23.08.2019 13:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

  Türkiyədən Gürcüstana yüklər yeni dəmir yolu ilə çatdırılır
 
29.07.2019
TasnimNews, İran
 

 
 
FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri

 
 



Titreshahr, İran
14.08.2019


İpək Yolu qədim zamanlarda Cənubi Asiyanı Şimali Afrika və Avropa ilə birləşdirən ən böyük ticarət şəbəkəsi olub.

Bir zamanlar hır kəs Azərbaycanı onun neft sənayesilə tanıyıb. Halbuki, Azərbaycan keçmişdən ipək və ədviyyatlar məskəni də olub. Azərbaycanın şimal-qərbində, qədim İpək Yolunun üzərində yerləşən Şəki şəhəri hələ XIX-cu əsrdə beynəlxalq ipək istehsalı mərkəzi kimi tanınıb. O, qədim küçələri, orta əsrlərə aid memarlığı ilə bu gün Azərbaycanın ən gözəl şəhərlərindən biridir.

Xəzər dənizindən, həmçinin Qafqaz dağlarından keçən İpək Yolu Avropa ilə Asiyanı birləşdirir. Bu yol Qərblə Şərq arasında ticarət məqsədli ən qədim kommunikasiyadır.

İpək Yolu üzərindəki karvansaralar

Hazırda mühafizə olunan meşələrlə örtülü Qafqaz dağlarının yuxarısında keçmişdə tacirlərin ticarət məqsədilə istifadə etdiyi yol var. Həmin yolun üzərində çox sayda karvansaraya rast gəlinir. Belə karvansaralardan bir neçəsi isə Bakıda yerləşir. Onlar bir vaxtlar tacirlərin istirahət yeri olub.

Bu gün həmin karvansaralar turistlərin qaldığı məkana çevrilib. Yeri gəlmişkən, 2017-ci ildə Azərbaycan 2,7 milyondan çox əcnəbi turisti qəbul edib. Onların bir çoxu məhz İpək Yolu boyunca düzülmüş, 18-ci əsrə aid karvansaralarda qalır.

Şəkidə karvansara

M.F.Axundov küçəsilə Şəki şəhərinin qədim hissəsi arasında yerləşən bu kiçik qalanın taxtadan hazırlanmış gözəl giriş qapısı var. Bu gün o, qonaqlar üçün mehmanxanaya çevrilib.

Karvansaranın birinci mərtəbəsindəki otaqlar qonaqların qalması üçün nəzərdə tutulub. Orada bir gün qalmaq təxminən 18 dollar təşkil edir. Bu, qədim, tarixi məkan üçün böyük məbləğ deyil. Burada kərpicdən tikilmiş otaqlar, onun tağları və tavan qonaqların diqqətini çəkir. Otaqların kiçik pəncərələri var. O, təbii havalandırma sistemidir. Qış isə burada bir az şaxtalı keçir.

Şəhər mərkəzində çox sayda lüks məkanlar da var. Amma fərqli, xüsusi təcrübə istəyirsinizsə, məhz karvansaralara gedin. Burada hər gün saat 19:00-dək gəzişmək, tarixi məlumatlarla tanış olmaq imkanınız da olacaq.

Həyətdə böyük restoran, gözəl, bənzərsiz daşlarla bəzədilmiş çayxana da var.

Şəki Xan Sarayı

Şəki şəhərinin ən görkəmli məkanı 1743-1819-cu illərdə hökumət binası olmuş Xan Sarayıdır. 18-ci əsrin sonlarında inşa edilmiş bu 2 mərtəbəli bina çox yaraşıqlı, dəbdəbəli daxili və xarici görünüşə malikdir.

Rus ağacı, fransız üslubunda şüşələr, Osmanlı keramikası, İran güzgüləri bu heyrətamiz şah əsərinə əbədi həyat bəxş edir. Binadakı otaqların divarları gül, heyvan, döyüş və ov səhnələrilə bəzədilib. Sarayın xarici görünüşü isə elə ilk baxışdan turistlərin diqqətini cəlb edir.

Rusların bu ölkəyə 19-cu əsrin əvvəllərində etdiyi hücum burada xanlıq hakimiyyətinə son qoyub. Lakin bu unikal saray bu günədək olduğu kimi qalıb.

Kiş kilsəsi

Ümumiyyətlə, Şəki şəhəri qlobal və tarixi əhmiyyətə malikdir. Buradakı dini müxtəliflik şəhərdə və onun ətrafında bir çox məscid və kilsənin yan-yana düzülməsinə yol açıb. Şəhərdən bir neçə kilometr şimalda yerləşən Kiş kəndində məşhur və tarixi Kiş kilsəsini görə bilərsiniz. O, Qafqaz Albaniyası dövrünə aiddir. Kilsə ölkənin ən qədim tarixi abidələrindən hesab olunur.

Şəhərin əsas prospektində müxtəlif suvenirlərin satıldıığ dükanlar sıralanıb. Orada keramika məmulatları, saxsı qablar, samovarlar və ölkənin ən məşhur məhsulu – ipəkdən hazırlanmış kəlağayılar satılır.

Ləzzətli piti

Piti təzə qoyun əti, pomidor, kartof və noxuddan hazırlanır. İranın abquşt xörəyinə bənzəyən piti azərbaycanlılıarın ən çox sevdiyi yeməklərdəndir.

Bu gün dünyada iş və ticarət qaydaları dəyişsə də, İpək Yolunun tərəfdarları hələ də kifayət qədər çoxdur…

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Titreshahr


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az