05.04.2020 10:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Bakı: Təbrizlə qardaşlaşmış gözəl şəhər
 
04.04.2020
Aznews.TV, İran
 

  FOTOREPORTAJ| Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs
 
02.04.2020
LB.ua, Ukrayna
 

  Səfir: “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişafın aparıcı qüvvəsidir”
 
02.04.2020
OUTSOURCING JOURNAL, Almaniya
 

  “Çin hökuməti və xalqı epidemiya ilə mübarizədəki köməyimizi unutmayıb”
 
01.04.2020
China.com.cn, Çin
 

  Dağlıq Qarabağda keçiriləcək qeyri-qanuni seçkilər ləğv edilməlidir!
 
31.03.2020
Eurasia Review, ABŞ
 

 
 
FOTOREPORTAJ| Dünyanın ən lüks otellərindən birinin yerləşdiyi “Alov qüllələri”

 
 



KHABARONLINE, İran
03.10.2019


Dünyanın ən gözəl, müasir göydələnləri arasında Azərbaycanın paytaxtı Bakıda yerləşən üç “alov qülləsi”ni də göstərmək olar. Xəzər dənizinə gözəl mənzərənin aşıldığı bu binalar alovabənzər arxitekturaya malikdir. “Alov qüllələri” adlanan kompleksin dizaynı ABŞ-ın “HOK” memarlıq şirkəti tərəfindən hazırlanıb. 3 binadan ən hündürü 182 metrdir. O, Azərbaycanda ən hündür binadır.

Bu 3 qüllənin hər birinin öz təyinatı var. Onlardan biri yaşayış, biri otel, biri ticarət kompleksi kimi fəaliyyət göstərir.

“Alov qüllələri”nə giriş

Bu qüllələr şəhərin demək olar ki, hər yerindən görünür. Onlar gecə saatlarında daha möhtəşəmdir. Binaların fasadında narıncı, qırmızı və çəhrayı işıqlar yanır və nəticədə binalar sözün əsl mənasında alova bənzəyir. Artıq bir çoxları bu binaları Bakının rəmzi sayır. Bakıya uçarkən məhz bu qüllələrin üzərindən keçərkən artıq Azərbaycana, Bakıya çatdığınızı anlayırdınız.

3 qüllədən birində yerləşən “Fairmont Baku Hotel”in yalnız foyesi 7 mərtəbədir. Orada sözün əsl mənasında qeyri-adi çilçıraq asılıb. O, 840 lampadan və 600 mindən çox büllur komponentdən ibarətdir. Çilçırağın çəkisi... 2 tondur!

Dünyanın ən bahalı pianolarından biri də bu oteldədir.

Dəniz mənzərəsi

“Fairmont Baku” oteli 300-dən çox nömrə, suit və apartamentdən ibarətdir. Qiymət bir gecə üçün 170-5000 ABŞ dolları arasında dəyişir. Gözəl pəncərələr, geniş çarpayılar, dəbdəbəli xalçalar, ən müasir mebellər, modern, gözoxşayan dekorasiya otelə xüsusi özəllik verir.

17-ci mərtəbədə yerləşən birnəfərlik lüks otaqdan Xəzər dənizinə möhtəşəm mənzərə açılır. Bu nömrədə qalan qonaq həqiqətən inanılmaz anlar yaşayır.

Otelin supersürətli lifti də dənizə baxan tərəfdədir. Suitə daxil olduqda öndə foye, sonra isə qonaq otağı gəlir. Qiymətli xalça ilə bəzədilmiş suitdə şahların taxtına bənzər taxt qurulub.

Maraqlıdır ki, vanna otağında sizin üçün eksklüziv olaraq nəzərdə tutulmuş xüsusi şampun, nəmləndirici və yumşaldıcı şüşəsinə qonağın adı həkk olunur. Odur ki, onları xatirə kimi özünüzlə apara da bilərsiniz.

“Royal suit”

Qüllənin ən hündür mərtəbəsində yerləşən “Royal suit” dənizə və şəhərə möhtəşəm mənzərə təqdim edir. İki yataq otağı, iki xüsusi vanna otağı, istirahət, yemək otaqları, mətbəx və geniş dəhliz 375 kvadrat metrlik sahənin yalnız bir hissəsini tutur. Suitin digər maraqlı hissəsi kimi, vanna otağını qeyd etmək olar – oradan dənizə gözəl mənzərə açılır.

Sağlamlıq

“Fairmont Baku Hotel”də qapalı hovuz, sauna, jakuzi və tam təchiz olunmuş idman salonu olan ikimərtəbəli spa salonu da var. Buradan da dənizin möhtəşəm görüntüsündən zövq almaq mümkündür. S formalı açıq hovuz binanın ən hündür hissəsindədir.

Qida və əyləncə

Qədim bir ölkədəki lüks oteldən gözləntiyə uyğun olaraq, “Fairmont Baku”da “Le Bistro” restoranı da fəaliyyət göstərir. Orada Azərbaycanın ən yüksək keyfiyyətli içkiləri və yerli mətbəxin təamları təklif olunur. “Balcon café”də çay və şirniyyat, axşamlar isə suşi təklif edilir.

Kompleksdə qonaqlar üçün ticarət mərkəzi və kinoteatr da fəaliyyət göstərir. Buradakı “Park Sinema” kinoteatrında 6 müxtəlif ekranda ərəb, ingilis və rus dillərində filmlər nümayiş olunur. 2020-ci ildə burada böyük ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: KHABARONLINE

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az