19.10.2019 10:53
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
FOTO| Bakıya bir baxış

 
 



Titreshahr, İran
22.07.2019


Qonşumuz Azərbaycanın liman paytaxtı olan Bakı ilə tanış olun.

Asiya qitəsində yerləşən Azərbaycanın paytaxtı Bakı ölkənin ən böyük şəhəri və limanıdır. Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasında yerləşən şəhərin əhalisi 2,15 milyon nəfərdir. O, dünyanın neftlə zəngin bölgələrindən sayılır. Ərazisi 2130 kvadrat kilometrdir.

Ölkənin rəsmi dili Azərbaycan türkcəsidir. Amma Bakıda rus dili də çox yayılıb. Bakıda və ümumiyyətlə, Azərbaycanda ən geniş yayılmış din islam dinidir (97%).

Bakı şəhərinin isə 12 rayonu var. Burada yarımquru, mülayim hava şəraiti üstünlük təşkil edir. Yay isti və quru, qış isə soyuq və yağışlı keçir. Bakı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. O, dünyada dəniz səviyyəsindən aşağıda yerləşən iki paytaxtdan biridir (digəri Amsterdamdır).

Daim əsən güclü külək üzündən Bakını “Küləklər şəhəri” də adlandırırlar. Şəhər ətrafında bir neçə palçıq vulkanı, eləcə də duzlu göl var.

Azərbaycan paytaxtı xüsusilə 1988-ci ilə qədər rus, erməni, yəhudi və s. əhalisilə zəngin musiqi, mədəniyyət və memarlıq müxtəlifliyi yaşayıb. Bakı Azərbaycanın həm də sənaye, mədəniyyət və elm mərkəzidir. Çoxsaylı parklar Bakını bir çox bədii proqramın, o cümlədən musiqi, teatr və opera tədbirlərinin keçirilməsi üçün cazibədar məkana çevirir.

UNESCO-nun Ümumsünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər qədim qala divarlarının əhatəsində əsrlərdən bəri qorunub saxlanır. Orada yerləşən Şirvanşahlar sarayı ilə Qız qalası da həmin siyahıda yer alır.

Sovet İttifaqında elektrik qatarı və dəmir yolu 1926-cı ildə ilk olaraq məhz Bakıda istismara verilib.

Bakı şəhərinin digər görməli yerləri arasında müasir memarlıq möcüzələrindən sayılan Heydər Əliyev Mərkəzinin, Sovet hakimiyyətinin ilk illərində salınmış Fəvvarələr meydanının, Xəzər dənizinə açılan gözəl mənzərəyə malik Bakı bulvarının, “Alov qüllələri”nin adını çəkmək olar. Muzeylərdən “Yarat” Müasir İncəsənət Məkanını, Milli Azərbaycan Tarix Muzeyini, Miniatür Kitab Muzeyini, Azərbaycan Xalça Muzeyi və Nizami Gəncəvi Adına Azərbaycan Ədəbiyyatı Muzeyini qeyd edə bilərik.

Bakıya səfər zamanı “Kiçik Venesiya”ya, Qobustan Milli Tarix-Bədii Qoruğuna, Yanardağa da mütləq baş çəkin. Ümumiyyətlə, Bakı Qafqaz regionunda ən cazibədar turizm istiqamətlərindəndir.

Bakı şəhəri son illər beynəlxalq tədbirlərin sıx-sıx keçirildiyi yerə çevrilib. 2012-ci o, “Eurovision” mahnı müsabiqəsinə, 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi edib.

Paytaxtın məşhur alış-veriş mərkəzlərinə gəlincə, “28 Mall”, “Bazarstore”, MUM, “Park Bulvar”, “Port Baku Mall”, “Gənclik Mall”, eyni zamanda, qədim bazarlar yolunuzu gözləyir.

Bakıdan ala biləcəyiniz ən populyar suvenirlər dekorativ maqnit, papaq və kəlağayı, saxsı qablar, yağlı boya, rəngli armudu stəkanlar, əllə toxunmuş xalçalar, nərd və s. ola bilər.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Titreshahr

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az