18.02.2020 13:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu əyninə çox böyükdür
 
18.02.2020
Hraparak, Ermənistan
 

  Münxendə söz dueli: qalib hansı tərəf oldu?
 
17.02.2020
The USA Tribune, ABŞ
 

  VİDEO| Azərbaycan prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!
 
17.02.2020
HABER GLOBAL, Türkiyə
 

  Münxen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı
 
17.02.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyinə müraciət edib
 
16.02.2020
Seoul City, Cənubi Koreya
 

 
 
VİDEO| Azərbaycanda keçirilən Nəsimi Festivalı poeziya ilə mənəvi dəyərlərin vəhdətidir

 
 



Euronews, Aİ
07.10.2019


Müəllif: Keti Dartford

Bakıda İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı start götürüb. 14-cü əsrdə yaşamış böyük şairin adını daşıyan festival çərçivəsində müxtəlif tədbirlər keçirilir və tədbirləri mərhəmət anlayışı birləşir. Yeri gəlmişkən, festival çərçivəsində alman yazar Mixael Hess yeni kitabını təqdim edib. O, kitabda Nəsimini müasir tamaşaçıya təqdim edir...

Mixael Hess (yazar): “Bu gün biz hər şeyin sürətlə cərəyan etdiyi dövrdə yaşayırıq. Yeni qadjetlər, mobil tətbiqlər sayəsində hər şey daha sürətlidir. Odur ki, repçilərin və ya müasir poeziya nümayəndələrinin Nəsiminin mürəkkəb fikirləri gözəlləşdirmək, qısaltmaq qabiliyyətindən necə ilhamlanacağını təsəvvür edirəm”.

Nəsimin anadan olduğu Şamaxı şəhərində də bir neçə tədbir keçirilib. Məsələn, orada azərbaycanlı rəssam Rəşad Ələkbərovun Nəsimin şərəfinə hazırladığı heykəl-instalyasiyasının açılışı olub.

Qədim Şirvanşahlar sarayı isə Almaniyadan gəlmiş “Horizonte” müasir ansamblı üçün dekor rolunu oynayıb.

Yorq-Piter Mitman (“Horizonte” ansamblının təsisçisi və bədii rəhbəri): “Bizim ansamblı ənənəvi musiqi ilə müasir musiqini birləşdirmək maraqlandırır. Biz öz repertuarımıza bəstəkar Baxın qədim musiqilərini, barokko bəstəkarlarının əsərlərini, həmçinin orta əsrlərə aid əsərləri daxil edirik. Bununla, ansamblımız əsrlərə uzanan musiqi ənənələrini davam etdirir”.

Bu arada, Bakıda yerləşən Qədim şəhərdə yerli müğənnilər tərəfindən Azərbaycan xalq musiqiləri ifa edilib. Akademik Milli Dram Teatrda isə “Kandoko” rəqs qrupu xüsusi tamaşa nümayiş etdirir.

Ben Rayt (“Kandoko” rəqs qrupunun bədii rəhbəri): “Biz bu tamaşaya cəmiyyətə çağırış kimi deyil, yaradıcı “təxribat” kimi baxırıq. Müxtəlifliyi qeyd etməyin, haşiyəyə almağın yolunu axtarırıq. Biz hamının eyni olduğunu demək istəmirik, hər kəsin müxtəlif olduğunu çatdırmağa çalışırıq. Daha sonra isə birgə necə fəaliyyət göstərəcəyimizi aydınlaşdırmaq niyyətindəyik”.

Estoniyadan olan “Tallin Boys” xor qrupu isə tamaşaçılara dünyanın müxtəlif ölkələrinə aid əsərlər nümayiş etdirib: “Ave Mariya”dan tutmuş “The Lion Sleeps Tonight” mahnısına qədər.

Yeri gəlmişkən, Azərbaycan Dövlət Akademik Filarmoniyasında məşhur cazmen Salman Qəmbərovun “Səmimi dialoqlar” musiqi layihəsi də keçirilib.

Salman Qəmbərov (azərbaycanlı musiqiçi): “Mənim müxtəlif duetlərlə ifanı sevdiyimi bilən təşkilatçılar dedilər ki, “festivalda niyə üç duetlə çıxış etməyək?””.

Mişel Qodar (fransız musiqiçi): “Biz hər zaman insanlarla qarşılıqlı əlaqə yaradırıq. Odur ki, bizi yaradıcı prosesə cəlb edəcək insanlarla görüşümüzə ehtiyac var... Bu, musiqi, həmçinin poeziya və ya rəssamlıq ola bilər”.

Vu Vey (çinli musiqiçi): “Azərbaycan musiqisi məni hər zaman valeh edib. Maestro Salman isə çox hissiyatlı və güclü musiqiçidir. Onun musiqisində sevgini və işığı hiss edə bilərsiniz. Hər kəs sevgi və işıq istəyir”.

Marqrit Buhberger (alman müğənni): “Musiqidə ən vacib şey sevgidir. Siz hər zaman məhz bu hissi insanlara çatdırmaq, onlara sözlər, musiqi və poeziya ilə təsəlli vermək istəyirsiniz. Bu mənada, bu gün Nəsiminin poeziyası ilə musiqi görüşür”.

 

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az