17.09.2019 16:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Azərbaycan Çin məhsullarının nəqlində əsas tranzit ölkəyə çevrilə bilər

 
 



GLOBAL TIMES, Çin
03.09.2019


Müəllif: Seymur Məmmədov (“EurAsiaAz” beynəlxalq ekspert klubunun direktoru, Azərbaycanda fəaliyyət göstərən Vzglyad.az xəbər agentliyinin baş redaktoru)

Bu bün Azərbaycanla Çin arasında demək olar ki, bütün sahələrdə əməkdaşlıq var: ticarət, nəqliyyat, yükdaşıma, investisiya, telekommunikasiya, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, humanitar sahə və s. Bir sözlə, Bakı ilə Pekin ikitərəfli əməkdaşlığın inkişafında maraqlıdır. Üstəlik, ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensial da var.

Azərbaycan rəhbərliyinin siyasi iradəsi və Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi sayəsində ikitərəfli əməkdaşlıq yüksək səviyyəyə çatıb. Azərbaycanın Çinin bu təşəbbüsünə qoşulması ilə ikitərəfli əməkdaşlıq daha ciddi inkişaf mərhələsinə keçib.

Azərbaycan prezidenti İlham Əliyevin Çinə hələ 2015-ci ilin dekabrındakı səfəri zamanı tərəflər “İpək Yolu İqtisadi Kəməri” layihəsinin birgə reallaşdırılması ilə bağlı Anlaşma Memorandumu imzalamışdı. Bunun la da Bakı ilə Pekin arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişaf istiqaməti müəyyənləşmişdi. Nəticədə bu gün Azərbaycandan Çinə tədarük edilən məhsulların çeşidi xeyli artıb. Bundan əlavə, Çində Azərbaycanın ticarət nümayəndəliyi, həmçinin şərab evləri, ticarət evləri açılıb. Lakin bütün bunlar kifayət deyil.

Bu gün Çinin Azərbaycana ixrac etdiyi məhsullar, buradan idxal etdiyi məhsullardan çoxdur. Odur ki, bu disbalansın aradan qaldırılması üçün yerli istehsalçılar və biznesmenlər daha fəal olmalıdırlar. Bundan başqa, Azərbaycan Çinlə Azad Ticarət Sazişi də imzalamalıdır. Xatırladaq ki, Çin Gürcüstanla bu sənədi hələ 2017-ci ildə imzalayıb. Sazişə əsasən, Gürcüstandan Çinə ixrac edilən məhsulların və xidmətlərin təxminən 90%-dən gömrük rüsumu tutulmur. Üstəlik, bu məhsullar sıfır tariflə ixrac olunur. Yeri gəlmişkən, Tbilisi artıq Hindistanla da Azad Ticarət Sazişi haqda danışıqlara başlamağa hazırlaşır. Araşdırmalar göstərir ki, bu saziş hər iki tərəfə ciddi fayda gətirəcək.

Belə olan təqdirdə Azərbaycan Çinlə Azad Ticarət Sazişi imzalamağa nədən çalışmasın? Bu sənəd ilk növbədə, yerli istehsalı təşviq edəcək, ikitərəfli ticarətə və iqtisadi əməkdaşlığa müsbət təsir göstərəcək, həmçinin yüklərin nəqli, investisiya kimi sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacaq.

Yeri gəlmişkən, yük daşımaları haqda. Bu gün Mərkəzi Asiyadan məhsulların Xəzər dənizi və Qafqaz vasitəsilə Avropaya daşınması daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Odur ki, Azərbaycan-Çin danışıqlarında məhsulların nəqlinin əsas mövzu olması təəccüblü deyil. Söhbət Çin məhsullarının Avropaya Azərbaycandan keçən “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” vasitəsilə çatdırılmasından gedir.

2017-ci ilin oktyabrında istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu isə Çindən Avropaya yük daşımalarını daha da asanlaşdıracaq. Doğrudur, hələ Bakı ilə Pekin bu məsələni razılaşdırmalıdır. Pekin bu layihəyə qoşularsa və Çindən Avropaya nəql ediləcək məhsulların 3-4%-i Azərbaycandan keçən marşrutun payına düşərsə, bu, illik yük daşıması həcminin 500 min konteynerə çatacağı deməkdir. Hazırda bu göstərici 20 min konteynerdir. Nəticədə Çin Cənubi Avropa ilə əlaqələrin inkişafı üçün yeni imkanlar əldə edəcək.

Bu arada dəmir yolu sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olan daha bir ölkə Rusiyadır. Son dövrlərə qədər Moskva Bakı-Tbilisi-Qars dəmir yolunu Rusiyadan yan keçən Avropa dəhlizi kimi qiymətləndirirdisə, bu gün rusların mövqeyi dəyişib. İndi, Rusiya Transsibir dəmir yolu vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edilməsi üçün Bakı ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

Beləliklə, Bakı ilə Pekin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığı genişləndirməli, yeni infrastruktur layihələri həyata keçirməli və münasibətləri dərinləşdirməlidir. Çünki ikitərəfli əlaqələrin inkişafı üçün kifayət qədər böyük potensial var. Bu gün Çin Avropaya nəql marşrutlarının şaxələndirilməsində maraqlıdır. Azərbaycan isə böyük tranzit və logistika mərkəzinə çevrilib. Odur ki, Bakı Çin məhsullarının Avropaya nəqlindəki tranzit payına arxalanır. Eyni zamanda, bu gün Çin Azərbaycanla Azad Ticarət Sazişi imzalamağa ümid edirsə belə, Azərbaycanın bazarını tamamilə onun üzünə açmağa hazır olmadığını da bilməlidir. Odur ki, Bakı ilə Pekin yuxarıda qeyd olunan iki məsələnin həllinə çalışmalıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: GLOBAL TIMES


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az