Postsovet ölkəsi olan Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində, Qafqaz dağları ilə Xəzər dənizinin arasında yerləşir. Ölkənin paytaxtı Bakı şəhəri tarixi orta əsrlərə uzanan, divarlarla əhatə olunmuş İçərişəhərlə tanınır.
Son illər Hindistandan Azərbaycan üz tutan turistlərin sayında artım müşahidə olunur. Azərbaycan Turizm Bürosu da ölkəyə mümkün qədər çox hindistanlı turistdə maraq yaratmaq istəyir. Turizm Bürosu bu məqsədlə 9-13 sentyabrda Hindistanın 3 şəhərində – Dehli, Banqalore və Mumbayda Azərbaycanın tanıdılması üçün tədbirlər həyata keçirir. Məqsəd insanların Azərbaycan haqda məlumatlandırılması, Hindistanda fəaliyyət göstərən turizm agentliklərinin və biznesmenlərin Azərbaycanı öyrənməsinə yardım göstərilməsidir.
Dehlidən Bakıya birbaşa uçuşların təşkili, eyni zamanda, Hindistan vətəndaşlarına sadələşdirilmiş elektron vizanın verilməsi sayəsində 2019-cu ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayı 80% artıb. Məhz bu cür təşəbbüslər sayəsində Azərbaycan ÜDM-də turizm gəlirlərinin payının artacağı gözlənilir. Nəticədə o, Dünya Turizm və Səyahətlər Şurasının müvafiq reytinqində də irəliləyəcək. Hər halda, qarşıdakı 10 ildə bu göstəricinin 6%-ə çatacağı proqnozlaşdırılır. Azərbaycan bununla turizm sahəsində ən yüksək potensiala sahib olan 20 ölkə siyahısına düşəcək.
Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən Azərbaycanda dünyada mövcud olan 11 iqlim zonasından 9-na rast gəlinir. Beləliklə, turistlər Azərbaycanda bütün il boyu əsl Avropa təcrübəsi yaşaya bilər. Bununla yanaşı, ölkədə idman tədbirləri turizmin inkişafını təşviq edən əsas amillərdən biridir. Məsələn, son illərdə Bakı Formula 1 yarışına uğurla ev sahibliyi edir. Futbol üzrə Avropa Liqasının finalının Bakıda təşkili də bu işə təkan olub.
“Azərbaycan bir neçə səbəbdən ideal istiqamət sayılır. Məsələn, turistlər müasir infrastrukta malik Bakıda gözəl təcrübə yaşaya bilər. Bakı hər zaman unikal təcrübə yaşamaq istəyən hindistalı turistlər üçün hələ çox öyrənilməmiş istiqamətdir. Azərbaycanda biznes tədbirləri təşkil etmək olar. Burada toy mərasimlərinin təşkil olunması üçün də möhtəşəm otellər var. Hindistanda hər il 15 milyon toy mərasimi olur. Odur ki, hindistanlıların ölkəmizdə toy, ad günləri keçirməsi, həmçinin bal ayında dincəlməsi üçün böyük potensial var”, - deyə Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev bildirib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid isə belə tədbirlərin Bakının hindistanlılara marağının təsdiqi olduğunu deyib: “Azərbaycanlılar hindistanlı turistlərlə öz mədəniyyətini, mətbəxini və təcrübəsini bölüşməyə hazırdır. Biz hər kəsi Azərbaycanda unikal qidaları dadmağa dəvət edirik. Bundan əlavə, qurmanlar azərbaycanlıların vegetarian yeməklərindən də zövq ala bilər. Beləliklə, turizm təkliflərimizi genişləndirmək imkanını, həmçinin dünyanın aparıcı turistik istiqamətlərdən birinə çevrilməyəmizi səbirsizliklə gözləyirik. Çünk biz turistlərin unikal, autentik təcrübə yaşamasına, Azərbaycana səfərin onların yaddaşlarında həkk olunmasına çalışırıq. Bu gün turizm Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində vacib sahələrdən biridir. Bu sahəyə son illərdə yatırılan investisiyalar, eyni zamanda, turizmin inkişafı göstərir ki, Azərbaycan biznes turizminin mərkəzinə çevrilməyə hazırdır. Ölkəmiz genişmiqyaslı biznes görüşlərinin və konfransların keçirilməsi üçün də müasir infrastruktura malikdir”.
AZAL-ın icraçı direktorunun müavini, “Buta Airways”in direktoru Nazim Səmədov bildirib ki, AZAL hər zaman marşrutlarla bağlı turistlərin tələbatını təhlil edir: “Odur ki, yeni istiqamətlərə birbaşa uçuşlar həyata keçirilməyə başlanır. Azərbaycanın milli aviasiya şirkəti olan AZAL yüksək keyfiyyətli xidməti və təhlükəsizliyilə tanınır. Yeri gəlmişkən, hazırda Asiya regionunun daha çox istiqamətinə reyslərin açılması, uçuşların artırılması üzərində çalışırıq”.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)