17.09.2019 16:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Avqustun 26-sı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ad günüdür

 
 



DNA, Pakistan
28.08.2019


Avqustun 26-sı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Əliyeva 1964-cü ildə Bakı şəhərində dünyaya gəlib olub. 1982-ci ildə Bakı şəhər 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

1983-cü ildə İlham Əliyevlə ailə qurub. Leyla, Arzu və Heydər adında 3 övladı və 5 nəvəsi var.

Əliyeva 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.

2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.

2004-cü ilin avqustunda Mehriban Əliyeva Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiyanın sədr müavinidir.

2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkənin müxtəlif yerlərində yeni xəstəxanaların, məktəblərin və kolleclərin tikintisində əhəmiyyətli rol oynayıb. Məsələn, 2007-ci ildə məhz bu qurumun təşəbbüsü ilə Bakıda Talassemiya Mərkəzi açılıb. Mərkəzdə müalicə pulsuzdur. Bundan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ana südü ilə qidalanma ilə bağlı kampaniya həyata keçirilib. Fond fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgələri də təşkil edir.

Mədəniyyət sahəsinə gəlincə, Mehriban Əliyeva Azərbaycanın ənənəvi klassik musiqisi olan muğamın qorunması üçün çox iş görüb. Heydər Əliyev Fondu Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılmasında vacib rol oynayıb.

2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü seçilib.

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilib.

Mehriban Əliyeva “Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), “Şərəf Legionu” ordeni (Fransa Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Heydər Əliyev Mükafatı, Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla “Dostluq” ordeni ilə təltif edilib.

Pakistanla əlaqələri

Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətlərinin təzahürü olaraq, Heydər Əliyev Fondu 2005-ci ildə Pakistanda baş vermiş dağıdıcı zəlzələdən dərhal sonra bu ölkədə xeyriyyəçilik fəaliyyətlərinə başlayıb. Zəlzələ Müzəffərabad bölgəsində ciddi dağıntılara yol açmış, bu bölgənin Rara qəsəbəsindəki 500 şagirdlik qızlar məktəbi də yerlə-yeksan olmuşdu. O zaman məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Raradakı qızlar məktəbi yenidən tikilib. Heydər Əliyev Fondu bu məktəbi mütəmadi olaraq məktəb ləvazimatları, kitablar, komputerlərlə təmin edir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə layihələr həyata keçirilir. Heydər Əliyev Fondu Kulsum Beynəlxalq Xəstəxanası ilə əməkdaşlıq edərək “Edhi” evində, Əkbər İnstitutu ilə əməkdaşlıq edərək Pişəvərdə, Qadınlar və Uşaqlar Xəstəxanası ilə əməkdaşlqı edərək Lakki Marvatda hepatit B xəstəliyinə qarşı vaksinasiya və açıq ürək əməliyyatları təşkil edib. Fond Pişəvərdə Ümumdünya Qan Donoru Günü münasibətilə də tədbir keçirib. Bu tədbirlərdə Heydər Əliyev Fondu təhlükəsiz qanla bağlı məlumatların təbliğinə çalışıb. Etiraf etmək lazımdır ki, müasir dövrdə bu məsələnin təbliğinə böyük ehtiyac var.

Mehriban Əliyeva Pakistan xəstəxanalarına təcili yardım maşınları, “Hamza” fonduna isə minlərlə qan torbaları bağışlayıb. “Hamza” fondu insanlara qanın təhlükəsiz köçürülməsi üçün könüllü fəaliyyət göstərir.

Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında “Pakistan Sweet Homes” və Pakistanda fəaliyyət göstərən digər uşaq evləri üçün iftar süfrələri açır. İslamabad, Ravallindi, Karaçi, Larkana, Navabşah, Qvette, Job və Pişəvərdən olan kimsəsiz uşaqlar üçün də iftar süfrələri təşkil edilib.

2016-cı ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Ravallindidə yerləşən “Anjuman Faiz-ul-Islam” kimsəsiz uşaqlar evində Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib, İslamabad və Ravallindidə kimsəsiz uşaqlara, ehtiyacı olan insanlara qurban əti paylanıb.

2017-ci ilin avqustunda Mehriban Əliyevanın təşəbbüsü ilə İslamabadda yerləşən Xüsusi Təhsil üçün Milli İnstitutunda daha bir xeyriyyə aksiyası keçirilib. Bu zaman Heydər Əliyev Fondu adından sağlamlıq imkanları məhdud uşaqlara planşetlər və müxtəlif hədiyyələr verilib.

Pakistanda Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan sosial və humanitar layihələr onun ölkəmizə səmimi münasibətinin təzahürüdür.

UNESCO-nun xoşməramlı səfiri

Qeyd etdiyimiz kimi, Mehriban Əliyeva Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə 2004-cü ilin avqustunda UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. O, UNESCO-nun xoşməramlı səfiri kimi, təşkilatın qeyri-maddi mədəni irsin, xüsusilə şifahi ənənə və ifadələrin, ifaçılıq sənətlərinin və ənənəvi sənətkarlığın qorunması sahəsindəki fəaliyyətini dəstəkləyir.

Xanım Əliyeva həmçinin azyaşlı uşaqların problemləri ilə maraqlanır. Onun bu sahədəki səylərinə və xeyriyyəçilik fəaliyyətinə Azərbaycanda uşaq evinin təmiri və müasirləşdirilməsi, musiqi məktəblərinin açılması və şəkər xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinin təmini daxildir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az