30.10.2020 10:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı mülki şəxslərin qətlində günahlandırır
 
30.10.2020
Le Monde, Fransa
 

  FOTOREPORTAJ| Azərbaycanda silsilə partlayışlar, qışqırtılar və... qan
 
29.10.2020
The New York Times, ABŞ
 

  Yerevanın “ölüm ticarəti”... Erməni uşaqlar əsgərə və tabuta necə çevrilir?
 
29.10.2020
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycan şəhərinə raket zərbəsi nəticəsində 21 mülki şəxs ölüb
 
29.10.2020
BBC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü qətlə yetirilib
 
29.10.2020
Le Figaro, Fransa
 

 
 
VİDEO, FOTO| Ermənistanın baş nazirinə Los-Ancelesdə Qarabağ şoku!

 
 



HABER GLOBAL, Türkiyə
24.09.2019


Azərbaycan ərazilərini işğal etmiş Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfəri zamanı sürprizlə qarşılaşıb. Səmada “Qarabağ Azərbaycanındır!” yazılmış plakatlar, yerdə isə işğalı əks etdirən fotoşəkillər...

“Qarabağ Azərbaycanındır! İşğala son!”. Bu sözlər Los-Anceles səmasında peyda olub. Azərbaycanın Los-Ancelesdəki konsulluğundan verilən məlumata görə, bu addım yerli sakinlərin Ermənistanın işğalçı siyasəti haqda məlumatlandırılması məqsədilə atılıb. “Qarabağ Azərbaycanındır! İşğala son!” plakatını təyyarə bütün gün ərzində şəhər üzərində gəzdirib və bu, hər kəsin diqqətini cəlb edib.

Los-Anceles küçələrində isə gün ərzində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatlı nəqliyyat vasitələri dolaşıb. Afişalarda Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etdiyi əks olunub, 1 milyondan çox azərbaycanlının ana yurdundan qovulması və Xocalı soyqırımı haqqında məlumatlar yer alıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev şəhər rəhbərliyinə işğalçı dövlətin baş nazirinin buraya gəlişilə bağlı etiraz məktubu da yazıb. Ermənistanın qonşusuna qarşı işğalçı siyasətinə dair məlumatlar yerli mətbuatda da yer alıb.

Los-Ancelesdə yarım milyon erməni yaşayır. Amerikanın ermənilərin ən çox yaşadığı şəhərində təşkil olunmuş bu aksiya qardaş Azərbaycanın Ermənistanla informasiya müharibəsindəki uğuru kimi qiymətləndirilir.

Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə 1988-ci ildə çıxış etməyə başlayıb. 1992 ildə bir gecədə Xocalı şəhərinə hücum edən ermənilər orada vəhşi qətliam törədiblər. Xaricdən də dəstək alan Ermənistan Azərbaycandakı daxili iğtişaşlardan da istifadə edərək, ümumilikdə onun ərazisinin 20%-ni işğal edib. 1994-ci ildə tərəflər arasında atəşkəs sazişi imzalansa da, cəbhədə gərginlik bu gün də davam edir. Son olaraq bazar günü erməni həbçiləri 1 azərbaycanlı əsgəri şəhid edib.

 

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABER GLOBAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az