15.07.2020 01:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
VİDEO| Şəki şəhərinin tarixi mərkəzi və Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib

 
 



HABER GLOBAL, Türkiyə
09.07.2019


Azərbaycanın Şəki şəhərinin tarixi mərkəzi və Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib. Tikintisində mismar və yapışqandan istifadə olunmayan sarayın 257 yaşı var. Qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında qəbul edilib.

2000 illik tarixə malik şəhər və onun ən gözəl xəzinələrindən olan Şəki Xan Sarayı. Saray, həmçinin Şəki şəhərinin bu ərazidə yerləşən tarixi məhəlləsi artıq UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır.

Şəki xan sarayı 1762-də xanların yay iqamətgahı kimi tikilib. Onun zalı və otaqları rəngli işləmə və döyüş səhnələrilə bəzədilib. Pəncərələrdə azərbaycanlıların “şəbəkə” adlandırdığı rəngarəng həndəsi naxışlar var.

Sarayın yerləşdiyi Şəki şəhəri dağların arasında salınıb. Önəmli tarixi ticarət yolları üzərində olan şəhərin mərkəzi 18-ci əsrdə torpaq sürüşməsi nəticəsində dağıldığından, yenidən qurulub. Azərbaycanın memarlıq abidələri arasında yer alan Şəki Xan Sarayı və şəhərin tarixi məhəlləsi artıq yalnız azərbaycanlıların deyil, bütün dünyanın mühafizəsi altındadır.

Qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü iclasında qəbul edilib. Toplantıda 180 ölkədən 2500-dən çox nümayəndə iştirak edib. Onlar İrs siyahısına namizədləri qiymətləndirib və Şəki şəhərinin tarixi məhəlləsi və Xan Sarayı səsvermə ilə siyahıya daxil edilib.

Toplantının açılışında Azərbaycanın birinci xanımı və vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış edib. O, dünya mirasının qorunmasının Azərbaycan-UNESCO əməkdaşlığının ən vacib aspekti olduğunu bildirib. Tarixi, dini və mədəni abidələrin qorunmasının Azərbaycan üçün prioritet olduğunu deyən Əliyeva diqqəti Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində dağıdılmış tarixi abidələrə çəkib.

Tarixi abidələrin qorunmasına Azərbaycan prezidenti İlham Əliyev də böyük əhəmiyyət verir. O, çıxışlarında işğal altında qalmış memarlıq abidələrinin durumuna hər zaman diqqət çəkir.

UNESCO-nun son qərarından sonra Əliyev Azərbaycan xalqını təbrik edib.

Bundan əvvəl paytaxt Bakıdakı tarixi İçərişəhər və ilk insanların yaşadığı Qobustan qayalıqları da UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdi.

 

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABER GLOBAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az