07.07.2020 02:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Yazarın qeydləri: Fəridə Zeynalova yenidən Bakıya qayıdıb
 
02.07.2020
NATIONAL GEOGRAPHIC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: gərginlik artır
 
01.07.2020
TasnimNews, İran
 

  Azərbaycanda COVID-19-la mübarizə aparan həkimlər haqda serial çəkəcəklər
 
01.07.2020
Sputnik, Gürcüstan
 

  Hücum! Türkiyə ilə Azərbaycanı dronlar birləşdirir
 
30.06.2020
The National Interest, ABŞ
 

  FOTO| Azərbaycan mətbəxinə gözəlləmə
 
30.06.2020
Hürriyet, Türkiyə
 

 
 
FOTOREPORTAJ| Qobustanın palçıq vulkanları

 
 



NAMEHNEWS.ir, İran
09.10.2019


Azərbaycanda, onun Xəzər dənizi sahillərində 400-dək palçıq vulkanı var. Bu, dünyadakı bütün palçıq vulkanlarının yarısından çoxu deməkdir.

Bakıdan 15 kilometrlik məsafədə yerləşən belə vulkanlardan biri 2001-ci ildə qəflətən 15 metr hündürlüyə alov saçmağa başlamışdı. O zaman bu hadisə dünyanın xəbər gündəminə çevrilmişdi.

Bu vulkanların müalicəvi əhəmiyyətə malik olduğu da deyilir. Bu üzdən, bir çox yerli və beynəlxalq turist palçıq vulkanlarından yararlanmaq üçün Azərbaycanın Qobustan bögəsinə gedir – bu vulkanlarının qaynadığı ərazi məhz Qobustandır.

Qobustandakı palçıq vulkanları orta hesabla 20 ildən bir böyük təzyiqlə püskürür və yüzlərlə metr yüksəklikdə alov saçmaqla yanaşı, ətraf əraziyə tonlarla palçıq səpir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NAMEHNEWS.ir

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az