19.10.2019 10:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
Dağlıq Qarabağ: “dostluq xartiyaları” Fransa dövlətinin hədəfində

 
 



Le Monde, Fransa
09.07.2019


Müəllif: Patrik Roje

Prefektlər Qafqazda özünü müstəqil elan etmiş “respublika” (dırnaq işarəsi bizə aiddir - WM) ilə Fransanın bir sıra yerli hakimiyyət orqanları arasında əlaqələrin qurulmasına qarşıdır.

Bu, həssas məsələdir. Çünki o, Fransa ilə Azərbaycan arasındakı diplomatik və iqtisadi əlaqələrlə bağlıdır. Fransanın 13 ərazi vahidi (12 kommuna və Drom departamenti) 2013-cü ildən etibarən mer və ya prezidentinin vasitəçiliyilə qondarma “Dağlıq Qarabağ Respublikası” ilə “dostluq sazişi” imzalayıb. Halbuki, bu region (Dağlıq Qarabağ əhalinin 95%-ni ermənilər təşkil edir) Azərbaycan ərazisidir. Bölgə 1991-ci ildə özünü müstəqil respublika elan etsə də, bu qərar BMT üzvü olan hər hansı dövlət tərəfindən tanınmayıb.

Bir yandan, Fransada böyük təsir imkanlarına malik erməni diasporu fəaliyyət göstərir. Ermənilərin Müdafiə Komitəsinin məlumatına əsasən, Fransada 600 min erməni yaşayır. Digər tərəfdə isə Fransa üçün vacib iqtisadi tərəfdaş dayanır. Azərbaycan Fransanın Qafqaz regionundakı əsas ticarət tərəfdaşıdır. Böyük enerji resurslarına malik bu ölkə həm də Fransanın bölgədəki əsas diplomatik tərəfdaşı hesab olunur. Bununla yanaşı, Ermənistanla Azərbaycan arasındakı münaqişənin danışıqlar yolu ilə həll olunmasına vasitəçilik etməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri də Fransadır və bu məsələdə o, “bitərəf” olmalıdır.

Fevralın 5-də Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurası tərəfindən şam yeməyinə dəvət olunmuş Fransa prezidenti Emmanuel Makron qonaqlar qarşısındakı çıxışında “dostluq xartiyaları” ilə bağlı qəti mövqeyini də bu baxımdan açıq şəkildə ortaya qoyub. “Bu, hüquqi öhdəlik və prinsipial məsələdir. Bu öhdəlikdən çıxış edərək deməliyəm ki, biz Fransa bələdiyyələri və ya yerli hakimiyyət orqanları ilə Dağlıq Qarabağın de-fakto hakimiyyəti arasında imzalanmış müqavilələri tanıya bilmərik”, - deyə prezident qeyd edib.

“Fransa dövlətinin mövqeyi təəssüf doğurur”

Bu qəti mövqe Fransanın daxili və xarici İşlər nazirləri tərəfindən imzalanmış və prefektlərə hələ 2018-ci il mayın 24-də göndərilmiş müvafiq sənəddə də yer alıb. Sənəddə vurğulanır ki, yerli hakimiyyət orqanları Fransa tərəfindən tanınmayan ərazi vahidlərilə hər hansı formada əlaqə qura bilməz. Bu, “Dostluq xartiyaları” ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırmağa istiqamətlənmiş tənzimləyici sənəddir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Monde

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az