17.09.2019 16:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycanın birinci xanımı... Mədəni irsin qorunmasına böyük töhfələr
 
09.09.2019
Əl-Cəridə, Küveyt
 

 
 
Bakının turistik məkanları

 
 



ARMANEKERMAN.IR, İran
10.09.2019


Azərbaycanın paytaxtı Bakı Avropanın ən böyük şəhərlərindən biri kimi tanınır. 3 milyondan artıq əhalisi olan şəhərdə yaşayan insanların əksəriyyəti Azərbaycan türküdür. Bakı həm də dünyanın neftlə zəngin şəhərlərindən biridir. Paytaxtda kifayət qədər turistik məkan da var – İçərişəhər, Qız qalası və s.

Bakı Avropa qitəsində yerləşən, sıx əhalisi olan şəhərdir. 3 milyondan artıq əhalisi olan Bakı 11 inzibati rayondan – Xəzər, Binəqədi, Sabunçu, Xətai və s. ibarətdir. Azərbaycanın rəsmi dövlət dili Azərbaycan türkcəsidir.

Bakı görməli, gəzməli məkanlar kifayət qədərdir: İçərişəhər, Qız qalası, funiklyor, şeytan çarxı, Şirvanşahlar sarayı, “Alov qüllələri” və s. Bir sözlə, bu gözəl şəhər gözoxşayan turistik məkanları sayəsində çox sayda turisti cəlb edir. Bakı Azərbaycanın incisidir.

Bakının turistik məkanları və onların xüsusiyyətləri ilə tanış olaq:

İçərişəhər

Bura bənzərsiz xüsusiyyətləri sayəsində Azərbaycanın qəlbində gözəl bir məkan kimi tanınır. Tarixi məkan olan İçərişəhər Bakı turuna başlamaq üçün ən yaxşı yerdir. Paytaxtın ən qədim görməli yerlərindən biri məhz buradır.

Qız qalası

Bakının mərkəzində yerləşən silindrik formalı bu qüllənin min ildən çox yaşı var. Çoxları bu möhtəşəm qalanın vaxtilə zərdüştlərin ibadət yeri olduğuna inanır. Sonradan o, “Gözətçi qülləsi” kimi tanınıb.

Bu tarixi məkanın ziyarət saatları 09:00-dan 18:00-dəkdir.

Bakı funiklyoru

Funiklyor 1960-cı ildə istifadəyə verilib. Qatar yolu Neftçilər prospektindən şəhərin cənub-qərbinə qədər uzanır və onun vasitəsilə hərəkət edən turistlər yol boyu daha çox görməli yerləri seyr edir.

“Bakının gözü” (“Şeytan çarxı”)

Bakının ən məşhur attraksionu “Bakının gözü” adlanır. Söhbət nəhəng, hündürlüyü 60 metrdən çox olan “Şeytan çarxı”ndan gedir. Onunla bir dövrə təxminən yarım saat çəkir. Bu, şəhərin ən maraqlı, həyəcanverici turistik məkanlarındandır.

Şirvanşahlar sarayı

Sarayın inşası XV əsrə aiddir. UNESCO onu Ümumdünya İrsi siyahısına daxil edib. Bu gözəl məkanın ziyarət saatları 09:00-dan 18:00-dəkdir.

“Alov qüllələri”

Bakı şəhərinə gözəl mənzərənin açıldığı 3 hündür qüllə bu gün paytaxtın rəmzinə çevrilib. Qüllələr alov formasında dizayn edilib və bir növ Azərbaycan xalqının qədim dövrlərdə oda pərəstiş etməsinin simvoludur.

Milli Azərbaycan Tarix Muzeyi

Muzey 3 fərqli hissəyə bölünür: birinci hissədə tarixi abidələr, ikinci hissədə məşhur insanların şəxsi əşyaları yer alır. Üçüncü hissə Zeynalabdin Tağıyev ailəsinin malikanəsidir. Bu muzey Bakının ən qədim turistik məkanlarından biri sayılır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ARMANEKERMAN.IR


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az