05.04.2020 12:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

  Dağlıq Qarabağda keçiriləcək qeyri-qanuni seçkilər ləğv edilməlidir!
 
31.03.2020
Eurasia Review, ABŞ
 

 
 
Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub

 
 



Haiti Tempo, Haiti
16.09.2019


Müəllif: Şildo Jefrar

Azərbaycan Premyer Liqasının dördüncü turunda futbol üzrə Haiti millisinin üzvü Donald Qeryenin da əsas heyətində meydana çıxdığı “Neftçi” “Qarabağ” klubuna 2:0 hesabı ilə məğlub olub. Beləliklə, qranadalı futbolçu “Neftçi”dəki debüt matçında sabiq komandasına məğlub olmaqla, yeni macərasına çox pis başlayıb.

Bu həftənin bazar günü Azərbaycan çempionatında derbi oynanıb. Yeni mövsümdəki ilk 3 oyunda 3 qələbə qazanmış “Qarabağ” əsas rəqibi “Neftçi”ni qəbul edib. Bakı klubunun heyətində haitili futbolçular Soni Mustivar, Steven Jozef-Monroz və yeni transfer Donald Qerye də yer alıblar. Sonuncunun oyunun iştirak ərizəsinə daxil edilməsi və meydanda olması matça marağı daha da artırmışdı.

Məlubedilməz lider “Qarabağ”la qarşılaşan və 3 turdan sonra aktivində 4 xal olan Bakının “Neftçi” klubu derbini 0:2 hesablı məğlubiyyətlə başa vurub. Soni Mustivar oyunu ehtiyat oyunçular skamyasından izləyib. Yeni komanda yoldaşı Steven Jozef-Monrozun cinahında yer alan Donald Qerye isə debüt oyununda 90 dəqiqə meydanda olub. Amma onun oynaması paytaxt təmsilçisini məğlubiyyətdən xilas etməyib.

Meydan sahiblərinin qollarına 31-ci dəqiqədə Mahir Emreli və 70-ci dəqiqədə Abdellah Zubir imza atıblar. Bu qələbədən sonra səhvsiz irəliləyən “Qarabağ” 12 xalla turnir cədvəlinə başçılıq edir.

“Neftçi”yə gəlincə, paytaxt klubu 4 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. O, növbəti durda Bakı derbisində “Keşlə”ni qəbul edəcək.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Haiti Tempo

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az