23.08.2019 12:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

  Türkiyədən Gürcüstana yüklər yeni dəmir yolu ilə çatdırılır
 
29.07.2019
TasnimNews, İran
 

 
 
Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti

 
 



PARIS, Fransa
02.08.2019


Konsertdə Robert Şuman, Lüdviq van Bethoven, Fazil Say və İzak Albenizin əsərləri səsləndiriləcək.

Səidə Zülfüqarovada musiqiyə həvəs çox gənc yaşlarından yaranıb. Onun musiqi yolu Azərbaycandan, doğma şəhəri Bakıdan başlayıb. Böyük musiqi ənənələrinə malik ailədə dünyaya gəlmiş Səidənin istedadı özünü çox tez büruzə verib. Yaxınları, xüsusilə əmisi, məşhur bəstəkar Tofiq Zülfüqarov tərəfindən həvəsləndirilən Səidə tez bir zamanda çoxsaylı respublika müsabiqələrinin laureatı olub. O, təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam etdirib və orada əla qiymətlərlə ifaçılıq üzrə magistr dərəcəsi alıb.

Səidə Zülfüqarovanın müəllimləri arasında Azərbaycan klassik musiqisinin məşhur nümayəndələri Rafiq Quliyev, Oqtay Abbasquliyev, Azər Rzayev, Afaq Cəfərova və digərlərinin adını çəkmək olar.

2002-ci ildə Səidə pianoçu karyerasını və musiqişünaslıq təhsilini davam etdirmək üçün Fransaya yollanıb. Onun Fransanın Sélestat şəhərində verdiyi ilk konsert kifayət qədər müsbət qarşılanıb. Bunun ardınca, Səidə Parisin Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Karyerasında qazandığı çoxsaylı uğurlar, Fransada və xaricdə verdiyi konsertlər və yaradıcılıq gecələri ilə yanaşı, o, həmçinin İl-de-Fransda müxtəlif konservatoriyalarda piano dərsi də deyib.

2013-cü ildə Səidə Zülfüqarova Fransada piano müəllimliyi üzrə Dövlət Diplomuna layiq görülüb. Tamaşaçıları öz temperamenti və möhtəşəm ifası ilə heyran qoyan parlaq pianoçu Elvira di Bona, Cəmilə Babayeva, Timur Abdikeyev, Aleksandr Somov, Marsial Budran, Anna Suxorukova, Fəridə Məmmədova, Sahib Paşazadə, Sara Nemtahu, İrinina Kopilova kimi musiqiçilərlə əməkdaşlıq edir. Repertuarında klassik musiqilər üstünlük təşkil etsə də, Azərbaycan bəstəkarlarının tanıdılması məqsədilə təşkil olunan konsertlərdə də çıxış edir.

Məsələn, 2008-ci ildə o, böyük bəstəkar Qara Qarayevin 90 illik yubileyi münasibətilə Sorbon Universitetində konsert təşkil etmişdi. 2012-ci ildə isə Səidə Parisdəki “DSCH” mərkəzində Azərbaycan klassik musiqisinin və Dimitri Şostakoviçlə əlaqələrinin tarixinə həsr olunmuş ikigünlük konsert və konfrans keçirib. Tədbirdə Şostakoviçin həyat yoldaşı İrina Şostakoviç və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Fizəngiz Əlizadə də iştirak etmişdilər.

Səidə Zülfüqarova müasir musiqi ilə də yaxından maraqlanır. 2013-cu ildən onun violonçel ifaçısı Elvira di Bona ilə dueti olub. Onlar birlikdə “Les Images accordées” adlı müasir musiqi layihəsi də həyata keçirirlər. Bu proqram layihə üçün əsərlər bəstələyən İtaliya və Azərbaycan bəstəkarlarını bir araya gətirir (Layihənin premyerası 2015-ci ilin iyununda Parisin Sorbon Universitetinin Rişelyö adına amfiteatrında baş tutub).

Maraqlı şəxsiyyət, müxtəlif sənətkarlarla iş birliyinə açıq olan Səidə Zülfüqarova XIX əsr romantik ispan musiqisi, onun ispan rəqsi və xüsusilə “Flamenko” rəqsi ilə əlaqələrinə dair layihə üzərində də çalışır. Zülfüqarova bir çox musiqi festivallarına, o cümlədən Paris Tələbələr Festivalına, “Voce della Montagna” (Peskasseroli, İtaliya), “Şərq Küləyi” (La Rozyer, Fransa), Muson (2018-ci ilin oktyabr ayında Nigeriyanın Laqos şəhərində keçirilib), Skripka Baharı (2019-cu ilin mart ayı) və “Spring Orchestra” (2019-cu ilin aprel ayında Maltanın Valletta şəhərində) festivallarına dəvət alıb.

Onun növbəti konserti avqustun 14-də La Rozyerdə “Şərq Küləyi” festivalı çərçivəsində keçiriləcək.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: PARIS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az