17.09.2019 16:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər

 
 



Parsine.com, İran
12.07.2019


Bakının ən görməli, turistlərin mütləq baş çəkməli olduğu məkanlarından biri İçərişəhərdir. Bu, Bakı şəhərinin ən qədim hissəsidir. Dünyanın digər tarixi məkanları kimi, bu tarixi ərazi də turistlərin xüsusi diqqətini cəlb edir.

İçərişəhər Bakı buxtasının şimal-qərbində yerləşir. Bakının turistik məkanlarından sayılan İçərişəhər 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

İçərişəhərin tarixi

Əslində, Azərbaycanın ən qədim şəhəri olan İçərişəhər qədim zamanlarda, Bakıdan əvvəl paytaxt olub. Onun qədim hissəsi XI-XIX əsrlərdə inşa edilib. Paleolit dövründən insan məskəni olan bu qapalı şəhər özündə müxtəlif mədəniyyətlər və sivilizasiyaları birləşdirib. Burada sasanilər, zərdüştlər, həmçinin Şirvanşahlar, İran, ərəb, osmanlı və rus sivilizasiyaların nişanələrini görmək mümkündür.

Azərbaycannın qədim paytaxtı Şamaxıda XV əsrdə baş vermis dağıdıcı zəlzələdən sonra Şivanşahlar dövləti öz paytaxtını Bakıya köçürüb. Məhz bundan sonra onlar İçərişəhəri genişləndirib, onun ətrafında müdafiə divarı tikib. O vaxt şəhər əhalisinin böyük hissəsi bu divarların içərisində yaşayıb. Nəhayət, XIX əsrdə Bakıya neft gəlirləri artmağa başlayıb və şəhər davamlı inkişaf mərhələsinə keçib.

İçərişəhərin turistik məkanları

Şəhərin qədim daş səkilərində, dar küçələrində gəzinti insana rahatlıq verir. Buradakı qədim mağazalar, həmçinin evlərin böyük hissəsi orijinal üslubda qorunub saxlanıb. Mağazalarda əl işləri və suvenirlər satılır.

İçərişəhərdə 23 məhəllə, 2 karvansara, 3 su çeşməsi, bazar meydanı, məscidlər, hamamlar və s. var. Qız qalası, Şirvanşahlar sarayı və Murad darvazası buranın ən məşhur tarixi abidələrindəndir.

Qız qalası

Qız qalası qədim şəhərin ən cazibədar tikililərindən olmaqla, Azərbaycanın rəmzi sayılır. Onun təsviri Azərbaycanın milli valyuta əskinaslarının üzərinə də həkk olunub.

Bu qala haqqında çox hekayə danışılır. Belə rəvayətlərdən birinə əsasən, şəhər hökmdarının qızı atasının onu istəmədiyi oğlana ərə verməyə çalışması üzündən özünü qaladan atıb.

Qədim dövrdə bu qaladan Anahita və Zərdüştə sitayiş məqsədilə də istifadə olunurmuş. Hər il Novruz bayramında Qız qalasının üzərində bu gün də alov yandırılır.

Bu gün tarixi İçərişəhərdə müasir tikililərə də rast gəlinir. Dəbdəbəli dörd ulduzlu mehmanxanalar, eyni zamanda, uzun illərdir dəyişməz qalan dolaşıq küçələr, bir sözlə, qədimiliklə müasirliyin sintezi turistləri bu tarixi əraziyə cəlb edir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Parsine.com


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az