12.11.2019 21:25
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Erməni analitik: “Azərbaycan ön postlara yardım məqsədilə Tavuş istiqamətində 3 hərbi baza açıb”
 
12.11.2019
168.am, Ermənistan
 

  FOTO| Azərbaycanı gəzib-dolanmağa, bu sirli ölkəni araşdırmağa dəyər
 
12.11.2019
Sina, Çin
 

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb
 
06.11.2019
HABER GLOBAL, Türkiyə
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

 
 
Azərbaycanın birinci xanımı... Mədəni irsin qorunmasına böyük töhfələr

 
 



Əl-Cəridə, Küveyt
09.09.2019


UNESCO müxtəlif sahələrin, xüsusilə mədəniyyət, səhiyyə, humanitar və idman sahəsinin, eləcə də tolerantlıq və sülh dəyərlərinin inkişafına verdiyi böyük töhfələrə görə Mehriban Əliyevanı 2004-cü ildə xoşməramlı səfir adına layiq görüb.

Azərbaycanın birinci xanımı və birinci vitse-prezidenti Mehriban Əliyeva yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik ziyalı, təvazökar ailədə doğulub və tərbiyə alıb. Onun babası Mir Cəlal Paşayev dünya ədəbiyyatında Azərbaycanın görkəmli yazıçısı kimi tanınır, atası akademik Arif Paşayev 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur. Mehriban Əliyevanın anası Aida İmanquliyeva isə mədəniyyət, dilçilik və şərqşünaslıq sahəsində tanınmış tədqiqatçı olub.

Ədəbi irs

Böyüdüyü bu mühit Mehriban Əliyevada şeirə, musiqiyə, incəsənətə böyük maraq və sevgi yaradıb. Nəticədə o, Heydər Əliyev Fonduna rəhbərlik etdiyi müddətdə Azərbaycan xalqının şifahi ədəbi irsinin, musiqisinin qorunması və inkişafına verdiyi töhfələrə görə, 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adını qazanıb. Bununla yanaşı, Mehriban xanım İslam dünyasında müxtəlif sahələrdəki fəaliyyəti nəticəsində 2006-cı ildə ISESCO-nun da xoşməramlı səfiri statusuna yiyələnib.

Azərbaycanın Küveytdəki səfirliyinin yaydığı bəyanatda deyilir ki, birinci xanım qısa müddətdə xeyriyyəçilik, mədəniyyət, həmçinin ictimai-siyasi sahələrində böyük uğurlar qazanıb. O, müxtəlif təşəbbüslərilə Azərbaycan xalqının böyük qisminin, xüsusən də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə nail olub, insanların firavan yaşayışın təminində böyük rol oynayıb. Eyni zamanda, xanım Əliyeva 2004-cü ildə təsis olunmuş və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun xəttilə cəmiyyətin müxtəlif sahələrinin, mədəniyyət və iqtisadiyyatın inkişafına mühüm töhfələr verməkdədir.

Səfirliyin açıqlamasında bildirilir ki, uşaqlarla da maraqlanan Mehriban Əliyeva onların problemlərinin həllinə böyük diqqət ayırır. O, yeni məktəblərin, xəstəxanaların, musiqi məktəblərinin, talassemiya mərkəzinin və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgələrinin yaradılmasına, qan donorluğu və pulsuz insulin paylanması layihələrinin həyata keçirilməsinə nail olub.

Maddi yardımlar

Mehriban xanım uşaqlara qayğı ilə yanaşı, ahılların, şəhid ailələrinin sağlamlığına, maddi vəziyyətlərinin yaxşılaşmasına da xüsusi diqqət ayırır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyət sahəsinə, Azərbaycanın musiqi irsinin, muğamının təşviqinə mühüm töhfələr verir. Fond paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirib, bir çox Qərb və Şərq ölkələrinin paytaxtlarında keçirilən tədbirlər, o cümlədən klassik Azərbaycan musiqisi günləri vasitəsilə muğam janrının təbliğinə və tanıdılmasına nail olub.

Həmçinin Fondun dəstəyi ilə Antonio Vivaldi, Corc Qerşvimin əsərlərinin ifa edildiyi gözəl musiqi gecələri, çox sayda festival, dünyanın müxtəlif ölkələrindən istedadlı musiqiçilərin hər il qatıldığı Beynəlxalq Qəbələ Musiqi Festivalı keçirilir. Bundan başqa, Fondun dəstəyilə Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş kitab və jurnallar nəşr edilir.

Əməkdaşlıq ruhu

Səfirliyin bəyanatında o da deyilir ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən sülh, tolerantlıq və multikulturalizm kimi bəşəri dəyərlərə ehtiramını göstərməklə, mədəniyyətlər arasında əməkdaşlıq və dialoq ruhunun zənginləşdirilməsində iştirak edir. O, bununla dünya mədəniyyətində öz izini qoya bilib. Fondun bu sahədə bir çox nailiyyətini sadalamaq olar: Fransa paytaxtı Parisdəki Luvr Muzeyində “İslam incəsənəti” bölməsinin yaradılması, Versal sarayının parkında, Luvr Muzey Kompleksində, II Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin şəhər sarayında dünya əhəmiyyətli qədim tarixi binaların bərpası, Vatikan arxivində qədim əlyazmaların və katakombaların bərpası, Romadakı Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmiri və s.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Cəridə

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az