12.11.2019 21:30
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Erməni analitik: “Azərbaycan ön postlara yardım məqsədilə Tavuş istiqamətində 3 hərbi baza açıb”
 
12.11.2019
168.am, Ermənistan
 

  FOTO| Azərbaycanı gəzib-dolanmağa, bu sirli ölkəni araşdırmağa dəyər
 
12.11.2019
Sina, Çin
 

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb
 
06.11.2019
HABER GLOBAL, Türkiyə
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

 
 
FOTO| Bakıda ilk dəfə olaraq Ermənistanın törətdiyi vandalizmin fəsadları nümaiş etdirilir

 
 



URA.ru, Rusiya
09.07.2019


Müəllif: Leonid Fyodorov

Bakının Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi açılıb. Ekspozisiyada Azərbaycana aid minlərlə tarixi və mədəni artefakt toplanıb. Bu eksponatlar 5 il əvvəl Gürcüstan Milli Muzeyində aşkarlanıb. Sərgi Muzeyin Azərbaycan və Şərq kolleksiyalarından ibarətdir.

Üç bölmədən ibarət sərgidə Qacarlar dövrünə aid 300-ə yaxın qədim Azərbaycan incəsənət nümunəsi, İrəvan xanlığındakı Sərdar Sarayının məişət əşyaları və rəsm əsərləri nümaiş etdirilir. Ayrıca bölmədə isə Qafqaza 19-cu əsrdə səyahət etmiş rus foto işinin pioneri Dmitri Yermakovun İrəvan xanlığını əks etdirən nadir fotosənədləri sərgilənir.

Qafqaz Tarix Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov bildirib ki, 2011-ci ildə Bakıda İrəvan qalasının 500 illiyi qeyd edilib. Müasir Ermənistanın paytaxtı Yerevan şəhərinin əsası məhz bu qalanın yerində qoyulub. Ekspert qeyd edib ki, hazırda İrəvanın tarixi mərkəzi tam məhv edilib. Ermənistan ərazisindəki orta əsrlərə aid bütün Azərbaycan memarlığı eyni aqibətlə üzləşib. “İndiki Yerevanın mərkəzindəki Sərdar Sarayı və orta əsrlərə aid digər Azərbaycan tikililərinin, həmçinin İrəvan qalasının özünün Ermənistan hakimiyyəti tərəfindən tam məhv edildiyi yalnız təəssüf doğura bilər”, - deyə o, bildirib.

Hüseynovun sözlərinə görə, Yermakov qalanın məhvi prosesini öz fotolarında əks etdirə bilib. Fotolarda vaxtilə İrəvanın tarixi mərkəzini təşkil edən Sərdar Sarayını, məscidləri və digər orta əsr tikililərini görmək olar. Ekspert qeyd edib ki, İrəvan qalasının və onun içərisindəki tikililərin memarlığı Bakının İçərişəhərini, Şəki və Şuşa Xan saraylarını xatırladır. Onun sözlərinə görə, bu memarlıq üslubu Tbilisidə, Dərbənddə və Cənubi Qafqazın digər şəhərlərində də müşahidə olunur.

Hüseynovun sözlərinə görə, məhv edilmiş İrəvan qalasının 500 illiyinin 2011-ci ildə Bakda qeyd olunduğu vaxt Ermənistan hakimiyyəti, mətbuatı və ictimaiyyəti buna zəncirvari reaksiya göstəribmiş: “Tədbirdə iştirak edən yerli və xarici alimlər, ictimai və siyasi xadimlər Bakının İrəvan qalasının Ermənistan tərəfindən məhv edilməsilə bağlı narahatlığını bölüşürdülər. Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov xatırladıb ki, əgər Pompey dünyanın ən yaxşı qorunub saxlanılmış qədim şəhəridirsə, İrəvan yeganə şəhərdir ki, onun tarixi mərkəzi məqsədli şəkildə yer üzündən silinib”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti vandalizm ittihamlarından yayınmaq üçün Rusiyanın adı ilə pərdələnir, Azərbaycan abidələrinin xarabalıqları üzərindəki yeni tikililəri rus adları ilə adlandırır. “Onlar bunu 2008-ci ildə Yerevanda “Rusiya” meydanının açılışında da göstərdilər. O zaman mərasimdə iştirak edən Rusiya prezidenti Dmitri Medvedevin qarşısında Ermənistanın keçmiş başçısı Serj Sarqsyan etiraf etdi ki, “Rusiya” meydanı İrəvan qalasının yerində salınıb. Bu zaman o, bu Azərbaycan qalasını erməni-rus münasibətlərinin abidəsi kimi qələmə verməyə, söhbətin əslində, İrəvan xanlığının Sərdar Sarayından getdiyini gizlətməyə çalışmışdı”, - deyə Hüseynov qeyd edib.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: URA.ru

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az