17.09.2019 16:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

  Azərbaycanın birinci xanımı... Mədəni irsin qorunmasına böyük töhfələr
 
09.09.2019
Əl-Cəridə, Küveyt
 

 
 
Gecənin sürprizi Azərbaycandan!

 
 



Milliyet, Türkiyə
11.09.2019


2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsində Xorvatiya millisini qəbul edən Azərbaycan yığması gecənin sürprizinə imza atıb.

2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin 6-cı turunda 10 oyun olub. 6-cı turun ikinci günündə bu qarşılaşmalar “C”, “E”, “G” və “I” qruplarında oynanıb. “C” qrupunda günün əsas oyununda Hollandiya yığması səfərdə Estoniyanı 4:0 məğlub edib. Hollandların qollarını 17 və 48-ci dəqiqələrdə “Qalatasaray”da çıxış edən Rayan Babel, 76-cı dəqiqədə Memfis Depay, 87 dəqiqədə isə Georginio Vijnaldum vurublar.

Gecənin sürpriz hesabına isə Azərbaycan millisi imza atıb. O, son Dünya Çempionatının finalçısı Xorvatiyanı evində qəbul edib və meydandan 1:1 hesablı bərabərliklə ayrılıb. Matçda hesabı xorvatlar açıb. 11-ci dəqiqədə Luka Modriç 11 metrlik cərmimə zərbəsindən fərqlənib. Lakin 72-ci dəqiqədə Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə qarşılaşmanın taleyini həll edən qolu vurub.

Bu nəticədən sonra Xorvatiya 10 xalla qrupda liderlik edir. İlk xalını qazanan Azərbaycan 1 xalla sonuncudur.

Gecənin qarşılaşmalarının nəticələri:

“C” qrupu

Şimali İrlandiya - Almaniya 0:2

Estoniya - Niderland 0:4

“E” qrupu

Azərbaycan - Xorvatiya 1:1

Macarıstan - Slovakiya: 1:2

“G” qrupu

Sloveniya - İsrail 3:2

Polşa - Avstriya 0:0

Latviya - Makedoniya 0:2

“I” qrupu

Şotlandiya - Belçika 0:4

San Marino - Kipr 0:4

Rusiya - Qazaxıstan 1:0

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Milliyet


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az