19.10.2019 10:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
İnvestisiya mühitinin yaxşılaşdırılması Azərbaycana milyardlarla birbaşa investisiya gətirib

 
 



AVESTA, Tacikistan
07.10.2019


Onlarla milyardlıq birbaşa investisiya axını, milli iqtisadiyyatın sürətli artım tempi bütün bunlar Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi üçün aparılan islahatların nəticəsidir. Bu yaxınlarda açıqladığı “Doing Business-2020” hesabatında Dünya Bankı Azərbaycanı islahatçı ölkələrin ilk iyirmiliyinə daxil edib.

Hesabata görə, Azərbaycan sahibkarlıq fəaliyyətini dörd istiqamətdə sadələşdirib ki, onlardan biri də daşınmaz əmakın qeydiyyatıdır. “Doing Business-2020” hesabatında yer alan yüksək göstəricilər Azərbaycanda mülkiyyətin qeydiyyatının sadələşdirilməsinin, vətəndaş amilinin gücləndirilməsi, o cümlədən sosial kampaniyaların keçirilməsi və intensiv elektronlaşmanın nəticəsidir.

Ölkə hökuməti sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziyanın alınması, daşınmaz əmlakın qeydiyyatı, ərizələrin verilməsi və sənədlərin təqdim olunmasını asanlaşdırmaq üçün yeni elektron xidmətlər tətbiq edir. Əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlər daha səmərəlidir. Vətəndaşlara təqdim olunan vahid məkanda onlara dünya standartarına uyğun xidmət göstərilir. Əmlakın qeydiyyatı ilə bağlı funksional xidmətlər isə daha əlçatan olub. Burada əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı zamanı insan amilinin aradan qaldırılması, həmçinin bu prosesin sadələşdirilməsi sayəsində effektiliyin və operativliyin artırılmasıdır.

Azərbaycan hökuməti birbaşa investisiyaların təşviqi üçün xüsusi dəstək mexanizmləri işəyib hazırlayıb. Buraya güzəştlər, subsidiyalar, güzəştli vergi, gömrük və kredit sistemi də daxildir. Bunun sayəsində Azərbaycan biznes qurmağın ən asan olduğu ölkələrin onluğuna daxil edilib ki, bu da respublikada əlverişli investisiya mühitinin yaradıldığını göstərir.

Təbii ki, enerji ehtiyyatları ilə zəngin ölkədə investisiyaların çoxu elə neft-qaz sektoruna yönəldilir. Respublika hökuməti son illər enerji sahəsinə sərmayə yatırmağa hazır olan investorlara son dərəcə rahat şərait yaradıb. Söhbət alternativ enerji mənbələrindən, o cümlədən ciddi sərmayələrin cəlb edilməsini nəzərdə tutan günəş enerjisinin istifadəsindən gedir. Əlverişli təbii şəraiti olan Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafı üçün ən rahat yerlərdən biri sayılır. Bir çox xarici investorun respublikada enerji sahəsinə vəsait qoymağa hazır olması da belə rahat şəraitin mövcudluğu ilə izah olunur.

Lakin ölkəyə sərmayə axını təkcə neft-qaz sektoru ilə bitmir. Dövlət kənd təsərrüfatı, sənaye və maşınqayırmaya yeni texnologiyaların cəlbinə də lazımi dəstəyi göstərir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan özünün geosiyasi mövqeyi sayəsində nəqliyyat kommunikasiyalarının, o cümlədən dəmir yollarının inkişaf etdirilməsi üçün əlverişli imkanlara malikdir. “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi, investisiyaların təşviq olunduğu sənaye parklarının fəaliyyəti milli iqtisadiyyatın uğurlu inkişafından xəbər verir. Mövcud nəqliyyat və logistika imkanları yeni vəziyyət yaradır. Beləliklə, Azərbaycan nəqliyyat mərkəzlərindən birinə çevrilir və demək, ölkə ərazisindən daşınan yüklərin həcmi ildən-ilə artacaq. Bu səbəbdən kənd təsərrüfatı məhsullarının emalı, avtomobil və inşaat materialları istehsalı ilə məşğul olan bir çox xarici şirkət öz məhsullarını ixrac etmək üçün burada birgə müəssisə açıb. Bu gün Azərbaycanda xarici kapitalın iştirakı ilə yüzlərlə müəssisə fəaliyyət göstərir.

Lakin Azərbaycanda investisiyalar sahəsində ümumiyyətlə problemin olmadığını demək də doğru olmazdı. Rəsmi Bakı ölkədə investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində islahatların zəruriliyini etiraf edir.

Təcrübə göstərir ki, xaricilər inkişaf etməkdə olan ölkələrdə qeyri-neft sektoruna investisiya qoymağa o qədər də həvəsli deyil. Odur ki, son illər Azərbaycanda iqtisadiyyata yatırımların əsas mənbəyi kimi yerli kapital çıxış edir. Ölkəyə investisiya qoyuluşlarının 60%-i məhz onun payına düşür. Qeyri-neft sektorunun maliyyələşdirilməsinin nəzərəçarpan artımı milli iqtisadiyyatın şaxələndirilməsi və dünya neft qiymətlərindən asılılığının azaldılması üçün əlverişli amildir.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AVESTA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az