19.10.2019 10:51
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
Rusiyanın “S-400” raketlərinin müəllifi Azərbaycan türküdür!

 
 



RedAction, Fransa
19.07.2019


Türkiyənin Rusiyadan “S-400” raketləri alması son günlər dünya mediasının gündəmini zəbt edib. Bəs bilirsinizmi ki, dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən olan “S-400”ün ixtiraçısı Azərbaycan türküdür?

“S-400” raketlərinin Türkiyəyə çatdırılıması prosesi davam edir. ABŞ Ankaraya onlardan imtina etməsi üçün davamlı təzyiqlər göstərsə də, bu, nəticə verməyib. Əvəzində, Vaşinqton Türkiyəyə “F-35” qırıcı təyyarələri satmaqdan imtina edib. Üstəlik, o, Konqresin 2017-ci ildə qəbul etdiyi müvafiq qanuna əsasən, Türkiyəyə iqtisadi sanksiyaların tətbiqinə hazırlaşır.

Bu təhdidlərin səbəbinə gəlincə, o, çox sadədir. Amerikalılar istəyir ki, Ankara Rusiyanın “S-400” raketlərini deyil, onların “Patriot” sistemlərini alsın.

ABŞ ilə Türkiyə arasında bu gərginliyin davam etdiyi bir vaxtda Rusiya Tədqiqatlar İnstitutu maraqlı məlumat yayıb. Sən demə, “S-300” və “S-400” hava hücumundan müdafiə sistemlərinin müəllifi Rusiyada yaşayan Azərbaycan türkü İqor Aşurbəylidir.

Ümid edək ki, Türkiyə türkləri gələcəkdə “S-400”lərin yeni versiyasını hazırlayacaq!

İqor Aşurbəyli kimdir?

İqor Aşurbəyli 1963-cü ildə Bakıda doğulub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Elm xadimi və iş adamıdır. O, avtomatlaşdırma üzrə mühəndislik sahəsində doktorluq dərəcəsi alıb. İ.Aşurbəyli həmçinin Beynəlxalq Aerokosmik Tədqiqatlar Mərkəzinin (Vyana) təsisçisi və kosmosun öyrənilməsi üzrə “Asqardiya” adlı milli layihənin yaradıcısıdır.

2010-cu ildə Aşurbəyli Rusiya dövlətinin elm və texnologiya mükafatına layiq görülüb. 2016-cı il fevralın 5-də UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında keçirilən tədbirdə isə nanoelmin və nanotexnologiyaların inkişafına töhfələrinə görə, qurumun xüsusi medalı ilə təltif olunub.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: RedAction

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az