıda hər il Formula 1 Qran Prisi keçirilir.

Bir çox insan bu şəhəri Xəzər dənizinin sahilində yerləşən Dubay adlandırır. Şəhərin ətrasına 1 günlük səyahətim həqiqətən də yaddaşıma yazıldı.

Qobustandakı vulkanlar

Qobustan paytaxt Bakıdan uzaqda deyil. Burada qarşınızda sürreal mənzərə açılır. Qobustan dövlət tarixi-bədii qoruğu UNESCO-nun Ümumdünya İrisi siyahısına daxil edilib. Bura palçıq vulkanlarının vətənidir. Palçıq vulkanlarından bəziləri hətta milli xəzinə hesab edilir. Qobustan ərazisi boz rəngli düzəngahdır.

Yeri gəlmişkən, Azərbaycan qeyri-aid palçıq vulkanlarına görə “palçıq vulkanlarının paytaxtı” da adlanır. Bu gün dünyadakı təxminən 1000 palçıq vulkanının 400-dən çoxu məhz buradadır. Onlar püskürən zaman vulkanın alovu 1 kilometr yüksəkliyə qalxır.

Azərbaycanda palçıq vulkanlarından müalicə üçün də istifadə olunur. Onlar bu üzdən də müxtəlif ölkələrdən turistləri cəlb edir.

Alov məbədi

Gözlənildiyi kimi, “Odlar yurdu”nda bu ada xas görməli yerlər də var. Məsələn, Bakıdan yarım saatlıq məsafədə yerləşən, “Atəşgah” kimi tanınan alov məbədi. Beşguşəli qala formasında olan “Atəşgah”ın tarixi 17-ci əsrədək uzanır. O, qazın yer səthinə çıxdığı məkanda tikilib. Burada alov qədim zamanlardan olub. Məbədin mərkəzində altar qazın alışması ilə alovlanırmış. Zərdüşt-Hindistan mədəniyətinə aid bu məbəddəki alov və 16 yazı Azərbaycandakı sinkretik mədəniyyəti daha da gücləndirir. İlk öncə zərdüştlərin, daha sonra indusların müqəddəs məkanı olmuş “Atəşgah” məbədinin Hindistanla da güclü bağları var. Təəssüf ki, o, 19-cu əsrdə tərk edilib. Doğrudur, bu gün burada təbii alov yanmır. Amma məkanı hələ də gün ərzində yüzlərlə insan ziyarət edir.

Yanardağ

Azərbaycanın ən görməli məkanlarından biri də Yanardağdır. Bakı ətrafında yerləşən bu məkan da təbii qazla zəngindir. Odur ki, bura da alovlanmaqdadır. Bu ərazi yerin altındakı böyük qaz ehtiyatı səbəbilə fasiləsiz yanır. Alovun illərdir sönməməsi həm də ətrafda su mənbələrinin olmaması ilə bağlıdır.

Bura qədim zamanlardan səyyahları, həmçinin işğalçıları cəlb edib. Məsələn, Marko Polo hələ 13-cü əsrdə bu yarımadada sirli alovların olduğunu yazırdı.

Qobustan dövlət tarixi-bədii qoruğu

Yarımsəhra quru iqlimi olan Qobustan dövlət tarixi-bədii qoruğu Bakıdan 1 saatlıq məsafədə yerləşir. Burada 40 min illik tarixə malik 6 mindən çox qayaüstü rəsm var. Bu sadə petroqliflər qədim insanlar tərəfindən çəkilib və zamanla küləyin təsiri nəticəsində qəribə formalar alıb.

Yeri gəlmişkən, Qobustanda romalı legionerlərin belə, yazılarını görmək mümkündür. Qobustan onların aşkar etdiyi ən şərq istiqamətdir. Buradakı petroqliflər həm qədim insanların, həm də qədim sadə incəsənətin tarixinin öyrənilməsində mühüm rol oynayıb.

Qəbələdə macəra

Şam ağacları ilə əhatə olunmuş, Nohur gölünə mənzərənin açıldığı Qəbələ möhtəşəm meşələr və şəlalələrin vətənidir. Macəra axtaranlar orada “kvadrasikl” sürə, at çapa bilər. Yox, əgər bədəninizi, beyninizi “təmizləmək” üçün sağlamlıq mərkəzində dincəlmək istəyirsinizsə, Qəbələdə bunun üçün SPA mərkəzləri də var.

Burada müasir tibbi estetik müalicənin təklif olunduğu mərkəzlərə də baş çəkə bilərsiniz. Daha çox macərə istəyirsinizsə, kanatla Tufandağa qalxa qalxın. Buradan Qafqaz dağlarına açılan başgicəlləndirici mənzərə, onun ətəyində yerləşən qəribə evlər insanda möhtəşəm təəssürat yaradır.

Göygöl rayonu

Göygöllə Maral göl Azərbaycanın ən gözəl əkiz gölləridir. Onlar 12-ci əsrdə Qafqaz dağlarında baş vermiş zəlzələdən sonra meydana gəlib. Hündür Kəpəz dağının ətəyində yerləşən Göygöl rayonu dumanlı yaşıl meşələrlə əhatə olunub. O, Azərbaycan poeziyasında, musiqisində, həmçinin rəsm əsərlərində mədh olunub. Bu regionu mütləq ziyarət edin.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: INDIA TODAY


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az