18.02.2020 14:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
FOTO| Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı həyəcanı

 
 



Anadolu Ajansı, Türkiyə
23.07.2019


Müəllif: Ruslan Rəhimov

Azərbaycanın ev sahibliyi etdiyi XV Avropa Gənclər Yay Olimpiya Festivalına (EYOF 2019) Baku Crystal Hall”da təşkil olunmuş açılış mərasimilə start verilib.

Avropa Olimpiya Komitələri (EOC) tərəfindən iki ildən bir təşkil olunan, bu il Azərbaycan paytaxtı Bakıda keçirilən EYOF 2019-un açılış mərasimində Azərbaycan bayrağı ucaldılıb, ölkənin dövlət himni səsləndirilib.

Xoreoqrafiya və işıq şouları ilə davam edən tədbirdə Oyunlarda iştirak edəcək idmançılar ölkələrinin bayraqları ilə yürüş edib.

Tamaşaçılar Türkiyə idmançılarını ayaq üstə alqışlayıb

İlk yarışa ev sahibliyi etmiş Yunanıstan millisinin keçidilə başlayan yürüş zamanı tamaşaçılar Türkiyə idmançılarını ayaq üstə alqışlayıb. Milli komandamızın üzvləri isə Türkiyə bayraqları ilə yanaşı, Azərbaycan bayraqlarını da qaldırıblar.

İdmançıların keçidi zamanı ən çox alqışı təbii ki, ev sahibi Azərbaycan komandası alıb.

Açılıq mərasimində Azərbaycan prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç də iştirak ediblər. Prezident Əliyevin Oyunların başladığını rəsmən elan etməsinin ardından Olimpiya Oyunlarının bayrağı qaldırılıb.

Turnirə startı azərbaycanlı olimpiya çempionu verib

Bundan əvvəl Romada yandırılmış məşəl azərbaycanlı olimpiya çempionu, güləşçi Fərid Mansurov tərəfindən meydana gətirilib. Məşhur azərbaycanlı müğənni Tünzalə Ağayevanın çıxış etdiyi tədbir Azərbaycan mədəniyyətini, adət-ənənələrini və inkişafını əks etdirən xoreoqrafiya şousu ilə davam edib.

50 ölkədən 3500-dən çox idmançının qatıldığı yarışda Türkiyə 9 idman növündə 126 idmançı ilə mübarizə aparacaq. Onlar bədii gimnastika, atletika, basketbol, velosiped yarışı, güləş, cüdo, tennis, voleybol, üzgüçülük kimi idman növlərində yarışacaqlar.

Yarış iyulun 27-də başa çatacaq.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az