23.08.2019 13:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
Çavuşoğlu elan etdi: sentyabrın 1-dən viza ləğv olunur

 
 



Sözcü, Türkiyə
27.07.2019


Xarici işlər naziri Çavuşoğlu Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini sentyabrın 1-dən ləğv edəcəyini açıqlayıb.

Bu haqda nazir özünün “Twitter” hesabında yazıb: “Cənab prezident Əliyevin hörmətli dövlət başçımıza ötən həftə xəbər verdiyi kimi, Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini senytabrın 1-dən ləğv edir”.

Çavuşoğlu paylaşımında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə şəklinə və Azərbaycan Xarici İşlər Nazirliyinin Türkiyə Xarici İşlər Nazirliyinə ünvanladığı məktuba da yer verib.

Məktubda deyilir: “Xalqlarımız arasında ümumi tarixi, mədəni köklərə, dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bu gün ən yüksək səviyyədədir və bütün sahələrdə uğurla inkişaf edir. Qarşılıqlı anlaşma və bərabərlik əsasında qurulmuş, gündən-günə çiçəklənən əlaqələrimiz ölkələrimiz arasında viza rejiminin ləğvini və xalqlarımızın sərbəst hərəkətini zəruri edir. Odur ki, Azərbaycan Respublikasına 30 gün üçün səfər etmək istəyən Türkiyə pasportuna malik vətəndaşlar üçün viza rejimi 1 sentyabr 2019 tarixdən ləğv olunur”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Sözcü


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az