19.10.2019 10:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
Ailəvi dostluq edəcəyik

 
 



Arqumentı i Faktı, Rusiya
19.09.2019


Müəllif: Aleksey Smirnov

Yeni əlaqələr və birgə layihələr, təcrübə mübadiləsi, iqtisadi əməkdaşlıq, təhsil və mədəniyyət, bələdiyyələr arasında dostluq – bütün bunlar Sverdlovsk vilayətindən olan nümayəndə heyətinin Azərbaycana rəsmi səfərinin nəticələridir.  

Qarşılıqlı fayda

Sonuncu dəfə Orta Uralın təmsilçiləri Bakıda beş il əvvəl olublar və həmin səfər qarşılıqlı ticarət dövriyyəsinin artımına və VI Rusiya-Azərbaycan forumu kimi tədbrlərin keçirilməsinə səbəb olub. 2018-ci ilin yekunlarına görə, respublika Sverdlovsk vilayətinin 159 beynəlxalq iqtisadi tərəfdaşı arasında 30-cu yerdən qərarlaşıb. Bu ilki səfər proqramı da zəngin olub. Sverdlovsk vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti Bakıda otuzdan çox görüş keçirib.

“Nisbətən qısa fasilədən sonra sizi yenidən görməyimə şadam. Vaxt gedir və hələ görüləsi çox işimiz var. Azərbaycan Sverdlovsk vilayətində geniş təmsil olunub, Rusiyadan Azərbaycana gələn turistlərin də sayı ildən-ilə artır”, - deyə Azərbaycan prezidenti İlham Əliyev Uraldan gəlmiş qonaqları salamlayaraq bildirib.

“Əməkdaşlığımızın qarşılıqlı fayda verməsi üçün çalışmışıq bölgəmizin imkanlarını geniş təqdim edək. Uralda ənənəvi olaraq maşınqayırma, metallurgiya, meşə sənayesi, inşaat, təhsil və səhiyyə, logistika xidmətləri inkişaf edib, informasiya texnologiyaları isə sürətlə inkişaf etməkdədir. Əlverişli coğrafi mövqe, yaxşı investisiya mühiti bizim bölgəni biznes üçün cəlbedici edir. Ötən ilin nəticələrinə görə ticarət dövryyəmiz 95 milyon dollara çatıb. Bu il həmin göstəricini 100 milyona çatdıracağıq”. Bunu isə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev deyib.

Əlaqələr və müqavilələr

Bakıda keçirilmiş biznes-forumda Azərbaycan və Sverdlovsk vilayətinin müəssisələrinin 120 təmsilçisi görüşüb. Eyni vaxtda onlarla şirkət işgüzar əlaqələr birjasında – vahid meydançada danışıqlar aparıb.

“Respublikamızın maraqları yalnız ərzaq təchizatı ilə məhdudlaşmır. Biz həm böyük həcmdə idxal, həm də ixrac edirik”, - deyə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüvət Məmmədov bildirib.

“Biz müxtəlif istiqamətlərdə əlavə rəqabət yaratmadan bir-birimizi tamamlamalıyıq. Artıq 16 şirkətimizin birgə layihələrdə təcrübəsi var və daha 30 müəssisə bu işə qoşulmağa hazırdır”, - deyə öz nöbəsində, Sverdlovsk vilayətinin sənaye və elm naziri Sergey Perestoronin qeyd edib.

Neft sahəsi və qaz hasilatı, daha dəqiqi SOCAR-la əməkdaşlıq imkanları urallıların xüsusi marağına səbəb olub. Azərbaycanın bu holdingi kəşfiyyatdan tutmuş emala və satışa qədər bütün istiqamətləri əhatə edir. Sverdlovsk şirkətlərinin bəziləri artıq çoxdan azərbaycanlı tərəfdaşlarla işləyir, digərləri isə hələlik lazımi əlaqələr qurmaqla məşğuldur.

Urallılar Bakıda həmçinin logistika mərkəzləri üçün elektrik yükqaldırıcı nəqliyyatın və kommunal texnikanın təqdimatını keçiriblər. Bu yükqaldırıcılar 2020-ci ildə istehsal ediləcək.

Mədəni mübadilə

Bu gün Sverdlosk vilayəti ölkədə qabaqcıl texnologiyaların işlənməsi və istismarı, o cümlədən nüvə təbabəti, radioelektronika, yeni materialların istehsalı və tətbiqi sahəsində liderlərdən biridir. Mədəniyyət, elm və təhsil sahələrində də birgə səylər üçün ortaq nöqtələr var. Sverdlovskda keçirilən klassik musiqi festivalları, eşitmə qabiliyyəti zəif olan uşaqlarla iş təcrübəsi, virtual konsert zalları şəbəkəsinin inkişafı azərbaycanlıların xüsusi marağına səbəb olub. “Hazırda Sverdlovsk vilayətində yetmişə yaxın belə zal var. Onlar bütün bölgədə mədəniyyət evləri, kitabxana və ya incəsənət məktəblərinin bazalarında fəaliyyət göstərir. Həmin meydançalarda filarmoniyada keçirilən konsertlərin real vaxt rejimində yayımlanması üçün texniki şərait yaradılıb”, - deyə vilayətin mədəniyyət naziri Svetlana Uçaykina bildirib.

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev isə belə nou-hauların respublikda da tətbiqinin vacibliyini qeyd edib. Məmurlar mütəxəssis və tələbə mübadiləsi, muzey və kitabxana işinin birgə inkişaf etdirilməsi ilə bağlı razılığa gəliblər. Yaxın gələcəkdə Yekaterinburqda “Azərbaycan kinosu günləri” təşkil olunacaq. Ekspertlər Ural tamaşaçısını maraqlandıra biləcək yeddi film seçəcək.

Qarayev həmçinin unikal “Yekaterinburq EKSPO” konqres mərkəzinin səhnəsində ilk dəfə olaraq Rusiyanın xalq artisti Anna Netrebko və Azərbaycanın xalq artisti Yusif Eyvazoun birgə çıxış etmələrinə sevindiyini bildirib.

Yeni mövzu

Dialoq üçün yeni mövzu isə bələdiyyələrarası əməkdaşlıq olub. Məsələ ondadır ki, indiyədək Azərbaycan və Orta Uralın heç bir şəhəri arasında qardaşlaşma baş verməyib. Halbuki, bunu hər iki tərəf istəyir. Məsələn, bu gün Sıserti ərazisində turizm klasteri formalaşmaqdadır. Nə üçün Azərbaycanın oxşar turizm mərkəzlərindən biri ilə tərəfdaşlıq qurulmasın? Bu mənada, tutaq ki, Qəbələ şəhəri Sısertiyə qardaş ola bilər.

“Dillər Universitetilə münasibətlərmiz çoxdan qurulub. Bizim ali məktəbdə Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir, tələbələr Dillər Universitetinin bazasında yaradılmış Multikulturalizm Mərkəzinin işində iştirak edir. Bakı Dövlət Universitetinə gəldikdə isə bu, əməkdaşlıq üçün atdığımız ilk addımdır”, - deyə Ural Federal Universitetinin rektoru Viktor Kokşarov bildirib.

“Azərbaycan bizim etibarlı tərəfdaşımızdır. Amma birgə layihələr üçün potensial daha böyükdür. Bu sıraya həm ticarət, həm turizm (o cümlədən uçuş qiymətlərinin ucuzdaşdırılması) imkanları daxildir. Müştərək istehsalat, investisiya ideyaları da var. Mən Azərbaycan nümayəndə heyətini 2023-cü il Universiadası zamanı Yekaterinburqa gəlməyə və Qələbə Günü ilə bağlı bayram tədbirinin fəxri qonağı olmağa dəvət etdim”, - deyə regionun başçısı Yevgeni  Kuyvaşev vurğulayıb.

Yeri gəlmişkən

Bu gün Orta Uralda 50 mindən çox azərbaycanlı yaşayır. 2018-ci ildə Ural azərbaycanlıları yerli əhali ilə nikahların sayına görə Tacikistan və Özbəkistandan sonra bölgədə üçüncü yerə çıxıb. Sverdlovsk VVAQ şöbəsinin məlumatına görə, azərbaycanlılar burada 207 ailə qurub.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Arqumentı i Faktı

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az