12.11.2019 08:41
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb
 
06.11.2019
HABER GLOBAL, Türkiyə
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

  Tehranla Bakı arasında işgüzar əlaqələr qənaətbəxş deyil
 
05.11.2019
ANAJ, İran
 

  FOTO| Bakı Beynəlxalq Aeroportunun terminalındakı “barama”lar
 
04.11.2019
Dlmag, ABŞ
 

 
 
Türkiyədən Gürcüstana yüklər yeni dəmir yolu ilə çatdırılır

 
 



TasnimNews, İran
29.07.2019


Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə göndərilmiş ilk yük iyulun 23-də təyinat nöqtəsinə çatıb.

“Tasnim”in məlumatına görə, bunu Gürcüstan Dəmir Yolları İdarəsinin baş direktoru bildirib. “Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə göndərilmiş ilk yük partiyası iyulun 23-də ünvana çatıb”, - deyə o, qeyd edib. Bu münasibətlə ilk qatarın qarşılanması üçün Gürcüstan rəsmilərinin iştirakı ilə xüsusi tədbir də keçirilib. 5 vaqondan ibarət qatar Türkiyənin Ərzurum şəhərindəki logistika mərkəzindən hərəkətə başlayaraq, Gürcüstan paytaxtı Tbilisidə dayanıb.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolu xəttidir. O, 2017-ci ildə istismara verilib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasından məqsəd Azərbaycandan Türkiyəyə (nəticədə Orta Asiya və Çindən Avropaya) tranzit dəhlizinin tamamlanması idi. Onun ilkin illik daşınma gücü 6,5 milyon tondur. Uzaq perspektivdə bu rəqəmin 17 milyon tonu keçəcəyi deyilir.

Dəmir yolunun Gürcüstan hissəsinin inşası üçün Azərbaycan bu ölkəyə 25 il müddətinə illik 1%-lə 220 milyon dollar kredit verib. Bu məbləğin ilk 50 milyonunu Azərbaycan Dövlət Neft Fondu hələ 2007-ci ilin sentyabrında ayırmışdı. Elə həmin il Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə arasında layihənin reallaşdırılması ilə bağlı üçtərəfli saziş imzalanmışdı. Tikinti işlərinə start 21 noyabr 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirak etdikləri mərasimlə Tbilisidə verilmişdi. Xəttin Türkiyə hissəsinin inşasına 2008-ci ilin iyulunda Qarsdan başlanmışdı.

Dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə yenə də üç ölkə liderlərinin iştirakı ilə istifadəyə verilib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TasnimNews

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az