17.09.2019 16:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Mehriban Əliyeva: Azərbaycanın birinci xanımının ağacəkmə kampaniyası

 
 



The Washington Times, ABŞ
27.08.2019


Müəllif: S.Rob Sobhani

ABŞ ictimaiyyətində iqlim dəyişikliyi fəsadlarının aradan qaldırılması yollarının qızğın müzakirə olunduğu vaxtda, CO2 tullantıları ilə bağlı problemi Azərbaycanın birinci xanımının sakitcə həyata keçirdiyi taktika ilə həll etmək mümkündür. Onun bu taktikası qlobal miqyasda nümunəyə belə, çevrilə bilər. Söhbət ağacəkmə kampaniyasından gedir...

Azərbaycana ilk dəfə 1990-cı ildə səfər etmişəm. Bu ölkədə ərtaf mühit hələ Sovet İttifaqı dövründə korlanmışdı. Səfərim zamanı buna mən də şahid olmuşdum.

Azərbaycan müstəqilliyini 1991-ci ildə qazanıb. Oraya ilk səfərim zamanı həqiqətən də nəfəs almaqda çətinlik çəkirdim. Hava həddən artıq çirklənmişdi. Bakı aeroportundan şəhərin mərkəzinə uzanan yolun kənarında ağaclara demək olar ki, rast gəlinmirdi. O zaman bu ərazilərdə yalnız xam neft “göl”ləri görünürdü. Bir sözlə, Sovet İttifaqı rəhbərliyinin fəaliyyətsizliyi nəticəsində 9 milyonluq əhalisinin əksəriyyəti müsəlman olan bu dünyəvi ölkənin gözəl landşaftı tamamilə korlanmışdı.

Nəhayət, bu gün məhz Mehriban xanım Əliyevanın səyləri, daha konkret desək, onun təşəbbüsü ilə həyata keçirilən ağacəkmə kampaniyaları nəticəsində Azərbaycanda ekoloji durum xeyli yaxşılaşıb. İndi, aeroportdan Bakının mərkəzinə uzanan yol kənarı ağaclarla doludur. Azərbaycanın uzaqgörən birinci xanımı bu addımları ilə təkcə ölkəsinin ekoloji vəziyyətini yaxşılaşdırmır, həm də iqlim dəyişikliyilə səs-küy salmadan da mübarizə aparmağın, planetimizin CO2 tullantılarından qorunmasının mümkün olduğunu göstərir. Ağacların iqlim dəyişikliyini dayandırmağa, havada karbon qazını azaltmağa nə qədər kömək etdiyi hər kəsə bəllidir – onlar karbon qazını udur, əvəzində havaya oksigen buraxır.

Yeri gəlmişkən, İsveçrə Federal Texnologiya İnstitutunda hesab edirlər ki, böyük ağaclar ümumilikdə 225 milyard ton karbon qazını və ya insanların “Sənaye inqilabı”ndan indiyədək atmosferə atdığı karbon qazının üçdə ikisini özündə saxlaya bilər.

Azərbaycana gəlincə, burada ağacəkmə kampaniyaları yalnız Sovet İttifaqı dövründə korlanmış ətraf mühitin bərpası məqsədini güdmür. Bu, həm də insanların sağlamlığı ilə birbaşa bağlı məsələdir. Məsələn, Harvard Universitetinin ətraf mühitlə bağlı eksperti Linda Tomassonun sözlərinə görə, ağacların insanların sağlamlığına böyük faydaları var: “Ağac həm də ağ ciyər xəstəliklərini azalda bilər”.

Azərbaycanda bu gün daha çox iriyarpaqlı ağaclar əkilir və bu, təsadüf deyil. Bu növ ağaclar yarpaqlarının quruluşuna görə havadan zərərli maddələri daha yaxşı təmizləyir.

Azərbaycanın birinci xanımını ağacəkmə kampaniyasına ilhamlandıran digər səbəb iqtisadiyyatla bağlıdır. Ağacları əkən, onlara qulluq edən insanlar bundan gəlir əldə edir. Azərbaycanda fəaliyyət göstərən IDEA adlı qeyri-hökumət təşkilatında hesab edirlər ki, ağacəkmə kampaniyaları gənclərin inkişafı üçün yaxşı vasitədir. “Coca-Cola” şirkətinin Azərbaycanın ADA Universitetilə bu sahədəki əməkdaşlığı da təəccüblü deyil. Tərəflər arasındakı razılaşmaya əsasən, 2020-ci ilə qədər ölkə ərazisində 100 min ağac əkiləcək.

Mehriban xanım Əliyevanın belə təşəbbüslərinin iş yerlərinin yaradılmasına da töhfə verdiyini ABŞ-ın “Eden” xeyriyyə təşkilatının layihələri də təsdiqləyir. Bu təşkilatın layihələri çərçivəsində Mozambikdə 2,2 milyon ağac əkilib. “Eden” xeyriyyə təşkilatının baş icraçı direktoru Stiv Fitçin sözlərinə görə, ağacəkmə kampaniyaları yerli əhali arasında işsizliyinin azaldılmasına xeyli yardım göstərir: “Belə kampaniyalar risk qrupuna aid gənclərin də iş yerləri ilə təmin olunmasına kömək edib”.

Doğrudur, Azərbaycanın birinci xanımın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə kampaniyalarının qlobal nəticələri dərhal gözə dəyə bilməz. Lakin onların böyük potensialı var. Yeri gəlmişkən, Yəmən, Suriya, Əfqanıstan, həmçinin Afrika qitəsində yerləşən zəif ölkələrin rəhbərliyinin fəaliyyəti nəticəsində işsiz gənclər radikallaşır. Odur ki, bu ölkələrdə də ağacəkmə kampaniyalarının təşkili gənclər üçün davamlı iş yerlərinin yaradılmasına töhfə verərdi. Meşələrinin məhvilə üzləşmiş, qida təhlükəsizliyi təmin edilməyən, gəncləri risk qrupuna aid müsəlman ölkələrində belə kampaniyaların təşkili gənclərin İŞİD və “Əl-Qaida” kimi terror təşkilatlarına qoşulmamasına alternativ ola bilər. Məsələn, risk qrupuna daxil olan müsəlman qadın və kişilər Məhəmməd Peyğəmbərin şərəfinə ağacəkmə kampaniyalarına cəlb oluna bilər. Bunun radikalizmlə mübarizədə həlledici rol oynaya biləcəyinə şübhə yoxdur.

Mehriban xanım Əliyevanın sözügedən təşəbbüsünün səbəblərindən biri də bu kampaniyaların qlobal səviyyədə dini tolerantlığa, anlaşmaya və əməkdaşlığa töhfə vermək potensialıdır. Əsas dinlər insanları Tanrı yolunda ağac əkməyə ilhamlandırır. Məsələn, yəhudi bayramı olan Tu bi-Şvatda ağacəkmə kampaniyasının keçirilməsi hər zaman böyük hörmətlə qarşılanır. Quranda və Hədislərdə Allah yolunda ağac əkilməsi ilə bağlı çox sayda xatırlatmalar var. Bibliyada, daha dəqiq desək Yaradılış kitabında da ağacların faydalı qida kimi yaradıldığı qeyd olunub. Odur ki, Allah yolunda qlobal ağacəkmə kampaniyalarının həyata keçirilməsi müxtəlif dinlərə və düşüncələrə malik xalqları birləşdirəcək.

Yeri gəlmişkən, “Vos” fondunun araşdırmalarına əsasən, 1 ağacın əkilməsnə 10 sentdən artıq vəsait xərclənmir. Beləliklə, 1 trilyon ağacın əkilməsinə 100 milyard dollar lazımdır. Bu gün dünyanın 10 ən güclü fondunun ümumi büdcəsi 6 trilyon dollardan çoxdur...

Nəğmələr Nəğməsi Kitabında (Süleyman peyğəmbərin kitabı – WM) deyilir: “Müdrikliyin olmadığı yerdə insanlar məhv olur”. Mehriban xanım Əliyeva isə bizə planetimizi necə qoruya biləcəyimizin yolunu göstərir. Odur ki, dünya liderlərinin bütün planet boyu və hətta öz həyətlərində belə, ağacəkmə kampaniyasına start verməsinin vaxtıdır. Bu, iqlim dəyişikliyi nəticəsində meydana gələcək problemlərin önlənməsinin ən yaxşı yoldur.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az