17.09.2019 16:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Donald Qeryenin “Neftçi” ilə imzalayacağı müqavilənin detalları məlum olub

 
 



Haiti Tempo, Haiti
29.08.2019


Müəllif: Şildo Qeffrard

Futbol üzrə Haiti millisinin üzvü Donald Qerye yaxın günlərdə Bakının “Neftçi” klubu ilə müqavilə imzalayacaq. Əldə etdiyimiz məlumata görə, futbolçu artıq klub rəhbərliyilə razılığa gəlib.

Azərbaycanın digər futbol klubu – “Qarabağ”la müqaviləsinə bu yay, vaxtından əvvəl xitam vermis Qerye yeni klub axtarışındadır. Hazırda azad agent statusunda olan qranadalı artıq bir neçə həftədir ki, özü üçün yeni istiqaməti müəyyənləşdirib. Söhbət “Qarabağ”ın əsas rəqibi, futbolçunun həmyerlisi Soni Mustivarın da formasını geydiyi “Neftçi” PFK-dan gedir.

Mətbuatda bununla bağlı müxtəlif fikirlər yayılsa da, son xəbərlər oyunçunun artıq Azərbaycana qayıtmağa hazırlaşdığını göstərir. Port-a-Pimanda dünyaya gəlmiş futbolçunun yeni klubu ilə 2 illik müqavilə imzalayacağı, “Neftçi”də aylıq əməkhaqqının 35 min dollarından çox olacağı bildirilir. “Violette AC” klubunun sabiq futbolçusu “Neftçi”nin onun maaşının yarısının müqavilənin imzalanma mərasimində ödənilməsinə razılıq verdiyini də deyib.

Qeryenin keçmiş komandası “Qarabağ” Azərbaycanın Ağdam rayonunu təmsil edir. “Neftçi” isə paytaxt Bakının komandasıdır. Bu gün Azərbaycanın əsas klubları sayılan “Qarabağ” və “Neftçi”nin hər ikisi böyük tarixə malikdir. Onlar Azərbaycan çempionatının bütün sezonlarında çıxış etmiş yeganə klublardır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Haiti Tempo


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az