19.10.2019 10:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
Los-Anceles nasist generallarını qəhrəmanlaşdıran ölkəyə ehtiram göstərməməlidir

 
 



JEWISH JOURNAL, ABŞ
18.09.2019


Müəllif: Milix Yevdayev

Ermənsiatnın baş naziri Nikol Paşinyan bazar günü – sentyabrın 22-də Los-Ancelesdə yerləşən “Qrand Park”da keçiriləcək mitinqdə çıxış edəcək. Park şəhər meriyasının qarşısında yerləşir. N.Paşinyanı amerikalı dövlət rəsmilərinin, həmçinin meriyanın məmurlarının müşayiət edəcəyi gözlənilir.

İctimaiyyətə açıq olan bu parkı Los-Anceles dairəsi və şəhər meriyası birgə idarə edir. Yeri gəlmişkən, tarixdə ilk dəfədir ki, xarici ölkə liderinə bu parkda mitinq keçirməyə icazə verilir. Ermənistan ABŞ-ın həqiqi müttəfiqi və dostu olsaydı, onun demokratik dəyərlərini bölüşsəydi, bu mitinqə icazə verilməsi təəccüb doğurmazdı. Amma bu, belə deyil.

Sovet İttifaqından 1991-ci ildə müstəqillik qazanmış Ermənistan ABŞ-ın Cənubi Qafqazda və dünyada yürütdüyü xarici siyasətə hər zaman qarşı çıxıb. Üstəlik, Yerevan Vaşinqtonun beynəlxalq təşkilatlarda gündəmə gətirdiyi qətnamələrin əleyhinə səs verməkdən usanmır. Məsələn, ABŞ-ın Krımın ilhaqının pislənilməsilə bağlı gündəmə gətirdiyi qətnamənin əleyhinə Ermənistan daxil olmaqla, 11 ölkə səs vermişdi: Şimali Koreya, Suriya, Sudan, Rusiya, Venesuela və s. Bundan başqa, Paşinyanın baş nazir kimi ilk addımlardan biri Bəşər Əsədə dəstək üçün Suriyaya hərbi kontingent göndərilməsi olub. Bir neçə həftə əvvəl isə Ermənistan Dəməşqə növbəti yükünü yola salıb. Bu cür addımlarla Yerevan Suriya, İran və Rusiya ilə siyasi, iqtisadi, hərbi ittifaqını daha da gücləndirir. Beləliklə, Ermənistan öz əhalisinə qarşı kimyəvi silahdan istifadə etmiş diktatora açıq-aşkar dəstək verir. Halbuki, Vaşinqton diktatorun kimyəvi silahdan istifadəsini sərt şəkildə qınamışdı.

Bu da son deyil. Bu gün erməni nasistləri şəxsən Ermənistan dövlətinin dəstəyilə qəhrəmanlaşdırılır. Məsələn, Ermənistanın paytaxtı Yerevanın mərkəzində erməni nasist, general Qaregin Njdenin böyük heykəli ucaldılıb. Ermənistanda milli qəhrəman hesab edilən Njdenin adına meydan və metro stansiyası da var. Üstəlik, onun “irsi” Ermənistanın dövlət məktəblərində tədris edilir.

Xatırladaq ki, Njde Vermaxtın “erməni legionu” komandirlərindən biri kimi nasistlərlə əməkdaşlıq edib. Bu hərbi hissə Krımda, Qafqazda və Fransanın cənubunda döyüşüb. Həmin dövrdə nasistlər yəhudiləri və onlara müqavimət göstərən döyüşçüləri ölüm düşərgələrinə göndərirdi. Məhz hərbi cinayətlərinə və nasistlərlə əməkdaşlıq etdiyinə görə Sovet məhkəməsi ona 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi.

Njdenin siyasi ideologiyası da nasistlərlə əməkdaşlığı qədər iyrənc olub. İrqçi “Tseqakron” təşkilatının əsasını məhz o qoyub. Bu təşkilatın adının tərcüməsi “irqin daşıyıcısı” deməkdir. “Tseqakron” mənəvi və bioloji olaraq guya “əsl” ermənilərin təşkilatı idi. Bununla Njde əslində nasist həmkarı Hitlerin ali irq nəzəriyyəsini təkrarlayırdı. O, insanları 3 qrupa bölmüşdü: təmiz qanı olan həqiqi millətçilər, qarışıq irqlərə mənsub olanlar və “biclər” adlandırdığı antimillətçilər. Njdenin nəzəriyyəsinə əsasən, Ermənistanı ali irqin nümayəndələri idarə etməli idi.

Bu gün Ermənistanda qəhrəmanlaşdırılan digər erməni nasist generalı Drastamat Kanayandır. “General Dro” adı ilə tanınan Drastamat Kanayan “erməni legionu”nun komandirlərindən biri olub. Amma Ermənistan hökuməti Drastamat Kanayan adına Milli Staretji Araşdırmalar İnstitutu belə, təsis edib. Üstəlik, ölkənin Müdafiə Nazirliyi hərbi təhsildə fərqlənən hərbçilərə və vətəndaşlara “Drastamat Kanayan” medalı verir.

Yeri gəlmişkən, son dövrlərdə Ermənistanda antisemitizmin artdığı da görünür. Los-Ancelesdə yaşayan məşhur araşdırmaçı Adel Nazaryan ABŞ Dövlət Departamentinin antisemitizm monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi nümayəndəsi İlan Karra bu yaxınlarda yazdığı məktubda bunları qeyd edib: “Antidefamasiya Liqası 100 ölkədə antisemit davranışlarla bağlı araşdırma aparıb. Ermənistan Yaxın Şərq və Şimalı Afrika hüdudlarından kənarda yerləşən ölkələr arasında antisemitizmlə bağlı ən yüksək göstəricinin (58%) olduğu ölkədir. Bunu bilirdinizmi?

Ermənilərin əksəriyyəti bəzi iyrənc antisemit konspiroloji nəzəriyyələrə inanır. Məsələn, ermənilərin 72 %-i yəhudilərin biznes dünyasında, 68%-i isə maliyyə bazarlarında həddindən artıq gücə sahib olduqlarını düşünür. Bundan əlavə, ermənilərin 68%-i düşünür ki, yəhudilər yaşadıqları ölkədən daha çox İsrailə sadiqdir. 51% isə yəhudilərin beynəlxalq məsələlərdə həddindən artıq təsirə malik olduqlarına inanır. Ermənilərin 51%-i hesab edir ki, yəhudilər ABŞ hökumətinin siyasətinə güclü təsir göstərirlər.

Antidefamasiya Liqasının sorğusu göstərib ki, ermənilər antisemit stereotiplərə iranlılardan (56%) daha çox meyillidir. Bu faktlar haqda düşünün.

Bununla yanaşı, “Pew Research Center”nin araşdırmasının nəticələrinə görə, ermənilərin 32%-i yəhudiləri vətəndaş kimi qəbul etmir”.

Yeri gəlmişkən, Ermənistanın 1991-ci ilədək sayı 5 mindən çox olan yəhudi icması bu gün cəmi 100 nəfərdən ibarətdir. Səbəb əlbəttə ki, Ermənistanda antisemitizm meyillərinin güclü olmasıdır.

Bu da son deyil. Ermənistan qonşusu Azərbaycanın ərazisini işğal etmiş ölkə kimi tanınır. Beynəlxalq birlik onun bu qeyri-qanuni hərbi işğalını qınayır. Ermənistan güclü regional müttəfiqlərinin dəstəyilə Azərbaycanın suveren ərazisinin təxminən 20%-ni 1990-cı illərin əvvəllərində işğal edib. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə bu qeyri-qanuni işğal qınanıb. Bu işğal nəticəsində azərbaycanlılar etnik təmizləməyə, qətliamlara məruz qalıb, 800 min insan məcburi köçkünə çevrilib. Bununla yanaşı, təxminən 250 min azərbaycanlı Ermənistandan qovulub. Bu gün Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Nəticədə adambaşına düşən qaçqınların sayına görə Azərbaycan dünyada ilk sıralardadır. Təəssüf ki, Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayır və azərbaycanlıların doğma evlərinə qayıtmasına imkan vermir.

Yeri gəlmişkən, bu ölkənin baş naziri Nikol Paşinyan bu ağrılı münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu nümayiş etdirmir. Əksinə, onun baş nazir kimi ilk addımlarından biri oğlunu işğal altındakı Qarabağa hərbi xidmətə göndərmək olub. O, hətta ötən ay işğal altındakı Azərbaycan ərazisinin Ermənistana ilhaq edilə biləcəyinə belə, eyham vurub.

Beləliklə, Ermənistan dövləti və onun baş naziri ABŞ-ın düşmənlərilə müttəfiqlik edir, nasist “qəhrəmanlar”a ehtiram göstərir, antisemitizmi təbliğ edir. Bununla yanaşı, o, dəhşətli etnik təmizləmə aparmış, işğalçı siyasəti yürüdən dövlətdir. Belə bir şəraitdə Los-Anceles Ermənistanın baş nazirini necə qəbul edə bilər? Ona necə ehtiram göstərilə bilər?

Ümid edirəm ki, Los-Ancelesin 600 minlik yəhudi icması Paşinyanın səfərinə, həmçinin çox gözəl Los-Anceles şəhərini təhqir edən bu iyrənc və rüsvayçı akta etirazını ifadə edəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az