17.09.2019 16:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət dövrü başladı

 
 



TRT HABER, Türkiyə
02.09.2019


Türkiyə ilə Azərbaycan arasında viza rejimi qarşılıqlı olaraq ləğv olunub. Bu gündən qüvvəyə minən yeni qaydalara əsasən, iki ölkə vətəndaşlarından 30 günlük səfər üçün viza tələb olunmur.

Müxtəlif sahələrdə sıx əlaqələrə malik Türkiyə ilə Azərbaycan münasibətlərini gündən-günə daha da inkişaf etdirir. Bu gündən, iki ölkə arasında viza rejimi də ləğv olunur.

Türkiyənin Bakıdakı səfiri Erkan Özoral xatırladıb ki, son dövrlərdə elektron viza sisteminin tətbiqilə prosesin onsuz da asanlaşmışdı. “Odur ki, viza rejiminin tam ləğvi əslində bir qədər rəmzi hadisədir. Eyni zamanda, bu, bizim həqiqətən də bir millət, iki dövlət olduğumuzu göstərən əhəmiyyətli addımdır”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, bu qərarın qəbul olunduğunu hələ iyulun 25-də Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu açıqlamışdı.

Turist axınında artım gözlənilir

Yeni qaydanın tətbiqi ilə iki ölkə arasında iqtisadi əlaqələrin, həmçinin qarşılıqlı turist axınının artacağı gözlənilir.

Səfir Özoral deyib: “Viza almağın lazım olduğunu düşünmək vətəndaşlarda psixoloji ağırlıq yaradır və insanları səfərdən çəkindirir. Odur ki, qəbul edilmiş bu qərarla xüsusilə Türkiyədən Azərbaycana iş adamları və turistlərin daha çox üz tutacağını düşünürəm”.

30 günədək səfər üçün vizaya ehtiyac yoxdur

Beləliklə, qərar bu gündən qüvvəyə minir. Artıq iki ölkə vətəndaşları 30 gün müddətinədək səfərlərini viza almadan həyata keçiriləcəklər.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TRT HABER


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az