18.02.2020 14:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
VİDEO| “Qarabağ Azərbaycandır!”

 
 



HABER GLOBAL, Türkiyə
07.10.2019


Qardaş Azərbaycanın prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyana şillə kimi cavab verib. Əliyevin Paşinyanın “Qarabağ Ermənistanındır - nöqtə” bəyanatına reaksiyası çox sərt olub.

Azərbaycan lideri “Qarabağ Azərbaycandır - nida!” deyib. Qarabağın əzəli Azərbaycan torpağı olduğunu deyən İlham Əliyev fikrini keçmişə səyahət edərək,  nümunələrlə sübut edib: “1921-ci ildə Koordinasiya Şurasının qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalıb. Bu, ermənilərin dediyi kimi, onun kimlərəsə verilməsi deyildi”.

Paşinyan həmin çıxışını Azərbaycan torpağı olan Xankəndidə etmişdi. Əliyev isə Rusiyada dünya siyasətçilərinin iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında danışıb. O, çıxışında Qərbin ikili standartlarından da söz açıb: “BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Amma onlar 25 ildən artıqdır tətbiq olunmur. Azərbaycan qətnamələrin fərqli tətbiqindən narahatdır. Bizimlə bağlı qərarlar kağız üzərində qalır”.

Daha sonra Əliyev Ermənistan baş nazirnin yanlış ifadəsinə düzəliş edib: “Qarabağ Azərbaycandır və nida! Ermənistan baş nazirinin “problemin həlli Azərbaycan, erməni və Dağlıq Qarabaq xalqları üçün məqbul olmalıdır” ifadəsini tez-tez işlətdiyini xatırlatmaq istəyirəm. “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur! Dağlıq Qarabağda münaqişədən öncə bərabər hüquqlara malik azərbaycanlı və erməni əhali birlikdə yaşayıb”.

Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb. Azərbaycan daxilindəki qarışıqlıqdan da istifadə edən Ermənistan 1991-1993-cü illərdə Azərbaycan ərazisinin 20%-ni işğal edib.

 

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABER GLOBAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az